Qaradərili hərəmağalarının sirri

Osmanlı hərəmxanası hər zaman diqqət çəkən, sirləri açılmamış mövzudur. Hərəmxananın özünə qapalı quruluşu, ora giriş-çıxışın qadağan olunması, bu barədə sənədlərin azlığı məlumatsızlığa gətirib çıxarıb.
Topqapı sarayının hərəmxanası 400-dən artıq otaqdan ibarət idi. İllər keçdikcə otaqların da sayı artdığından hərəmxana labirintə çevrilmişdi.
Qaradərili hərəmağalarının sirri
Hərəmxana sözü “haram” sözü ilə eyni kökdən olub ərəbcə “qadağa”, “yasaq” deməkdir. Hərəmxana çölə tamamilə qapalı bir yerdir, içəri ilə bağlı hər hansı məlumat və ya xəbərin kənara çıxması demək olar ki, mümkünsüzdür.
Hərəmxanada padşahın arvadları, kənizləri, xədim edilmiş qulları, və cariyələri saxlanılırdı.
Hərəmxanaların girişində “Ey iman edənlər, sizə aid olmayan evlərə icazəsiz girməyin!” yazısı vardı. Hərəmxanaya yalnız cariyələr və padşah ailəsi girə bilirdi. Təcili yardım halları istisna olmaqla qalan vaxtlarda kişi həkimlər belə içəri keçə bilməzdi.

Hərəmxanaya girə bilmiş xarici adam
Hərəmxanaya girə bilən nadir kişilərdən biri İngiltərə Kraliçası Yelizavetanın Sultan II Mehmetə hədiyyə göndərdiyi orqanı hərəmxananın bir küncündə quran orqan ustası Tomas Dallamdır. O da ancaq hərəmağalarının ciddi nəzarəti altında, heç bir xanımın görünmədiyi yoldan keçərək hərəmxanaya girmişdi.

Hərəmxana həm də məktəb idi
Cariyələrin hamısı yazıb-oxumağı bilirdilər. Bizim dövrümüzdə bu, bir o qədər böyük əhəmiyyət kəsb etməsə də 16-cı əsrdə əhalinin olduqca az bir hissəsinin sahib olduğu xüsusiyyət idi. Demək olar ki, hər birinin otağında kifayət qədər böyük həcmdə kitab rəfi var idi. Musiqi alətində çalmağı, mahnı oxumağı, rəqs etməyi, tikiş tikməyi və toxuma işlərini, dərziliyi bilirdilər. Hərəmxana peşə məktəbi kimi yer idi.

Hərəmxanada sevginin də yeri ayrıdır
Padşahların qadınlarına və hərəmxanadakı qadınların padşahlara və ya tam tərsinə padşah qadınlarının və hərəmxanadakı başqa qadınların padşahlara və ya adaxlılarına bəzək-düzəkli, hicran və sevgi dolu məktublar yazdıqları məlumdur. “Hərəmxanadakı eşq məktubları” adıyla məlum olan, uzun illər hərəmxananın xəzinəsində saxlanılan, yalnız Türkiyə Cümhuriyyəti qurulandan sonra çıxan eşq məktubları arxivi var. Bu arxivdəki məktublardan ən məşhuru Hürrəm Sultanın Qanuni Sultan Süleymana yazdığı məktubdur. Digəri isə I Əbdülhəminin Ruhşaha yazdığı məktubdur.
Qaradərili hərəmağalarının sirri
Hərəmxanada evlənmək olurdumu? Padşahlar cariyələrlə evlənirdilərmi, yoxsa nikahsız olurdular?
Padşah cariyə əsilli qadınlarla evləndiyi zaman onlarla nikah bağlamazdı. Amma istisnalar da vardı. Qanuni Sultan Süleymanın Hürrəm Sultanla nikahı, Sultan I İbrahimin 1648-ci ildə cariyəsi ilə bağladığı nikah, Gənc Osmanın 1622-ci ildə Ukayla Xanımla bağladığı nikah, yaxud Sultan Əbdülməcidin 1850-ci illərdə Bezmiara ilə bağladığı nikah istisna sayılır.

Padşah hərəmxanasındakı bütün qadınların əri sayılırdımı? Hamısı ilə yatırdımı?
Padşah hərəmxanadakı bütün qadınların və hərəmin sahibiydi. Ancaq hərəmxanadakı bütün qadınlarla birlikdə olmasından söhbət gedə bilməz. Hərəmxanada padşahın anası, qohumları, uşaqları, cariyələri və xidmətçiləri yaşayırdı. Padşah əgər istəsəydi hərəmxanadakı cariyələrin əksəriyyəti ilə birlikdə ola bilərdi. Bəzi padşahlar ömrünü olduqca az sayda cariyə ilə keçiriblər. Hərəmxanadakı cariyələrin çoxu önəmli yüksək rütbəli dövlət adamları ilə evləndirilirdilər. Hərəmxana əslində “əsilzadə qadın yetişdirmə mərkəzi” kimi bir yer idi.

Cariyənin padşahla rəqs, musiqi və seks dolu gecəsi
Bir qaynağa görə kahya cariyələri padşahın qarşısına çıxarıb rəqs etdirir, mahnı oxudurdu. Padşah seçdiyi qız o gün hamamçı tərəfindən çimizdirilir, gözəl ətirlərlə ətirlənirdi. Saçları daranıb hörülür, bəzənir, sonra da qapısında zənci qadınların növbə tutduğu yataq otağında gecəni padşahın birlikdə keçirirdi. Sabah namazı üçün qalxan padşah artıq odalıq (bir kişinin nikahsız olaraq yaşadığı qadın) olan cariyədən məmnun qalırdısa ona pul, zinət əşyası və ya don kimi hədiyyələr göndərirdi. Padşahın o gecə bəyənmədiyi cariyə və ya cariyələrdən ərköyünlük edənlər, uşağı olmayanlar və ya padşahın sevmədikləri bir adamla evləndirilir və xidmətçiliyə verilirdi.

Dəli İbrahimin qadın düşkünlüyü və 280 cariyəni öldürtdürməsi
Osmanlının dəli padşahı kimi tanınan Sultan İbrahim 3 qardaşını boğduran IV Murad dövrünə qədər 20 ilə yaxın qəfəs adı verilən saray həbsxanasında yaşamışdı. Buna görə də başı pozulmuş fiziki cəhətdən zəifləmişdi. Taxta çıxanda artıq impotent olmuşdu, ancaq falçıların, türkəçarəçilərin müalicəsi ilə düzəlmişdi. Cinsi gücü qaydasına düşəndən sonra da ömrünü qadın və əyləncəyə həsr etmişdi. Onun dövründə hərəmxanadakı cariyələrin sayı iki-üç dəfə artmışdı. Bundan başqa hərəmxanadan çıxan bir şayiəyə görə tam 280 cariyənin ayağına daş bağlatdıraraq diri-diri Mərmərə dənizinə atdırmışdı. Şayiə isə hərəmdəki qadınlardan birinin başqa bir kişi ilə söhbət etməsi, danışması olub. Bu qorxunc hadisə ən böyük cariyə qətliamı hesab olunur.

Hərəmxananın mühafizəçiləri, xədim edilmiş hərəmağaları
Kişilərin hərəmxanaya girməsi qadağan idi, ancaq içərini nəzarət altında saxlamaq və təhlükəsizliyi təmin etmək üçün hərəmağaları var idi. Bunlar müxtəlif üsullarla xədim edilmiş kişilərdi. Müsəlman kişilərin xədim edilməsi haram sayıldığından belələri başqa dinlərin nümayəndələri arasından seçilirdi.

Ağdərililərin dözümsüzlüyü və hərəmağalarının zəncilər arasından seçilməsi
Ağdərili qulların əldə edilməsindəki problemlər, onların xədim edilməsi zamanı yaşanan çətinliklər və fiziki cəhətdən zəif olmaları ağdərili xədimlərdən istifadəni səmərəsiz edirdi. Buna görə də zənci xədimlərə üstünlük verilirdi. Misir, Sudan və Həbəşistandan (Efiopiya) gətirilən zənci qullardan geniş istifadə olunurdu.

Xədim edilmiş hərəmağalarının cariyələrə yaşatdıqları klitorial orqazmlar
Hərəmxananın qadınları cinsi orqanlarını qorumuş xədimləri əllərinin üstündə saxlayarlarmış, çünki bunlar sevişmədən sonra həzzi uzatmağın qaydasını bilirdilər. XVI əsrin ziyalı adamlarından hesab olunan Gəlibolulu Əli yazdığı məlumatlarda saraydakı qadınlarla xədimlərin münasibətlərə də toxunub. Xədim cinsi əlaqəyə girə bilmirdi.

Hərəmağaları və hərəmxanadakı seks oyuncaqları
Hərəmağaları şəhvətləndirici dərmanlardan istifadə edir, erotik qadın geyimlərinə düşkün olurdular. Bayırla əlaqələri olduğu üçün süni kişi orqanı və digər erotik seks oyuncaqları əldə edə bilirdilər.

Hərəmağalarının seks qabiliyyətləri
Bundan başqa seks məsələlərində də böyük təcrübələri vardı, bacarıqlı idilər. Bir xədimlə sevişdikdən sonra evlənən qadınlar adətən ərlərinin bacarıqlarından razı qalmırdılar. Hətta saray xadimi qızlarağasına yazdığı şikayətnaməsinə belə deyirmiş:
“Xədimlərlə səmimi münasibətdə olan odalıqların doymaq nədir bilməyən bir cinsi iştaha sahib olduqları doğrudurmu? Belə olması bütün İstanbulda məlumdur. İki odalıq azad edilib və hərəmxanadan ayrılıb ərə getmişdilər. Ancaq ərə gedəndən bir həftə sonra ərləri onları boşadı. Səbəb də arvadlarının onlara xədimağaları qədər bacarıqlı olmadıqlarını demələri idi.” Bəzi xədimağaları da qızdansa oğlanlara üstünlük verirlərmiş. Bugünkü deyimlər “gey” xədimağaları da varmış.

Hərəmxana haqqında deyilənlərin hamısı şayiədir
Sonda onu deyək ki, hərəmxana haqqında deyilənlərin hamısı şayiədir. Çünki ora girmək qadağan olunduğuna görə orda baş verənlərin hamısı şifahi şəkildə yayılırdı. Ona görə də burda və ya başqa bir yerdə yazılanların çoxunun isbat edilməsi mümkün deyil. Hərəmxana haqqında biliklərimizi əsasən ağızdan-ağıza gəzən şayiələr və qərb tarixçilərin oriyentalist fantaziyaları təşkil edir.
 
 
 
Mənbə: kulis.az
 

0 şərh