Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

"At gücü" nədir?

Traktorun və ya maşının gücünü göstərmək üçün «at gücü» ifadəsindən istifadə edirlər. Bu sözü artıq çoxumuzhorseeşitmişik, ancaq onun haradan gəldiyini çoxumuz bilmirik. Lap qədimlərdə, hələ maşınların səsinin -sorağının olmadığı vaxtlarda insanların yeganə köməkçisi atlar idilər. Atlar insan aparır, yer şumlayır, yük daşıyırdılar. Belə çıxırdı ki, insana tək «at gücü» kömək edir. Nə vaxt ki, maşınlar «işıq üzü gördülər», onlar bir atdan qat-qat çox iş görməyə başladılar. Dünyada hər şeyin bir ölçü vahidi var: vaxt — saniyə, dəqiqə və saatlarla, çəki — milliqram, qram və kiloqramla, məsafə — santimetr, metr və kilometrlərlə və s. hesablanır. Beləliklə, maşınların da işgörmə qabiliyyətini «at gücü» ilə ölçməyə başladılar.

 

 

Ailləm jurnalı


Davamı →

Nərd oyunu

nərd oyunuNərd oyununun qədim tarixi var. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə  (münəccimlik)  izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş.

Amma indiki zamana nəzər salsaq, ən çox nərd oyunu Azərbaycanda oynanılır. Küçədə, məhlələrdə gəzərkən nərd oynayan insanlara, əsasən də qocalara az rast gəlmirik.

 Azərbaycanda hələ qədimdən məlum olan, Xaqani, Nəsimi və digər klassiklərimizin əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir.


Ardı →

Təbiətin hədiyyəsi- Böyük burun


Amerika mətbuatının yazdığına görə, yerli alimlər burnu böyük insanların daha çox təmiz hava ilə nəfəs aldıqlarını müəyyənləşdiriblər.

Araşdırmalar göstərib ki, böyük burunda havanı təmizləyən «süzgəc» daha yaxşı işləyir və bu səbəbdən həmin insanların ağciyərlərinə daha təmiz hava gedir.

Üstəlik, belə insanlar «fındıqburunlar»la müqayisədə müxtəlif allergiyalardan da daha az əziyyət çəkir.
Davamı →

Hansı çiçək hansı otağa qoyulmalıdır?

Bildiyiniz kimi, ev dekorasiyalarında çiçəklərin əhəmiyyəti olduqca böyükdür. Otağa fərqli rəng və ahəng qata bilən bu canlılar ağıllı seçimlərdir.Əvvəlcə bunu bilməlisiniz! Çox qədimdən edildiyi kimi qonaq otağına və ya zala dekorasiya vermək məqsədilə hər tərəfi sarmaşıqlarla örtmək artıq dəbdə deyil. Çünki indiki vaxtda bu çiçəklərin oturduğunuz sahələrinizi çox örtməsi sizlərə boğulma və sıxılma hissi verə bilər. Ağılla istifadə etməklə yataq otağınızdan mətbəxə və ya vanna otağına qədər çiçəklərlə evinizin hər yanını dekorasiya edə bilərsiniz.Əvvəlcə qonaq otağınız üçün hansı bitiklərin daha gözəl olacağını bildirmək istəyirəm. Qonaq otağınız üçün mütləq yaşıl bitkilər seçməlisiniz. Böyük və kiçik formalarda dekorasiya etdiyiniz bitkilərlə otağınıza fərqli və xoş bir rəng qata bilərsiniz. Seçəcəyiniz çiçəklər rənglərini otağınızdakı əşyalara da uyğunlaşdırsanız, ciddi mənada gözəllik yaratmış olarsınız. Çiçəyi olmayan yaşıl bitkiləri seçməniz sizin üçün üstünlük təmin edə bilər.


Ardı →

Saç tökülməsinin səbəbləri

Saç tökülməsi ən çox 34 yaşa kimi olan gənclərdə və orta yaş qrup insanlarda müşahidə olunur. Türkiyənin onlayn araşdırma şirkəti sayılan DOR insight tərəfindən saç tökülməsinin səbəblərini tədqiq edən «Saç tökülməsi» adlı araşdırma reallaşdırılıb. Onlayn olaraq aparılan araşdırmada 1974 təvəllüdündən başlayan insan qrupları arasından 1256 şəxs iştirak edib. Saç tökülməsi haqda danışanda ilk əvvəl bəzi qrup insanların ağlına «stress və depresiya» düşür.

Tədqiqata görə, saç tökülməsinin 47%-ni «stresslə» müşahidə olunan «keçəllik» gəlir. Bunun da 21%-ni genetik keçəllik təşkil edir. Stressə düşənlər içində saç tökülməsi, kişilərə nisbətən qadınlarda çox olub. Bura «genetik» keçəl olan kişilər də daxildir.

Saçlarına diqqət yetirməyənlər sırasında C2 sosial-iqtisadi sinfinə mənsub şəxlərdən ibarət və əsasını 18-24 yaşı olan gənclər təşkil edib. İştirak edənlər arasında yaşı 45-dən çox olan yaşlılar da olub. Tədqiqatların nəticəsinə görə saç tökülməsi ilə üzləşən insanlar bu problemlə qarşılaşan və qarşılaşmayanlarla bərabər nisbətdə olub. 
Ardı →

Limonun faydaları

1. Tərkibindəki turşu ilə infeksiyalarla mübarizə aparır.
2. İnfarkt, ürək-damar narahatlıqları və xərçəng kimi xəstəliklərdən bədəni qoruyan antioksidantdır.
3. Təzyiqi aşağı salır və yaxşı xolesterolu artırır.
4. Yoğun bağırsaq, prostat xərçənglərini azaldan anti-kanserogen qidadır. Hüceyrələrdəki maddələr mübadiləsi problemlərini aradan qaldırır və bu sayədə xərçəngin yaranmasının qarşısını alır.
5. Limon suyu dəriyə parlaqlıq qazandırır.
6. Bir neçə damcı limon suyunu isti suya əlavə edib içdikdə həzm sistemi problemlərinə yaxşı təsir edir və qaraciyəri təmizləyir.
7. Günəş altında qurudulmuş və üyüdülmüş limon qabığı saçlara tətbiq edildiyində bədəni sərinləşdirir və baş ağrısını kəsir.
8. Sızanaqlara tətbiq edildiyində onları qurudur.
9. Limon suyu saçların rəngini açır və dərini bəyazlaşdırır.
10. Limon suyu dildəki iltihablara yaxşı təsir edir.
11. Soyuqdəyməni yaxşılaşdırır.
12. Sidik yollarında müşahidə olunan infeksiyalara qarşı təsirlidir.
13. Bəzi böcək və ağcaqanadların sancdığı bölgələrdə padzəhər vəzifəsini icra edir və ağrını kəsir.
14. Qalın bağırsaq ağrısı və qastrit problemlərinə yaxşı təsir göstərir.
15. Çox az miqdada qliserin ilə tətbiq edildiyində limon suyu quru dəriyə müsbət təsir göstərir.
16. Limon suyu dəniz məhsulları və ət üzərinə sıxıldıqda bakteriyaları öldürür. Bu sayədə həzm sistemi problemlərinin qarşısını alır.
17. Limon suyuna əlavə edilən bir damcı duz hər səhər qəbul edildikdə xolesterolu azaldır və arıqladır.
18. Limon suyu susuzluq və ishala qarşı təsirlidir.
19. Limon suyu qarqara etmək üçün də istifadə edilir. Kirəcləri təmizləyir və diş minasını gücləndirir.
20. Hər gün bir yemək qaşığı limon suyu astmaya yaxşı təsir edir.
21. Dəridə olan qaşıntılara müsbət təsir göstərir.
22. Limon suyu ilə qarqara etmək boğaz infeksiyalarının qarşısını almaq üçün və bununla yanaşı difteriya müalicəsində də istifadə edilir.
23. Limon suyu kəpək və yağlı saçlar üçün möcüzəli təsir göstərir.
24. Üzə tətbiq edilən limon suyu qırışıqları gərginləşdirir və dərini canlandırır.
25. Limon suyu sümük əriməsinin qarşısını alır.
Limon
Davamı →

Qan qrupunuzun xüsusiyyətləri

I qan qrupu
O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.
Müsbət tərəfləri:
— möhkəm həzm sistemi
— yaxşı immun sistemi
Zəif cəhətləri:
— yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur
— mədənin yüksək turşuluğu
— allergiya
Davamı →

Ebru- Rənglə suyun rəqsi

ebruİncəsənətin maraqlı növlərindən olan ebru rənglərin su ilə rəqsinin ən ideal ahəngidir. Qədim tarixə malik bu füsunkar sənət əsrlərdir ki, millətindən və kimliyindən asılı olmayaraq seyr edən hər kəsi heyran qoymağı, ruhunu oxşamağı bacarır. Səbəb isə sadədir: bir ebru əsərinin ortaya çıxması üçün rəssam emalatxanasından tutmuş fırçasına, kitrəli suyuna, boyasına və ödlü suyuna qədər bütün vasitələr və mərhələlərlə bərabər, ruhunu qoyur.

Rəvayətə görə, ebru kağız bəzəmə sənəti Buxara şəhərində meydana gəlib, sonralar İrana ayaq açıb, daha sonra isə Anadoluya yayılıb.

Ebru suyun üzərində işlənilir. Məsələ burasındadır ki, ebrunu istənilən suyun üzərində hazırlamaq olmaz. Bunun üçün suyun içinə qatılaşdırmaq üçün müxtəlif məmulatlar əlavə edilir. Bunlar kətan toxumu, səhləb, çəmən otu, heyva çəyirdəyi, dəniz yosunu və kitrə adlanan maddələrdir.

Kitrə – suyu ən yaxşı qatılaşdırma qabiliyyətinə malikdir. Əsasən Türkiyə və İranda bitən yabanı bir tikanın suyundan hazırlanır.
Ardı →

Arı gözü | Nissan's Biomimetic Robot

Məşhur avtomobil istehsalçısı “Nissan”-ın yeni texnologiyası (Nissan's Biomimetic Robot) qəzaların azalmasına hesablanıb. Şirkət, yeni texnologiyada arıların uçarkən digər həşəratlarla toqquşmasının qarşısını alan 300 dərəcə baxış bucağına malik mürəkkəb göz quruluşundan bəhrələnib. 
Nissan's Biomimetic Robot
Tokioda təşkil olunmuş “Ceatec” sərgisində nümayiş etdirilən “BR23C” prototipi 180 dərəcə bucaqda və iki metr kənardakı bütün maneələri təsbit edə bilən sensorla təchiz olunub. Obyektin önünə qəflətən bir maneə çıxdıqda məlumat sistemə ötürülür və təkərlərin istiqaməti ani manevrlə çevrilir. Nissanın hədəfi bu texnologiyanı yaxın gələcəkdə avtomobillərdə tətbiq etməkdir. 

Ardı →

Yumurta ağının inanılmaz faydası


Yumurtanın ağının yanıqlara faydalı olduğunu bilirdiniz heç?

Yumurtanın ağını sarısından ayırıb qaba tökün. Sonra onu yanan yerin üzərinə sürtün.

Yaranın üzərində quruyan yumurta ağı yanmış nahiyədəki ağrını və qızartını götürür.

Yanığın üzərinə yumurta ağı sürtmədən öncə həmin nahiyəni soyuq suyla təmiz yumağı unutmayın. 


Davamı →