Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Elm adamları meymunlardan birini dəyişdirməyə qərar verir. Qəfəsə girən yeni meymunun etdiyi ilk hərəkət nərdivana dırmaşmaq olur. Digər meymunlar dərhal ona hücum edib onu yaxşıca döyürlər. Dəfələrlə qapaz yeyən yeni meymun səbəbini bilməsə belə nərdivana dirmaşmamalı olduğunu öyrənir. Qəfəsdəki meymunlardan biri daha dəyişdirilir və ilk dəyişmədə baş verənlər təkrarı olur. Hatta dəyişdirilən ilk meymun da ikinci meymunun döyülməsinə kömək edir. Üçüncü və dördüncü meymunların da dəyişdirilməsi eyni nəticəylə bitir. Sonda beşinci meymun da dəyişdirili. Ortaya maraqlı bir mənzərə çıxır: Artıq qəfəsdə heç soyuq suyla isladılmamış olan, amma buna baxmayaraq nərdivana dırmaşanı döyən beş meymun var. Əgər o beş meymundan nə üçün nərdivana çıxanları döyürsünüz sualını versək, yəqin bu cavabı alarıq: 'Bilmirəm, burdaki qayda qanun belədi. :))'

18 şərh

Samir012

çox maraqlı təcrübədi, 
Bu mənə lap əsgərlikdə olan bir neçə qanun qaydanı yadıma saldı :)

Shabnam_Ilham
Mən də bunu oxuyarkən nədənsə Samir012 -nin yazdığı kimi əsgərlikdə olan qanunlar yadıma düşdü :) Eşitdiyimə görə orda da yeni gələn əsgərləri döyürlər, guya bir mənası varmış kimi :))
lili95

maraqlı olduğu qədər də gülməlidir.bir az şərti reflekslə oxşarlığı var.


Təşəkkür

MaksiMuS

Əsgərlikdə yazılmamış qanunlar qüvvədə olur :)
Diqqətinizə görə hər birinizə minnətdaram… Bu bir daha Darvinizmin gopologiyadan başqa bir şey olmadığına işarədir.

peqasus

heyat hemise beledi eger siz heyatda bacariqli adma olmaq isteyirsenizse gerek pisxalogiyani yaxsi bilesiniz esas mesele budu siz ora ne yedirderseniz qarsidaki da onu qeyd-sertsiz edecek))


 

MaksiMuS
Peqasus incime ama, werhivhn topikle bir elaqesini sezmedim:)
peqasus

yeni onlarin bir-birine tesiri pisxologiyalarina yeridilen seydi onlar gorur ki is beledi sebebsizde yerine yetiriler nece ki insanlar esgerlikde gedir en birinci sebesiz yere doyulur sonra da tezesi gelende ondan sebesiz doyulmeyinin intiqamini alir )))


 

Rene

Maraqlı təcrübədir, paylaşdığınçün çox sağ ol, Maximus.

MaksiMuS
Yox ay xanim.siz heyvanlarin refleks davraniwlari ile insanin wuurlu davraniwini bir tutmayin.
peqasus
bizimki de onlarin hereketi de refleksle baglidi ve heyvanlardaolan instiktlerin bir coxu bize de aiddi bezen bunlari qebul elemek istemesek de bir coxumuz neyi neye gore elediyimizi bilmirik cemiyyet teblig edir bizde onu yerine yetiririk heyvanlar da bunu hekimler teblig etdi ve onlarda olan proses sebebini deqiq bilmesem de bu eqoizm de ola biler onlada ki sebebi bilmirem amma bizdeki deqiq eqoizm indi deyezsini ki eqoist deyilem deyilik ve s insanlarin hamisi eqoistdi bele olmasa biz yasaya bilmerik ve biz o instiktleri ve ya refleksleri pisixi fealiyyetleri bilerek idare ede bilerik hem heyvanlar da hem de biz de suurumuz da olsabiz tebietin parcasiyiq ondan tam ayrila bilmerik onun qaliqlari bizde var olacaq da)))
MaksiMuS
Xetrinize deymesin ama esassiz ve besit fikir ireli surdunuz.Evvela insan ve heyvani bir tereziye, bir tebietin parcasi olaraq duwunmeniz tamamile yalniwdi.Ustegel, heyvanda wuur olmur. O ki qaldi reflekse? xanim wuur olan yerde refleks ola bilmez insanda.
peqasus
siz hec biologiya ve ya pisxalogiya oxumusunuz? men besit fikir ireli surmurem heyvanda ssuurun ugunu da demedim ve refleks;e suurun hec bir aidati yoxdu suur var deye reflekslerden azad deyilik hem suurumuzun olmasi bizi tebietden ayirmaz biz helede onun parcasayiq ve extriminal seraitde insanin nece vehsilese bilmesinden xeberiniz deyesen yoxdu pisxalogiya kitablarinda yazilir ana ve bala bogulur ana balasini var gucu ile qurtaarmaga calisir lakin bir meqam gelir ki ana bogulur ve balasini basaraq qurtulmaga calisir bunu suurlu sekilde elemir bu ozunu mudafie instiktidi ve insanin ozluyunde eqoist olmasindan xaber verir mence siz ozunuz besit fikir deyirsiniz insanda refleks var hem de iki cur serti ve srtsiz bir az anatomiya oxu inan mene cox maraqli fenndi en azindan menim ucun edebiyyat insani oldugundan qudretli ve onemli gosterir amma o qeder de mukemmel deyil
Rene
Bəzi insanlar bu təcrübədəki meymunlar kimidir: mühakimə qabiliyyəti olmayan və kor-koranə başqalarının etdiyini təkrarlayan. Odur ki, peqasusla razıyam.
Türkəl
Bu yaşadığımız cəmiyyəti ifşa edən bir eksperimentdir. 200 il bundan qabaq heç bir dünya görüşü olmayan çobanların əməl etdiyi üsullardan istifadə etməyimizin nə qədər mənasız olduğunu sübut edir.
ElcinHesenov
Maraqlıdır  ələrinizə salıq çox olsun yazılarınız
soni_memmedzade
maraqlıdır çox sağ ol.amma mənə elə gəlir ki,bunun insanlarla heç bir əlaqəsi yoxdur.Allah insana şüur verib,düşünə bilmək üçün ağıl verib.sadəcə instintik kimi bir şeydir.bir nov insanlara şamıl etmək olar.çünki,insan var söz deyirsən eşidir.insan da var nə qədər söz deyirsənsə ağlına da vurmur ki,olmaz.bu da bilirsiz nəyi xatırlatdı?dəqiq yadımda deyil.amma yazacam siz də oxumusunuz yəqin ki,3 kəllə məsələsi.1-ci kəllənin qulağına çöpü salır sağdan girib ,soldan çıxır.2 -ci kəllənin qulağına salır çöpü,girmir,3 -cü kəllənin qulağına salır girir dirənir.bu da 3 insan xarakterini açıq nümayişidir.yəqin ki,açıqlamıram amma çoxları biləcək nə demək istədiyimi.