Şamanlardan bizə qalan adətlər

Körpənin göbək ciyəsini basdırmaq
Altay türkləri uşağın göbək ciyəsini ağac qabığına dolayıb evin/çadırın yaxınlığında basdırırdılar. Hazırda da davam edən bu adət Umay kultu ilə əlaqəli idi. Qədim türklərdə Umay uşaqları qoruyan tanrı hesab olunurdu. Bu, həm də göbək ciyəsinə verilən ad idi. Qazax və qırğız qadınlar toplu şəkildə göbək ciyəsini basdırır və ətrafında buxur yandırırdılar.
Şamanlardan bizə qalan adətlər
Aya baxaraq dua etmək
Türklər çöl həyatında zamanı anlamaq, yol tapa bilmək üçün səmaya baxırdılar. Yəni başqa xalqlar kimi, türklər də Günəşin və Ayın periodlarına əsasən gündəlik həyatlarına istiqamət verirdilər.
Altay türklərinin fikrincə, Ay və Günəşi yaradan Ülgən onlara toxuna bildiyi bir dağın zirvəsində otururdu. Türklərdə Oğuz Xaqanın nəslinin də Ay Ataya gedib çatdığına inanılırdı. Oğuzun anasının adı da tarixi mətnlərdə Ay Xatun olaraq keçir. Oğullarından birinin adı da Ay Xandır. Amma ən vacibi bu idi ki, bütün səma cismləri Tenqri ilə əlaqələndirilirdi.

Qurban kəsmək
Qədim türklərdə Göy Tanrı kosmik sistem və kainatın yaradıcı hesab olunduğu qədər siyasi və ictimai prosesin də müşahidəçisi idi. Göy Tanrının şərəfinə ildə iki dəfə mərasim keçirilir və ləkəsiz, ağ erkək at qurban edilirdi.
Böyük tanrılardan əlavə, hər şeyin ruhu olduğu üçün bütün ruhlara, oda, suya, ev sahiblərinə də qurbanlar təqdim edirdilər.

7 və 40 ədədləri
Qədim türklərin ictimai həyatında ədədlər hər zaman xüsusi önəmə sahib idi. Bəzi ədədlərin müqəddəs hesab edilərək tez-tez təkrarlanması, “yeddi gün yeddi gecə”, “qırx gün qırx gecə” anlayışları türklərdə çox qədimdən bəri var. Şərq türklərində müqəddəs hesab olunan rəqəm doqquz olsa da, qərbə getdikcə rəqəmin yeddiyə çevrildiyini görürük.
Əslində, bütün mifologiyalar astronomiya ilə əlaqəlidir. Məsələn, Böyük Ayı bürcünün ən məşhur yeddi ulduzunun türk mifologiyasındakı qarşılığı yeddi qurd idi. Səma yeddi qatdan ibarət, həyat ağacı doqquz budaqlı hesab olunurdu.

Yola çıxan adamın arxasınca su atmaq və yuxunu suya danışmaq
Çaylar, bulaqlar, canlı və yaşayan şeylər kimi qəbul edilirdi. Tenqri kimi insanlara uzaq görünmədikləri üçün onlarla daha rahat əlaqə qurmaq olurdu. Pis yuxunu sular alıb aparsın
 
Mənbə: kulis.az
 

0 şərh