Рейтинг
+14.34

beynəlxalq iqtisadi münasibətlər

31 üzv, 37 topik

Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri

Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəl­xalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibət­ləri tən­zimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çər­çivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər ya­radılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir.


Ardı →

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.


Ardı →

Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:


  • Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;

  • İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;

  • İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini  inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.

Ardı →

Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri

Qlobal iqtisadi problemlərin həlli sahəsində ən mühüm məsələlərdən biri yer kürəsində sülhün bərqərar olması və qorunub saxlanılmasıdır. Bu problem həmişə bəşəriyyəti narahat etmiş, hal-hazırda da öz aktuallığını saxlayır. Müasir dünyanın inkişaf etmiş ölkələrində güclü, iri hərbi-sənaye kompleksləri yaradılmış, güclü silahlı qüvvələr mövcuddur. Hərbi sənaye komplekslərinin və güclü silahlı qüvvələrin yaradılmasına külli miqdarda vəsait sərf edilir. Hərbi-sənaye komplekslərinə və silahlı qüvvələrin saxlanmasına xərclənən bu vəsaitləri dünya xalqlarının rifahının yaxşılaşdırılmasına istiqamətləndirmək məqsədilə təkcə konversiya (konversiya — dövlət borclarının aşağı salınması məqsədilə faizin və ya ləğv olunma müddətini uzatmaq yolu ilə dövlət istiqrazı şərtlərinin dəyişməsi) nəzəriyyəsi yaratmaq deyil, hərbi-sənaye komplekslərinin sökülməsi, dağılması da zəruri və vacib məsələlərdən biridir.


Ardı →

Qərbi Avropa dünya iqtisadiyyatında

Avropanın müharibədən sonrakı iqtisadi inkişafının ilkin mövqeyi. II dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ABŞ aparıcı yer tuturdu.Avropa ölkələrinin iqtisadiyyatı tamamilə dağılmışdır. Dünya dövləti statusuna uyğun olaraq ABŞ bu illərdə yeni dünya quruculuğunun ümumi sisteminin işlənib hazırlanmasına başladı.Bu sistem ənənəvi liberal prinsiplərə əsaslanırdı.
İqtisadi planda yeni dünya quruluşunun əsasını maliyyə və ticarət sahəsində razılaşmalar təşkil edirdi.Maliyyə sahəsində müharibədən sonrakı  yeni dünya valyuta sisteminin əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransda qoyuldu.Bu sistemin prinsipləri aşağıdakılardan ibarətdir:


Ardı →

Dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)

İnkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı. Yeni sənaye ölkələrinin (YSÖ) rolu və mövqeyi.


İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.
İEOÖ-lər üçün əlamətlər bunlardır:


  1. Bütün bu ölkələr dünənə qədər müstəmləkə və qərbdən asılı idilər;
  2. Bu ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-sabitdir;
  3. Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından əhəmiyyətli şəkildə asılıdırlar.

Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar:


  1. Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji resurslarının eksportçuları): Bruney, İraq, İran, Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı.

  2. Xalis enerji resursları eksportçuları,lakin daima mənfi tədiyyə balansı ilə: Əlcəzair, Venesuela, Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və başqaları aiddir.

  3. Yeni sənaye ölkələri (YSÖ) Cənub-Şərqi Asiya ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur, Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin Argentina, Braziliya.

  4. Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara Afrika ölkələrinin əksəriyyəti, Asiyanın bəzi ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən), Amerika qitəsi ölkələrindən Haiti, Honduras, Nikaraqua, Santo-Dominqo və başqaları aiddir.

Ardı →

Ümumdünya Ticarət Təşkilatı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı radio müzakirələrinin birində iştirakçılar müxtəlif idealar, yeni fikirlər və təkliflər irəli sürürlər: "ÜTT bunu etməlidir", "ÜTT belə etməlidir" və s. Nəhayət, iştirakçılardan biri dözməyib səslənir: "ÜTT bir stoldur. İnsanlar onun ətrafında əyləşir və danışıqlar aparırlar. Siz stolun nə etməyini gözləyirsiniz?"

ÜTT danışıqlar nəticəsində yaradılmışdır və bu təşkilat çərçivəsində qəbul edilən qərarlar da danışıqların nəticəsidir.

ÜTT 1995-ci ildən fəaliyyətə başlasa da, çoxtərəfli ticarət sistemi o qədər də gənc deyil.


Ardı →

Dünya ölkələrinin klassifikasiyası

Dünya ölkələrinin klassifikasiyası


Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.


Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.



Ardı →

Qlobal böhran və onun səbəbləri.


Sizlərə təqdim etdiyim məqalə Emin Hüseynov tərəfindən bir tanışının xahişi əsasında yazdığı çox maraqlı və elmtutumlu məqalədir. Sizə bu məqaləni olduğu kimi çatdırıram…


Tanışlarımdan biri məndən qlobal böhranın səbəbləri barədə soruşdu və mənim cavabım uzun alındı. Amma fikirləşdim ki, ictimaiyyətə bu barədə yazım və bəlkə elə fikirlər oldu ki, hamı üçün, o cümlədən mənim üçün də maraqlı olsun. O üzdən buyurun oxuyun və fikrinizi bildirin.


Əslində iqtisadiyyat nə qədər mürəkkəb görünsə də, çox sadə və qeyri-səlis elmdir, hətta o qəder qeyri-selis ola bilir ki, bəzən hetta iqtisadiyyati bir elm sahəsi kimi qəbul etməyənlər də olur. Buna baxmayaraq hesab edirəm ki, iqtisadiyyat elmdir, çünki tarixin sınağından çıxmış və sübuta yetmiş fundamental qanunları var. Qanun varsa, demək ki, elmdir.


Ardı →