Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Əyləncəli və maraqlı Google

Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.!

1 ) Ən tək rəqəm hansıdı? -  Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.  

2 ) Askew -  Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz. 
Ardı →

Maraqlı faktlar

  • Albert Eynşteyn öz telefon nömrəsini heç cür yadda saxlaya bilmirdi.
  • Çingiz xan sekslə meşğul olarkən ölüb.
  • Hitlerin anasi ona hamilə olarkən abort etdirmək istəyirmiş,lakin həkim onu bu fikirden daşındırıb.
  • Metro-Qoldvin-Mayer kinofirmasının loqotipi olan şir o səhnə çəkildikdən bir gün sonra öz məşqçisini öldürüb.
  • Ayda 3 qolf topu var.
  • Çirkli qar təmiz qardan daha tez əriyir.

Ardı →

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →

Zehni inkişaf etdirən 7 məşq

Hər insan bir dahi deyildir. Amma zəkası olan hər insan onu inkişaf etdirərək həyatda daha uğurlu ola bilər. Bu üsullarla beynimizi və beynimizdə informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilərik.

Beyin gücü
Bir dahi olmadığınızı bilmək sizin keyfinizi pozur? Mənim keyfimi pozmur, amma arada qısqanıram əlbəttə ki. “Mənim onlardan nəyim əksikdi?” kimi nakam cümlələr yerinə əgər “Görəsən mən nə qədər irəli gedə bilərəm?” kimi cümlələr qurursunuzsa onda deməli uzlaşırsınız.

Zəkanın yox, dahiliyin bir Allah vergisi olduğu tezisi ilə beynimizi görəsən necə daha da gücləndirə bilərik deyə düşündüm və sizin üçün beyninizi biraz daha aktiv olaraq istifadə edəbiləcəyiniz bir neçə metod tapdım. Bu üsullarla beynimizi və beynimizdəki informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilmək əsas məqsəddir. Bunlardan ən məşhur olanları isə Dr. C. Stiven Poketanın izah etdiyi üsullardır. Bu an demək olar ki, hər yerdə danışılan bu metodların vasitəsilə bir çox fərqli yolla zehnimizi gücləndirə bilirik. Mən tətbiq etməyə başladımartıq. Siz də ardımca… bir ikii, bir ikii…
Ardı →

Əl Barmaqları - Şəxsiyyətinizin xəbərçisidir

Barmaq izi qədər barmaq uzunluğunun da əhəmiyyətli olduğunu bilirdinizmi?  
Barmaq izi günahkarı, barmaqlar da şəxsiyyətə xas xüsusiyyətləri müəyyən edir. İngiltərədə nəşr olunan «Barmaq Kitabı»na (The Finger Book) görə əl barmaqları şəxsiyyətiniz haqqında ciddi işarələr verir. Kitabda qeyd olunan nüanslardan bir neçəsi haqda məlumat verim:
Ardı →

Eşşək südünün inanılmaz faydası


Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.


Ardı →

Ordan burdan


*Banqladeşdə yaşı 15-dən yuxarı şagirdin başqasından köçürməyi sübut olunsa, həbs cəzası da ala bilər. 
*Əsnəmək yuxu vaxtınızın gəldiyini yox, bədəninizin daha çox oksigenə ehtiyacı olduğunu göstərir. 
*Makiyaj ləvazimatları balıq pulcuqlarından hazırlanır. 
*Yatdığınız otaq nə qədər soyuqdursa, qarabasma görmə ehtimalınız da o qədər çoxdur. 
*Hazırda hər 8 münasibətdən biri internet vasitəsilə başlayır. 
*McDonalds 2007-ci ildə saniyədə 78 hamburger satıb. 
*İsrail dövləti ilk prezident postunu Albert Enşteynə təklif edib, ancaq Enşteyn qəbul etməyib. 
*Alma dişlərə koladan daha çox ziyan verir. 
*Gündə 9 saatdan çox işləyən insanlar intihara və ağır depressiyaya 3 qat daha çox meyllidirlər. 
*Parisdə itlərin sayı uşaqların sayından çoxdur. 
*Kişilər qadınlardan daha yaxşı görmə, qadınlar isə daha yaxşı eşitmə qabiliyyətinə malikdirlər. 
*Həftədə bir dəfə də olsa 45 dəqiqə qaçmaq ürək ritmini normallaşdırır və ürək xəstəlikləri riskini 40% azaldır. 
*Hammurapi qanunlarına görə pivəyə su qatmaq qadağan olub. Bu qaydaya riayət etməyənlərə pivədə boğulmaq cəzası verirmişlər. 
*«Kim milyonçu olmaq istəyər?” yarışında cəmi bir nəfər heç bir kömək olmadan qalib gəlib.
*Rusiya zooparkında yaşayan meymunlardan biri içki düşkünü olduğuna görə psixoloji müayinə alır. ))
*İnsan kosmosda ağlaya bilməz, çünki cazibə qüvvəsi yoxdur. 
*Tanışlıqların ən çox başladığı mövsüm yaz, ayrılıqların ən çox rast gəlinən mövsümü isə payızdır. 
*Keçmiş İngiltərə kraliçası Viktoriya ağrılarını azaltmaq üçün həkim məsləhəti ilə sarayın bağına əkdiyi marixuanalardan çəkirmiş. 
*Mobil telefonu döş cibində gəzdirmək ürək ritmini pozur, infarkt riskini 20% artırır.  
*» TİME" jurnalı 1982-ci ildə kompüteri "İlin adamı” seçib.

 


Davamı →

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

 

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Alimlər xüsusən okeanlarda olan və dəniz suyuna parlaq mavi bir görüntü verən mikroskopik bitkilərin saçdığı bioloji işığın (biyolüminesans) necə yarandığını kəşf ediblər.
Lent.az-ın “National Geographic” nəşrinə istinadən verdiyi məlumata görə, fitoplankton adlanan bu mikroskopik bitkilərin, xüsusən bu bitkilərin dinoflagella adlanan növlərinin bioloji işıq saçdığı daha öncə məlum olub, ancaq bu işığın necə yarandığı sirr olaraq qalıb.


Ardı →

Yatarkən xarakteriniz "Oyanır"

Elm adamları insanların yatarkən yatma pozisyonunun onların xarakterlərini əks etdirdiklərini söyləyir.
Mövzu ilə bağlı təhlillər aparan Yuxu üzrə Elm Mərkəzinin professoru Chris Idzikowski insanlar arasındakı məşhur yuxu mövqelərini təhlil edərək yuxu mövqelərinin yalnız insan sağlamlığına təsirli olmadığını, həm də insanların şəxsi xarakterləri ilə əlaqəli olduğunu ifadə etdi.
Ardı →

Deja Vü

Son dövrlərdə dünyaya yayılmış fransız sözlərindən biri də «dejavü»dür. Bu sözü çox eşitsək də, nə məna verdiyini bilmirik. İnsanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji hal "dejavü" adlanır.

 Dejavu — fransız sözləri "deja" (artıq) və "voir" (görmək) sözlərindən əmələ gəlib. Bu söz insanın bir hadisəni daha əvvəl də yaşaması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olduğu hissini ifadə etmək üçün işlədilir. «Dejavü» sözünün antonimi isə «jamevu» adlanır. Fransız sözü olan “deja vü”nun Azərbaycan dilinə tərcüməsi “əvvəlcədən görülmüş” mənasını verir.


Ardı →