Əl Barmaqları - Şəxsiyyətinizin xəbərçisidir

Barmaq izi qədər barmaq uzunluğunun da əhəmiyyətli olduğunu bilirdinizmi?  
Barmaq izi günahkarı, barmaqlar da şəxsiyyətə xas xüsusiyyətləri müəyyən edir. İngiltərədə nəşr olunan "Barmaq Kitabı"na (The Finger Book) görə əl barmaqları şəxsiyyətiniz haqqında ciddi işarələr verir. Kitabda qeyd olunan nüanslardan bir neçəsi haqda məlumat verim:
finger bookÜzük barmağı, işarə barmağından uzun olan bir insan;
- Həssas və ətraf mühitə tez uyğunlaşır. 
- Risk etməkdən qorxmur. 
- Normal bir insandan fərqli olaraq çox aqressiv olur.  
- Musiqi qabiliyyəti malik olurlar. 
- Ümumiyyətlə solaxay olur. 
- Aktiv həyat tərzləri və başqalarının fikir və mənafelərinə biganə qalmaları ilə tanınırlar.
- Futbol , Basketbol və uzun qaçış kimi idman növlərində müvəffəqiyyətli olur.


Üzük barmağı, işarə barmağından qısa olan bir insan;
- Ümumiyyətlə qadınlarda daha çox rastlanır. 
- İnzibati işlərdə, ev dekorasiyası,bəzədilməsi və tibb sahəsində müvəffəqiyyətli olurlar. 
- Gənc yaşlarda döş xərçənginə tutulma ehtimalı yüksək olur.
- Romantik və özünə qapanan, qorxuları və qayğıları olur. 
- Şizofren olma ehtimalı yüksəkdir.

Üzük barmağı, işarə barmağına bərabər olan bir insan;
- Öz bildiyini edəndir. 
- İnanmadıqları heç bir şeyi danışmırlar. 
- Əsəblərini öz daxilində boğmağa üstünlük verirlər. 
- Tez-tez olduqları mühitdən bezirlər.
- İnsanları inandırma qabiliyyəti yüksək olur

Kişilərdə üzük barmağının işarə barmağından uzun olması , testosteron ( kişilik hormonu ) səviyyəsinin yüksək olduğunun göstəricisidir. Əgər işarə barmağı , üzük barmağından uzunsa , bu da ostrojen ( qadınlıq hormonu ) səviyyəsinin yüksək olduğunu göstərir .

16 şərh

Ferbara
Məndə birincidi.
Çox aqressiv deyiləm.
Solaxay deyiləm.
MaksiMuS
ola bilər :) Məndə 3-cüdü.yəni hər iki barmağım bərabərdi. Və orda qeyd olunanların əksəriyyəti ilə razıyam.
Aysel218
gulmeli de olsa deye bilersiz uzuk barmagi ve isare barmagi hansidi???
MaksiMuS
Aysel üzük barmagi cecele barmagin yaninda, iware barmagi ise baw barmagin yanindadi:)
Aysel218
üzük barmağı yəni nişan??? bilmirəmee bunu qınamiyin məni :)))
Səbuhi çox sağ ol başa saldın:)))
Üzük barmağı, işarə barmağına bərabər olan bir insan; ----bu anormallıqdır??? məndə  belədi amma yazılanlar xasiyyətimə uyğundu
MaksiMuS
Onu sene kim dedi,mende de beraberdi. Demek xasiyetce oxwariq:) Deymez.xowdu Aysel
Aysel218
Üzük barmağı, işarə barmağından qısa olan bir insan;
— Ümumiyyətlə qadınlarda daha çox rastlanır. 
buna gore fikirlesdim anormalam mən???:)))
:)))
MaksiMuS
:) Sen Istisnasan, Anormal yox:)
Aysel218
:))) çox sağ ol....elə çox vaxt istisnalar sırasına daxil oluram nədənsə...yəgin fərgli adamam :)))
Nailə_Qasarayeva
Mənə uyğun gəlmədi.
Ələ baxıb insanın xasiyyətini və taleyini oxuyan elm xiromantiya adlanır. Bu elmə tam inanmaq olmaz, ancaq inkar da edə bilmərik.
lili95
mende birincidi amma solaxay deyilem
soni_memmedzade
məndə 3 cü dür.düz də var səhv də.bir az aqresivəm.tez atılıram.tez də hirsim soyuyur.bir təbəssüm yetər bununçün.birini də mən deyim bilin üzük barmaqla işarət barmaq arasındakı barmaq əyri olarsa,belə insanlar yalançı olurlar.mən də oxumuşam ha.....MAKSİTO təşəkkürlər.
yravil
MAksimus,MAKSİTO,Maks................................:))