Dünya istehsalı və beynəlmiləlləşmə prosesi

Hələ  XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.

Bu halda ticarət müstəqil fəaliyyət sahəsi  kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır.Bu,Transmilli korporasiyaların (TMK),işin yerinə yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.
 

0 şərh