Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 600 topik

Qurd Bacılar

Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.
Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.

Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.

P.S Allah köməkləri olsun.Amin


Davamı →

Fevral niyə 28 gündür?

Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb. Aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb —  Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), October (Oktyabr), November (Noyabr) və December (Dekabr).

Ay adlarından, iyuldan dekabra qədər olanlar, romalıların 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzülüb. Yəni, martdan başlayan təqvimə görə, bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan əlavə 60 gün saxlanılıb.


Ardı →

Heyvanlar da yuxu görürlərmi?

catAparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa, yatarkən onların gözlərində, ağızlarında (hətta bığlarında) yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif «vizual informasiyalardan» meydana gələn yuxular görürlər. Məməli heyvanlarla yanaşı, bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün heyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə yuxunun sabit bədən temperaturu ilə (və ya başqa sözlə, istiqanlılıqla) bağlı olaraq inkişaf etdiyini göstərir.

 

Ailəm jurnalı


Davamı →

Hansı iki dənizin suyu bir-birinə qarışmır?

Aralıq Dənizdə və Atlantik Okeanında güclü dalğalarla yanaşı, güclü axınlar və güclü qabarma-çəkilmələr var. GibraltarAralıq Dənizinin suyu, Cəbəllütariq Boğazında Atlantik Okeanı ilə qarşılaşır. Ancaq bu iki su bir-birinə qarışmır. Çünki suların hər birinin özünəməxsus temperaturu, sıxlığı, hətta duzluluğu var. Buna görə də, iki dəniz arasında gözəgörünməz bir sərhəd var. Allah (c.c.) isə bunu Quranda belə bəyan edir: "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə var, bir-birinə qarışmazlar (onlar üçün müəyyən edilmiş həddi aşmazlar)".   (Rəhman/19-20)


Davamı →

Su - Həyatdır!

Su həyatdır… Su haqda bildiklərimizi və bilmədiklərimizi nəzərdən keçirəkmi? Elə isə.....
— Bədənimizin  60% -i Sudur 
— Beynimizin 70% -i Sudur  
— Qanımıızın 80% -i Sudur 
— Heç bir şey yeməsək təxminən 1 ay yaşaya bilərik, Amma bədənimiz susuzluğa 1 həftə belə dözə bilməz.

Milyard illər öncə Dünyada var olan su, bu gün hələ də var. Planetimizin böyük hissəsini su ilə örtülüdü, ancaq 3%-i təmiz və içilə bilər.
Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi  1%-ni istifadə edə bilirik. Daha dəqiq desək, yer üzündəki bütün suyun  0.007% -indən az bir qisminı  içə bilirik.
Ardı →

Bumeranq haqqında maraqlı faktlar

 İnsanoğlunun köhnə tarixlərdəki primitiv silahı Bumeranq

Bumeranqın tarixçəsi:
Ümumiyyətlə, bumeranq yalnız Avstraliya Yerliləri nə xas olduğuna inanılırsada, bu doğru deyil. Buna bənzər silahlar, son zamanlara qədər, cənub və şimal-qərb Hindistan Yerliləri və ABŞ-nin cənub-qərbində yaşayan Hopi Qırmızıdərililəri tərəfindən də istifadə edilirdi. Tarix əvvəli avropalıları və Köhnə Misirlilər də bumeranq istifadə edərdilər. Misirın daha sonrakı dövrlərində (E.Ə 1500 ətraflarında) Nil bataqlıqlarında bumeranglarla quş ovlamaq, Misir əsilzadələri tərəfindən sevilən və tutulan bir idman olmuşdur. Buna görə bumeranq atmanın, insanoğlunun ən köhnə idmanı olduğu qarşıya sürümüştür. Bumeranq, indiki vaxtda Avstraliya, ABŞ və bəzi ölkələrdə sporamacıyla istifadə edilməkdədir.

Bumeranq nədir?
Bumeranq deyilincə, atıldığında atana geri dönən qıvrım bir sopaya bənzəyən bir alət ağla gəlir, lakin əslində bumeranq geri dönən və dönməyən olmaq üzrə iki növü var. Ən çox bilinəni, yüngül taxta, plastik və ya bənzər başqa bir vəsaitdən xüsusi olaraq hazırlanmış olan geri-dönən bumeranq. Bunlar ənənəvi olaraq bir-birinə birləşdirilmiş iki qanaddan meydana gələn və banana bənzər bir şəklə sahib alətlər, ancaq indiki vaxtda üç ya da daha çox qanadlı, dəyişik şəkildə edilmiş bumeranglar da tapmaq mümkün. Doğru fırlatıldığında bumeranq havada dairəvi bir yol izləyərək atana geri dönər.


Ardı →

Yumurta ağının yanıqlarda inanılmaz təsiri

Bu üsul Amerikada yanğınsöndürənlərin təlimi zamanı izah olunur. Bir yanıq meydana gəldiyində, nə böyüklüyündə olmasından asılı olmayaraq ilk yardım onu dəri soyuyuncaya qədər soyuq suyun altında saxlamaq və daha sonra yumurtanın ağını ora sürtməkdir.
Əli yanan adam bunları elədikdən sonra əlini yumurta ağına qoyduqda yanmış ərazidəki dəri quruyur və yumurta ağı bir üst dəri kimi o hissəni örtür. Bir neçə saat əl yumurta ağında qaldıqda ağrılar tamamilə azalır və yanmış yerdə bir təbəqə əmələ gəlir. Sabahkı gün çox cüzi qızarıqlıqdan başqa demək olar ki iz qalmır. Əlində çox kobud bir yara izi qalacağını düşünsə də 10 gündən sonra heç bir iz qalmır.
Yanan hissə yumurta ağında olan vitaminlər sayəsində yenidən canlanır. Bu qədimdən xalq arasında sınanmış bir məlumatdır. Amma yenə də əliniz yandıqda mütləq tibbi müayinədən keçin. Zəhmət olmasa paylaşın ki daha çox tanışınız görsün. 

      

Davamı →

Diş məcunu ilə bağlı bilmədiklərimiz.

1. Diş məcunu yaxşı bir qoxu məhv edicidir, əllərdəki balıq kimi qoxuların uçub getməsinə koməkçi olar.

2. Diş məcunu qisa vaxtda yaxşı bir ləkə çıxarıcıdır. Bir az ləkənin uzərinə sürtüb yüngülce ovxalayın ..

3. Diş məcunu ilə silinib parıldadılan  eynək şüşələrini buxar tutmaz

4. Diş məcunu möcüzə bir kağız yapışdırıcısıdır, xususilə divarlara asılan posterlər üçün möcüzə kimidir.

5. Diş məcunu ilə almaz və gümüş üzüklərinizi parıldada bilərsiniz.Ovxalayın yetər..

6. Diş məcunu kiçik mismar dəliklərini doldurmaq üçün gözəl bir hiylədir.

7.Diş məcunu ilə turşumuş qoxusundan qurtara bilmədiyiniz süd şüşələri və əmzikləri, su və bir az diş məcunu ilə yuya bilərsiniz.

8. Diş məcunu ağcaqanad, bit-birə dişləməsi kimi kiçik qaşıntılara yaxşıdır, dişlənilən yerin uzərinə azca əlavə edin və rahatlayın.

9. Bu qədər xeyirdən sonra dişlərinizi gündə 2 dəfə firçlamağı unutmayın.


Davamı →

Dickin Medalı

   Heyvanların döyüşdəki köməklərinə görə 1943-cü ildə İngiltərədə Maria Dickin tərəfindən bir mükafat sistemi qurulmuşdur. Dickin Medalı (Dickin Medal) olaraq bilinən bu sistem heyvanlara verilən bir növ şərəf nişanıdır. Bu medalın yaradılmasına əsas səbəb quşlar olmuşdur. Çünki quşların istiqamət tapma və xəbər çatdırma qabiliyyəti əsrlər boyunca istifadə edilən ən etibarlı ünsiyyət üsulu olmuşdur.
  Quşların yuva tapma qabiliyyəti və mesaj çatdırmaları  I və II Dünya müharibələrində fayda verərək hava qüvvələrinin də işini asanlaşdırmışdır. Belə ki II Dünya müharibəsi (1940-ların başı) əsnasında ABŞ ordusu güclü bir göyərçin ordusu meydana gətirmiş (3150 əsgər və 54 min quş) və mesajların 90 faizini bu şəkildə çatdırmışdır. Havanın gizli agentləri olan quşlar fəlakətlərdə də cəsarət  göstərmiş və saysız həyatı qurtarmışdır. Quşlardan sonrakı ən çox mükafat alan heyvan növü isə itlər olmuşdur. İtlərin qoxu hiss etmə xüsusiyyətiylə bir çox silahları tapması qürur medalı alması üçün kafi olmuşdur. II Dünya müharibəsində 54 heyvana Dickin Medalı verilmiş (32 göyərçin, 18 it, 3 at və 1 pişik) və bu heyvanlar döyüşlərdə, fəlakətlərdə heyətli canlılar olaraq iştirak etmişdir. 2000-ci illərdən sonra ölkələr arasındakı döyüşlərdə 11 Sentyabr hücumu da daxil olmaq üzrə qəhrəmanlıq göstərən quş və itlərə Dickin Medalı verilərək heyvanların qiymətli bir canlı olduğunun üstündə dayanılmışdır. Ən son 2011 Avqustunda bir itə verilən Dickin Medalı bu günə qədər 63 dəfə verilmişdir.


Davamı →