Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Banan haqqında: banan qabığının faydaları

1. Banan – giləmeyvədir.  Latin dilində banan «musa sapientum» kimi səslənir, mənası «müdrik insanın meyvəsi» deməkdir.

3. Banan təkcə sarı deyil, qırmızı rəngdə də olur. Qırmızı bananın daha zərif dadı olsa da, daşınması mümkün deyil.

4. Bananda B6 vitamini digər meyvə və giləmeyvələrdən çoxdur. Məlumdur ki, bu vitamin insanda yüksək əhval-ruhiyyə yaradır.

5. Banan istehsal həcminə görə dünyada ikinci yeri tutur — portağaldan sonra, üzümdən əvvəl.


Ardı →

Raşmor dağı və ya Prezidentlər dağı

Raşmor dağları  ABŞ-da Keystoun yaxınlığında (Cənubi Dakota) yüksəlir. Bu dağlar əhali arasında Prezidentlər dağı kimi məşhurdur. Qranit qaya üzərində ABŞ-ın 4 məşhur prezidentinin nəhəng portretləri həkk olunub. Bu prezidentlər – Corc Vaşinqton,Tomas Jefferson,Teodor Ruzvelt,Avraam Linkolnun.

Hələ Amerika qitəsi tam zəbt olunmamışdan əvvəl bu dağ yerli əhalinin dilində Six Grandfathers (altı ulu baba) adlandırılmışdır. İngilis biznesmeni Çarlz Raşmor öz hesabına Amerika qitəsinə ekspedisiya təşkil edir.O bu şəkillərin dağın üzərinə həkk olunması üçün 5 min dollar ayırır.


Ardı →

SOS - son 50 ildə insanlar nələri tükəndirmiş?

İnsanlar son 50 ildə dünyanın balıq ehtiyatının 90%-ni məhv ediblər.

Okeanın məşhur balıq rayonlarının 22 faizi artıq tükənmiş və yaxud həddindən artıq istismara məruz qalmışdır.  Bu ehtiyatların 44 faizi isə artıq tükənmək ərəfəsindədir.

Yeyilə bilən balıq növlərini istismar etməkdən əlavə, biz hər il dənizlərə, okeanlara 27 milyon ton tullantı axıdırıq. Bəzi ərazilərdə dənizin dibi bu tullantılardan elə bətbad vəziyyətə gəlmişdir ki, artıq burada heç bir canlının yaşaması üçün şərait qalmamışdır.


Ardı →

Cətir haqqında

Çətir  insanları yağışdan və günəş şüalarından qoruyan əşyadır.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə «umbrella» sözü latıncada kölgə mənasını verən «umbra» kəlməsindən yaranmışdır.
E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.
Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərznində çətir götürmüşdür. Bununla da o çətiri məşhurlaşdırmış, kişilər arasında istifadəsini yaymışdır.


Ardı →

Ən qədim bayraq- Danneborq

İndiki dövlət bayraqlarından ən qədimi Danimarkanın bayrağı olan – Dannebroqdur. Danimarkalılar öz bayraqlarını belə adlandırırlar.

Əfsanəyə görə, bu bayrağın yaranma tarixi XIII əsrin əvvəllərinə təsadüf edir. Bu – al rəngli parça üzərində ağ xaç təsvirli bayraqdır. Yer üzərində öz qədimiliyi ilə ancaq bir bayraq “öyünə” bilər, o da, Danimarka bayrağıdır.


Ardı →

Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?

Bir çox insanlar düşünür  ki, təbii meyvələr dondurulmuş meyvələrdən daha xeyirlidir.

Yalnız  son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr  tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəfləri ndə qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Bəlli olub ki, dondurulmuş meyvələrin 70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur.

Bu faktın təsdiqlənməsi üçün ingilis alimləri bir çox araşdırmalar aparmışlar. Nəticədə bu teoriya dəqiq olaraq təsdiqlənmişdir. Bu ona əsaslanır ki, C vitamini, polifenol, lyutein, mikroelementlər və digər xeyirli maddələr dərhal  dondurulduqda öz xeyirli xüsusiyyətlərini daha uzunmüddətli saxlaya bilirlər. Bununla bərabər bu uzun zaman ərzində bu xeyirli xüsusiyyətlər aktivliyini itmir.


Ardı →

Qeyri-adi bayram: “Beynəlxalq İnternetsiz gün”

Məlum olduğu kimi, bayram tarixləri sırasında “İnternet günü” ilə yanaşı “Beynəlxalq İnternetsiz gün” adlı qeyri-adi bir bayram da mövcuddur.

Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaqdır.

Böyük Britaniyanın sosial ixtiralar institutunun təsisçisi olduğu bu bayram 2000-ci illərin əvvəllərindən etibarən keçirilməyə başlayıb. Təbii ki, o vaxtdan bəri qlobal şəbəkə dünyasında əhəmiyyətli dəyişiklilər baş vermişdir. Həmin dövrlərdə İnternet-istifadəçilərin sayı az idi və onları qlobal şəbəkədən “qoparmaq” daha asan idi. Lakin son 10 ildə onların sayı 5 dəfə artaraq 3 milyarda çatmış, İnternet həyatın bütün sferalarına sürətlə nüfuz etmişdir.

Bir çox ölkələrdə qeyd olunan bu günün təsisçiləri bütün dünyanın İnternet istifadəçilərini ilin heç olmasa bir gününü doğmalarıyla keçirməyə, öz sevimli məşğuliyyətlərinə həsr etməyə, muzeyə və ya sərgiyə getməyə çağırır.




iсt.az saytına istinadən


Davamı →

Qocalma prosesi konkret hansı yaşdan başlayır

Alimlər qocalma prosesinin konkret olaraq hansı yaşdan  başladığınımüəyyən ediblər.

Cinsindən, həyat tərzindən və ya çəkisindən asılı olmayaraq insan 39 yaşından sonra qocalmağa başlayır. Belə hesab olunur ki, məhz bu yaşda, həyat yolunun bu yarısından sonrakı idrak və dayaq-hərəkət funksiyaları getdikcə zəifləməyə başlayır.

Alimlər kəşflərini belə izah edirlər ki, insan 39 yaşında insanda myelin maddəsinin ifrazı azalır. Myelin qatı sinir hüceyrəsi neyronlarının üzərini örtərək onları kənar mənfi təsirlərdən qoruyur. Məhz Myelin ifrazının dayanması orqanizmin hərəkət və idrak funksiyasının zəifləməsinə səbəb olur. Həmçinin məlumdur ki, myelin örtüyünün zədələnməsi dağınıq skleroz kimi qorxulu xəstəliklə nəticələnir.


Ardı →