Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Evləndikdən sonra niyə artıq çəki alırıq?

Yeni evlənən cütlüklərə uzun müddət “kökəlmisən” sözü deyilir. Evlilikdən sonrakı rahatlıq, stressin yoxluğu, yeni başlayan həyat və sevdiyin insanla olmağın xoşbəxtliyi psixologiyanı rahatladır və heç özün də hiss etmədən davamlı yemək yeyirsən.

Evli cütlüklər digər cütlüklərə nisbətdə evdə daha çox vaxt keçirdirlər və daha çox televizor qarşızında otururlar. Nəticədə də televizora baxa-baxa nələrsə yeyirlər. Eyni zamanda da evlilik sonrası edilən balayı da kilonun artmasına gətirib çıxardır.

Evlilikdən sonra həm də həyat yoldaşınla sənin şərəfinə əmi, bibi evində qonaqlıqlar verilir. Qohumların biri gəlir, digəri qonaq çağırır və nəticədə yeyilən dadlı yeməklər kökəlmə ilə nəticələnir. Bəzən isə yeni evli cütlüklərdə qızın yemək bişirə bilməməsi də kilonun artmasına səbəb olur. Belə ki, qayınana evindən kənarda “öz əlim, öz başım” prinsipi ilə yaşayan cütlüklər yemək bişirə bilməyəndə əvəzinə fast food yeyirlər. Bu qidalar isə olduqca kalorili və ziyanlıdırlar.
Davamı →

Yeməkdən sonra yatmağın zərərləri

Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edir — yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə — qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı «ezofagit» adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.
Davamı →

Şərab içərkən qədəhlər niyə toqquşdurulur?

Şərab içərkən qədəhləri toqquşdurmaq antik dövrlərdən qalma bir adətdir. Qədim zamanlarda insanlar düşmənlərini evlərinə qonaq çağırıb, onlara zəhərli içki təqdim edərlərmiş. Evə gələn qonaq içkini içdikdən sonra ölərmiş.

Uzun illər bu cür adam öldürmək üsulu davam etdikdən sonra, kimsə başqasının əlindən şərab içməyib.

Sonralar evə gələn qonağın ev sahibindən qorxmaması üçün qədəh toqquşdurmaq qaydası dəbə düşüb. Bu qaydaya əsasən şərabı süzən adam, qədəhləri toqquşdurduqdan sonra əvvəlcə öz qədəhini yuxarıya qadırıb, bir neçə udum öz şərabından içir. Bununla o, şərabın zəhərli olmadığını sübut edir və ətrafdakılara da içməyi təklif edir. Bu bir şərab içmək mədəniyyətidir.


Davamı →

Musiqi xərçəngi müalicə edir


ABŞ-ın Filadelfiya ştatındakı Dreksel Universitetinin alimləri müəyyən ediblər ki, musiqi terapiyası xərçəng xəstəliyini sağaltmağa qabildir. Melodik musiqi dinləmə xəstənin psixoloji vəziyyətini yaxşılaşdırır, müalicəni və xəstəlikdən sonrakı bərpa prosesini sürətləndirir.

Alimlərin apardığı tədqiqatda xərçəngdən əziyyət çəkən təxminən 3 min könüllü iştirak edib. Müxtəlif janrlarda həzin musiqiləri dinləyərkən xəstələrdə qan təzyiqinin, təngnəfəsliyin azalması və əhvallarının yaxşılaşması müşahidə edilib.
Davamı →

Üzərlik yandırmağın faydaları


Maraqlıdır ki, yunan dilində üzərliyin adı «kömək etmək, xilas etmək» kimi tərcümə olunur. Qədim zamanlardan bu otun tüstüsünü evlərə verirdilər.

Qədim inanclara görə bu otun tüstüsü evləri qara qüvvələrdən təmizləyir. Bundan əlavə keçmişdə müxtəlif xəstəliklərin epidemiyaları zamanı bu otun tüstüsünü xəstə insanlar olan evlərə verirdilər. Yenidoğulmuş olan evdə də bu ot mütləq yandırılırdı. Bununla bizim qədim əcdadlarımız uşağı həm qara qüvvələrdən, həm də infeksiyalardan qoruyurdu.
Davamı →

Facebook’un yeni oyun platformu “Gameroom”

facebook-gameroom-796x398
Facebook son zamanlar bir çox yeniliklərə imza atır. Və daima yenilik axtarışındadır. Bu dəfə isə oyun sahəsinə girməyi fikirləşir. Beləliklə, gələcəkdə Steam‘a rəqib ola biləcək bu yenilik, Gameroom adlı oyun platformasıdır. Bu platform sayəsində istifadəçiləri Facebook oyunlarını Steam-a bənzər tətbiq olan, Gameroom-dan əldə edəcəklər.
Davamı →

“Bankrot” kimdir və termin necə yaranıb?

Böhran zamanı biz tez-tez “müflis” sözünü eşidirik. Müəssisələrin, maliyyə strukturlarının müflisləşməsi zamanla adi hala çevrilir. Bəs “müflis” (bankrot) termini necə yaranıb və dəqiq olaraq hansı mənanı ifadə edir?

Qədim zamanlarda bir dövlətin sikkəsini digər dövlətin sikkəsi ilə dəyişən şəxslər sərraf adlanırdı. Onların fəaliyyəti müasir valyuta mübadilə məntəqələrinin işini xatırladırdı. Onlar adətən nəhəng liman şəhərlərində və yaxud ticarət aparılan yerlərdə qərarlaşırdılar. Sərraflar öz işlərinin əsl ustadı idilər; onlar sikkənin saxta olub-olmadığını və onun digər ölkə valyutaları ilə münasibətdə məzənnəsini anındaca təyin edə bilirdilər. Bizneslərini uğurlu şəkildə idarə etsinlər deyə, onlar daim digər ölkə valyuta ehtiyatına sahib idilər. Sərraflar tərəfdaşlıq cəmiyyətlərində birləşir və dünyanın müxtəlif yerlərində öz nümayəndələrinə sahib olurdular.
Davamı →

Əslində necə görünürük?


Bəzi insanlar şəkildə başqa, güzgüdə başqa cür görünür. Təbii ki, insanın ağlına ilk olaraq bu sual gəlir: “Görəsən başqaları məni necə görür?” Bu sualın cavabı isə çox sadədir. Şəkildəki görünüşünüzə aldanmayın, çünki ən yaxşı fotoaparat belə insan gözü qədər inkişaf etməyib. Buna görə də şəkillərdəki görüntü sizin əsl görünüşünüz deyil.

Həmçinin insanların 70%-nin üzü asimmetrikdir. Yəni sağ və sol tərəfi arasında fərq vardır. Bu halda güzgüdə gördüyünüz də həqiqi görünüşünüz deyil. Çünki insanlar üzünüzün sağ və solunu yer dəyişdirmiş kimi görür, güzgüdəki kimi deyil.
Davamı →

Enerjimizi azaldan 3 amil

İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur. Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.

Susuzlaşma
Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır. Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.
Davamı →

Hündürboy olmaq üçün məsləhətlər

İnsanın boyu əsasən genetikadan asılıdır. Lakin müəyyən vasitələrin köməyi ilə orqanizmdə gedən boy atma proseslərinə təsir etmək mümkündür.

Orqanizmdə boy atma proseslərinə somatotropin adlı hormon cavabdehdir. Müəyyən vasitələrin köməyi ilə bu hormonun ifrazını artırmaq olar. Nəzərə almaq lazımdır ki, somatotropinin ifrazı insan orqanizmində təxminən 20 yaşa qədər çox olur, daha sonra isə kəskin azalır. Somatotropinin ifrazını artırmaq üçün bu kimi məsləhətlərə əməl edin:

Düzgün qidalanın
Boy atma proselərinin normal getməsi üçün orqanizmə zülallar lazımdır. Bu səbəbdən rasionda mütləq kifayət qədər ət, balıq, yumurta, süd məhsulları olmalıdır. Yulaf yarması («gerkules»), qoz-fındıq, bol meyvə-tərəvəz və göyərti də boy atma proseslərinə müsbət təsir edir. Duzlu qidaların, tərkibində çoxlu kofein maddəsi olan içkilərin (kola, enerji içkiləri və s.), şirniyyatların çoxlu miqdarda qəbulu əksinə boy atma proseslərinə mənfi təsir edir.
Davamı →