Əyləncəli və maraqlı Google

Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.!

1 ) Ən tək rəqəm hansıdı? -  Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.  

2 ) Askew -  Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz. 

3 ) Google Gravity- «Google Gravity» yazın və «Mən şanslıyam » düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. İstəsəniz mause-siçanınız ilə bu söz-fiqur yığını ilə oynaya bilərsiniz. 

4 ) Recursion: "Özünü sonsuz olaraq təkrar etmə" mənasında olan bu sözü axtardığınız zaman, Google sizə eyni axtarışı etmənizi təklif edir. 

5 ) Chuck Norris hardadı?- «Where is Chuck Norris?» yazaraq axtarış etdiyiniz zaman sizi www.nochucknorris.com saytına istiqamətləndirərək «Google Chuck Norrisi axtarmayacaq, çünki siz Chuck Norrisi tapa bilməzsiniz, o sizi tapar.» mesajı ilə qarşılaşacaqsınız.

6 ) Və Son Olaraq, Googlenin xidmətlərindən biri olan Youtube'dən video izləyərkən irəli — geri — üst — alt düymələrini sürətli şəkildə basaraq ilan oyunu oynaya bilərsiniz…
 

20 şərh

umud600
3-cü bölüm çox əyləncəli və gülməli idi :)
Elana
həqiqətəndə elədi

Ferbara
Biri qaldı. Axtarışda «Let it snow» yazanda monitorda qar yağır. :)
lili95
3 cu lap kefdi eee.yazigin basi firlandi lap mausun elinden.tesekkur
LaLə
Nə maraqlı məlumat. Təşəkkürlər)
BaKiNeC
Məndə nəsə alınmadı ) hansını yazdımsa ekrana heç nə gəlmədi ) bəlkə mən düz etmirəm?
WinRar
google.az ünvanına daxil ol rus dilində olsa bizim dili seç. Rus dilli google-da söz yazanda avtomatik axtarış başlayır.
Elana
MƏn elədim alındı Hələ Google gravity çox əyləncəlidir

 
Shabnam_Ilham
Aydaaa nə maraqlı idi..Mənim də 3cü xoşum gəldi… :)))
MaksiMuS
Bakinec 1 daha cehd ele:) Feriw yoxlayaram onuda:P beyendiyinize sevindim Dostlar…
Responsible
Bir maraqlı məlumat da mən deyim.

http://goglogo.com/ — Bu linkə daxil olaraq siz «Google» logosunu dəyişə bilərsiz.
Nicat_Amazing
5-i eledim,maraqli geldi :)
soni_memmedzade

çox  sağol MAKS.doğurdan da 3 çox xoşuma gəldi.çox əsəbiydim.əməllicə heyfimi mışkadan aldım

 

soni_memmedzade
xüsüsilə Google sözünü mışkayla tutub o ki var fırlamaq stres atdı
istorik_c
zerg rush yazin sehifedeki herfler perakende yere dusecek
azadmamedov90
he, lap uzun muddetdi bunlar var eladilar…
kurdamir
Çox maraqlıdır.2) daha maraqlı gəldi.5)-i bilirdim
kurdamir
3) də maraqlə gəldi...Təşəkkürlər
şərh silinmişdir