Bir insanın iki üzü

insanlar çox fərqlidirlər evdə başqa çöldə başqa. Başqalarını necə olduğunu bilmirəm amma, mən özümə fikir verdikdə nə qədər 19 yaşım olsada evdə uşaq kimi hərəkət edir, çox vaxt çox danışır, çox hərəkətli oluram və s. Amma çöldə isə özümü yaşımdan böyük dərəcədə ciddi və  sakit oluram .
Görəsən başqa insanlar necədirlər .



SİZDƏN XAHİŞ OLUNUR XEYLİ RAHAT OLUN MƏNİM ETİRAFIM KİMİ SİZDƏ ETİRAF EDİN ÇÖLDƏ NECƏ EVDƏ NECƏSİNİZ.

24 şərh

Aysel77
Çoxları kimi məndə evdə tam sərbəst, rahat oluram.çöldə daha qapalı, ciddi oluram.
Sufi_tabrizi

çoxu elədi...

mən əksinə

Blue
Teşəkkürlər
 
DANGER_DANGERY
mence buna ikiuzluluk demek yanlis olardi bu normal haldi…
Blue
Siz başqa iki üzlülükdən danışırsınız
kulturoloq
Məkan və Zaman uyğun oluram!!!
Blue
bəli bəzi insanlar belədir
 
Medikamentoz
Cəmiyyət bizi bir neçə maskada olmağa vadar edir,maskalar bizi yorsa belə.Hər yerin və zamanın öz maskası var.Mən şəxsən hamıyla hər yerdə eyni ola bilmərəm və deyiləm!
Deniz-Xeyale
Maraqlı və gözəl bir etirafdı.Mən amma eyni olmağa çalışıram.yeni deyişmirem neceyem elədə qalıram.
Aysel77
Məncə belə də olmalıdır!
Medikamentoz
Bəs əslində elə olursunuzmu?!
Blue
şərhlərə görə təşəkkürlər 
Medikamentoz
Təşəkkür ediləsi bir şeylər baş verməiyb:)
Blue
olasun yenədə
asel
men de evde uşaq kimi ora bura qacıram. tam serbestem. amma ele ki, qapıdan çıxdım oluram tam ciddi.işde de herden ciddi, herden deyib gülen
Medikamentoz
Hər yerdə bir maskam var :)
Blue
:-)
Medikamentoz
Blue,emotikonlara qadağa qoyublar xəbərin olsun.
Blue
yeni bloq açmışam baxa bilərsiniz
Medikamentoz
Xeyirli olsun,ilk səsi mən verdim ):
azadmamedov90
bu kimin nece olmasi kimlerinse 2uzlu olmasi deyil...
bunu bele fikirlesin, usaqa izah edirsiz cizza nedir?-sadece olaraq elivi toka vurma ve ya istidir yandirar, bes niye sualinin cavabi...cetindir cunki bu suallari onlara  izah elemek...sizin basiniza gelsin bu suallar, menim basima gelib, niye bu beledir niye niye ...ve s.
ali tehsilli dunyagoruslu ve agilli1ne ise basqa formada izah edersen verdiyi niye sualini. bu hec de ikiuzluluk deyil...
insanlarla unsiyyet onlarin anlayacagi dilde danismaginiz meselesidir, uz meselesi deyil, hemcinin de evde ozunuzu usaq kimi aparmaqiniz ise sadece olaraq valideynin gozunde her zaman usaq kimi qalmaginizdir...usaqiniz olanda analrsiz…
Medikamentoz
Əgər birinin şüuru buna çatmırsa onunla Siz deyən kimi rəftar etmək doğrudur,bəs çatırsa?! Əlbəttə ki,yox,məncə :)
azadmamedov90
demek olar ki 2 il kecib...hele de zamanla uzlerin sayi artir mence)))