Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 600 topik

Elm dünyasına yol göstərən canlılar

  • Akulanın dərisi sürtünmənin qarşısını alır, bundan ilhamlanaraq dalğıc paltarları hazırlanmışdır.
  • Termitlər ventilyasiya sistemi olan təpəciklər tikirlər, memarlar da bina istehsalında bu sistemdən istifadə edirlər.
  • Quşlar Rayt qardaşlarına və Leonardo da Vinçiyə ilk təyyarə sınaqlarında ilham vermişlər.
  • Ağac yarpaqları günəş bateriyalarının ilham qaynağıdır.

Davamı →

Yağış suyunun bitkilərə faydası

İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.

İnsanlar kimi bitkilər də qida və su ehtiyaclarını ödəyə bilməyəndə quruyub ölə bilərlər. Sulama zamanı suyun həddini aşmaq və ya su qıtlığı bitkinin qurumasına səbəb olur. Buna görə bitkilərin düzgün şəkildə sulanmasına diqqət edin.

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan əmərək əldə edirlər.

Saxsı qablarda yetişdirdiyiniz bitkinin torpağındakı su və qidalar bitkinin aktivliyi nəticəsində azalır.

Bitkini yetişdirdiyiniz torpaqda su və qida qıtlığı olduğundan bitki yaxşı qidalanmır və quruyur. Buna görə saxsı qablardakı bitkinizi 10-15 gündən bir suyla yanaşı, qida elementləri ilə də təmin etməlisiniz.

Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.

Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.
Davamı →

Dünya ulduzlarının şeirləri

Merilin Monro

Nə zamansa...
Nə zamansa sevirdim səni…
Söyləmişdim sənə...yadında?
Amma sən uzaqlara getdin, çox uzaqlara…
Geri dönəndə hər şey üçün gec idi artıq…
O gündən sevgi ancaq sözdən ibarət oldu çox əvvəl unudulan sözdən: " yadındadı?"

Al Paçino

Nə edim
Nə edim? Bilmirəm!
Ağlayım? Xeyri yoxdu!
Sənsiz həyat?
İstəmirəm,bacarmıram.
Aman Allah!
Bu necə oldu axı?
Sevgim işgəncədi sənə!
Dayanıb üzü ümidsizliyə çığırıram,
Amma eşitmirəm özümü…
Ardı →

Ayaq sağlamlığı üçün ayaqqabı necə olmalıdır

Ortopedlər ayaq sağlamlığı üçün dikdaban ayaqqabının hündürlüyünü açıqlayıblar.

Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin professoru Tahir Ögüt hündür ayaqqabıların xüsusilə baş barmağın deformasiyasına səbəb olduğunu bildirib.

«Ayaq sağlamlığı üçün dabanın hündürlüyü 4 sm-dən artıq olmamalıdır. Yüksək daban onurğa sütununu zədələdiyi kimi, ayaqlara da böyük zərər vurur.
Tamamilə düz ayaqqabı da məsləhət görmürük. Ayaqqabının dərisi yumşaq olmalı, ayaq özünü rahat hiss etməlidir»? deyə T. Ögüt qeyd edib.


Davamı →

Kompüter istifadəçilərinin nəzərinə

Əgər siz də kompüterdən çox istifadə edirsinizsə, o zaman vaz kəcəməyəcəyiniz bu dadlı məsləhətə əməl edin.

Bel ki, alimlər günün çox hissəsini kompyuter qarşısında keçirən  insanlara şokoladyeməyi məsləhət görür.

Şokolad qanın beyinə axınını artırır, bu isə bütün hüceyrələrin daha yaxşı qidalanmasına səbəb olur.

Şokolad yedikdən sonra təxminən 2,5 saat ərzində beynin fəallığı artır, görmə qabiliyyəti yaxşılaşır.


Davamı →

Kibritin icadı

Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur. Kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.

İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da.
Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.


Ardı →

Təyyarələr- "Qara qutu"

Ümumiyyətlə, qorxunc qəzalar zamanı dağıntılar arasından zərər dəyməmiş şəkildə tapılan bu qutular sayəsində qazanın səbəbləri aydınlaşdırılır. Təyyarə qəzalarında təyyarə tamam parçalansa da, dənizin dibinə getsə də dərhal «kokpit» deyilən pilot kabinasındaki son danışıqları qeydə alan «qara qutu»lar axtarılır.  «Qara qutu»ların rəngləri əslində qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi dağıntılar arasından daha rahat tapılmaları üçündür

Bəs nə üçün «Qara qutu» bu qədər möhkəm materialdan hazırlanırsa, təyyarə özü tamamilə bu materialdan hazırlanmır? Təyyarənin hissələrini «qara qutu» materialından hazırlamaq parçalanma və yanğından zərər görmə təhlükələrini önləyər amma çox təəssüf ki bu materialdan hazırlanmış bir təyyarə də uça bilməz.


Ardı →

GOOGLE yaranması haqda

İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs GOOGLE adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixcəsi var.


Ardı →

Uşaqlara ən çox deyilən yalanlar

Əgər telefonda uzun müddət danışsan o telefon qulağına yapışar.

Səni leyləklər gətirib.

Yeməsən arxandan ağlayar.

Kofe içsən qaralarsan, ərəb olarsan.

Gözlərini bərəltmə, elə qalacaqsan.

O düyməni sıxsan liftdə qalacaqsan.

Saatlarla tıxacda qaldıqdan sonra: “Bu dayanacaqda düşəcəyik, az qalıb”.

Gecə saqqız çeynəmək ölü əti yemək kimi bir şeydir.

Gecə fit çalma, şeytan gələr.

Səhər üzünü yu, bütün gecə şeytanlar üzünü yalayır.


Ardı →