Beynəlxalq ixtisaslaşma və kooperativləşmə

Maddi istehsal sferasında BƏB-nün  əsas  formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin  müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri  nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər.
Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet,texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır.Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar.Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.

Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları,aqreqatları istehsal edir,sonra isə onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə göndərirlər.Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq kooperativləşməsi ilə uyğunlaşır.Detallar üzrə ixtisaslaşma müasir mərhələdə ETİ-ilə bağlıdır. İBİ-nin dərinləşməsi istehsalın beynəlxalq kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK xüsusiliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur. Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye obyektlərinin inşasını misal göstərmək olar. Məsələn;La-Manş altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir.Beynəlxalq kooperativləşmənin iki əsas növü mövcuddur:1. İkitərəfli-əlaqələrdə iki müəssisə iştirak edir 2. Çoxtərəfli-müxtəlif ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir. İBK  üç əsas formada həyata keçirilir: 1.Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi tapşırır. 2.Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır. 3.Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər. Maddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.

0 şərh