Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Hansı iki dənizin suyu bir-birinə qarışmır?

Aralıq Dənizdə və Atlantik Okeanında güclü dalğalarla yanaşı, güclü axınlar və güclü qabarma-çəkilmələr var. GibraltarAralıq Dənizinin suyu, Cəbəllütariq Boğazında Atlantik Okeanı ilə qarşılaşır. Ancaq bu iki su bir-birinə qarışmır. Çünki suların hər birinin özünəməxsus temperaturu, sıxlığı, hətta duzluluğu var. Buna görə də, iki dəniz arasında gözəgörünməz bir sərhəd var. Allah (c.c.) isə bunu Quranda belə bəyan edir: "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə var, bir-birinə qarışmazlar (onlar üçün müəyyən edilmiş həddi aşmazlar)".   (Rəhman/19-20)


Davamı →

"Yaşıl qutu"

Azərsun Holdinqin «Təbiəti qoruyaq» adlı layihəsiyaşıl qutu
Tamamilə ödənişsiz olaraq «Yaşıl qutu»nu sizin ofisdə yerləşdirir və istifadə etdiyiniz tullantı kağızları topalayıb onlara zəng edirsiz və onlar gəlib aparırlar. (1 gün avvəlcədən zəng etmək lazımdır)
Telefon: (050) 498 54 54 (Kamal müəllim)
Bu qədər asan.
PS: Bununla siz neçə-neçə ağacın kəsilməsinin qarşısını ala bilərsiniz.
Bir Yer kürrəmiz var. Hansı ki, ehtiyyatları tükənə bilər.
«Təbiəti qoruyaq»
Xırdalan Karton Fabriki
www.kartontara.az
Bakı Karton Tara Fabriki
Davamı →

"At gücü" nədir?

Traktorun və ya maşının gücünü göstərmək üçün «at gücü» ifadəsindən istifadə edirlər. Bu sözü artıq çoxumuzhorseeşitmişik, ancaq onun haradan gəldiyini çoxumuz bilmirik. Lap qədimlərdə, hələ maşınların səsinin -sorağının olmadığı vaxtlarda insanların yeganə köməkçisi atlar idilər. Atlar insan aparır, yer şumlayır, yük daşıyırdılar. Belə çıxırdı ki, insana tək «at gücü» kömək edir. Nə vaxt ki, maşınlar «işıq üzü gördülər», onlar bir atdan qat-qat çox iş görməyə başladılar. Dünyada hər şeyin bir ölçü vahidi var: vaxt — saniyə, dəqiqə və saatlarla, çəki — milliqram, qram və kiloqramla, məsafə — santimetr, metr və kilometrlərlə və s. hesablanır. Beləliklə, maşınların da işgörmə qabiliyyətini «at gücü» ilə ölçməyə başladılar.

 

 

Ailləm jurnalı


Davamı →

Kişi və qadın geyimələrindəki sağ-sol fərqinin səbəbi

Bildiyimiz kimi, kişi geyimləri soldan sağa, qadın geyimləri isə həmişə əksinə bağlanır.
Bunu səbəbi isə qədim dövrlərə gedir. Əvvəllər varlı xanımları onların qulluqçuları geyindirirdilər. Sağ əl ilə işləyən qulluqçular üçün isə sol tərəfdə yerləşən düymələri bağlamaq daha rahat idi.
Kişilər isə çox vaxt özləri geyindikləri üçün onlara sağ tərəfdə yerləşən düymələri bağlamaq daha asan gəlirdi. Bunun nəticəsidir ki, indi də düymələrin bu cür yerləşdirilməsi adət halını alıb.


Davamı →

“Pi” günü (International π Day)

14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlkpi ədədi dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. 

Bu qeyri-adi rəqəm hələ orta məktəbin aşağı siniflərində çevrə və dairəni öyrənən zaman rast gəlinir. Pi kəmiyyəti çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən riyazi sabitdir.

Pi kəmiyyəti 3,141592… və sonsuz uzunluğa malikdir.

Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni — 3,14. Bu ifadəyə nəzər yetirsək, «Pi» kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur.

Diqqətəlayiqdir ki, beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.

mənbə:  ict.az

 


Davamı →

Ömrümüzü nələrə sərf edirik?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. 

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.


Ardı →

Yaradıcı məsləhətlər

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.

Ardı →

Çəkiniz normaya uyğundurmu?

Bədən çəkiniz normaya uyğundurmu? Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər — bədən çəkisi (kq):boy (m2).

Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4.

 

Nəticəni aldıqdan sonra cədvələ baxın:

 

Bədən kütləsi indelsi, кг/м2

Nəticə

20-dən az

Çəkiniz normadan azdır

20,0-24,9

Norma

25-29,9

Artıq bədən çəkisi

30-34,9

Yüngül piylənmə (I dərəcə)

35-39,9

Orta piylənmə (II dərəcə)

40 və artıq

Ağır piylənmə (III dərəcə)

 
 

 


Davamı →