Sıfırıncı illər

“Tekumsenin ölüm qarğışından” ABŞ-ın 8 prezidenti yaxa qurtara bilməyib

1813-cü ildə Şauni tayfasının rəhbəri Tekumse sonu sıfırla bitən illərdə Amerika prezidenti seçiləcək bütün prezidentləri ölümlə qarğıyır. Belə ki, hindu rəvayətində deyilir ki, Amerika prezidenti Vilyam Henri Harisson (1841) hinduların Şauni qəbiləsinin Tekumse adlı başçısını öldürərkən qəbilə başçısı məhz “sıfırıncı” illərdə seçiləcək bütün Amerika prezidentlərini ölümlə lənətləyib. Şimali Amerika hindularının Tayfalararası Şurasının fikrincə, Vilyam Henri Tekumseni öldürməklə doğma torpaqları işğal edənlərə qarşı yönəlmiş hinduların axırıncı müqavimətinə son qoyub. Tekumsenin ölümündən sonra, 1936-cı ildə onun “peyğəmbər” adlandırılan qardaşı Tenskvatava öz qardaşının lənəti ilə Amerikanın sıfırıncı illərdə seçiləcək prezidentlərinin seçildikləri müddət ərzində öləcəklərini təsdiq edib- deyə Ferfild Universitetinin politoloqu professor Con Orman bildirir. Onun dediyinə görə, Tenskvatavanın qardaşının peyğəmbərliyini həqiqətən də xatırladan heç bir sübut yoxdur.

Birləşmiş Ştatlarda mövcud olduğu bütün dövr ərzində sıfırla bitən illərdə 8 prezident seçilib. Onlardan 7-si öz səlahiyyəti müddətində ölüb, 8-ci olan Ronald Reyqana isə belə sonluqdan qaçmaq müəssər olub. Bununla belə, onun da həyatına sui-qəsd edilib. Öz qardaşının peyğəmbərliyinə Tenskvatava kiçik bir əlavə də edib: “ Lənət hər 20 ildən bir həyata keçəcək. 8 prezidentin hər biri məhz bu ardıcıllıqla seçilib. “Tekumsenin lənəti” həm də “sıfırıncı faktor” kimi tanınaraq həmin general Harissonun vaxtıdan baş verməkdədir. Birləşmiş Ştatların Müstəqillik Deklorasiyasına imza atanlardan birinin nəslindən olan Vilyam Hanri Harrison öz seçkiqabağı kampaniyasında 1813-cü ildə öldürdüyü şauni qəbiləsinin başçisi Tekumsenin qətlindən şüar kimi istifadə edib. Qətlə yetirilən 8 prezidentin 5-i respublikaçı (Linkoln, Qarfild, Mak-Kinli, Qardinq və Reyqan), 2-si demokrat (Ruzvelt və Kennedi) idi. Yalnız biri – Vilyam Henri Harrison liberal olub.

 

Beləliklə...

General Harrison 1840-cı ildə ABŞ prezidenti seçilir. Öz vəzifəsinə keçən gün soyuq havada iki saat yarım çıxış edir və ciyərlərinə soyuq dəyərək möhkəm xəstələnir. Nəticədə bir ay sonra vəfat edərək öz prezidentliyi dövründə ölən ilk Amerika prezidenti olur və bununla da Takumsenin “ölüm qarğışı” maşını işə düşür. Harissondan sonra “sıfır faktoru” nun növbəti qurbanı 1860-cı ildə prezident seçilən Avraam Linkoln olur.

Aprelin 14-ü 1865-ci ildə Vaşinqtonun “Ford” teatrında “Bizim Amerikalı bacıoğlu” tamaşasına baxarkən Con Uilks Buts tərəfindən qətlə yetirilir. Aktyor Amerika prezidentinin başına 44 kalibrli tapançadan atəş açıb.

Növbəti gün prezident ölür. Bununla o, öz hakimiyyəti dövründə vəfat edən ikinci prezident olur. Linkolndan 20 il sonra – 1880-cı ildə Ceyms Qarfild Amerika prezidenti seçilir. Çarlz Gito adlı bir vəkil Qarfildə Vaşinqton Dəmiryol vağzallarının birində 44 kolibrli revolverdən atəş açır. Nəticədə prezident aldığı yarada 1881-ci il sentyabrın 17-də dünyasını dəyişir.

Mak-Kinli 1900-cu ildə prezident seçilmişdi. Ağ evin arxivində saxlanılan sənədlərə əsasən, Mak-Kinli də Linkoln və Qarfild kimi qətlə yetirilib. Sentyabrın 6-sı 1901-ci ildə Mak-Kinli Buffalodakı Panamerikan sərgisində çıxış edir. Nitqindən sonra prezident sərgiyə gələnləri salamlayarkən keçmiş fəhlə Leon Çalqoş ona 32 kolibrli tapançadan 2 dəfə atəş açır. Güllələr qarın boşluğundan tutur. Prezident aldığı yaradan səkkiz gün sonra – 14 sentyabrda vəfat edir.

1920-ci ildə Uorren Qardinq ABŞ-ın 29-cu prezidenti olur. 1923-cü ildə Alyaskaya səyahəti zamanı prezidenti zəhərləyirlər və elə həmin il avqustun 2-də həyatdan köçür. Rəsmi məlumatlarda elan edilir ki, prezident “ürəktutması”ndan vəfat edib. Çünki onun həyat yoldaşı autopsiyaya (meyidin yarılmasına) icazə verməyib. Qardinqin qadını tərəfindən xəyanətlə üzləşdiyi və arvadının onu zəhərlədiyi də ehtimal edilir.

1940-cı ildə demokrat Franklin Ruzvelt, respublikaçı prezident Teodor Ruzveltin bacısı oğlu üçüncü müddətə prezident seçilir. 1945-ci il martın 12- də portret sessiyası zamanı Ruzveltdə beyinə qansızması baş verir və özünün IV prezidentliyi müddətinin başlamasından 8 gün sonra vəfat edir.

1960-cı ildə Birləşmiş Ştatların prezidenti Con Kennedi olur. 1963-cü il 22 noyabrdaTexasştatınınDallasşəhərində qətlə yetirilir. Şəhərdə açıq avtomobildə gəzinti zamanı prezident bir neçə güllə yarası alır, onlardan biri onun başına dəyir. Bir neçə saat sonra Con Kennedinin öldüyü elan edilir. Beləliklə, o hakimiyyəti dövründə həlak olan 7-ci və hələlik sonuncu Amerika prezidentidir. Prezidentin ölümündə isə keçmiş dessantçı Li Xarvi Osvaldı ittiham edirlər.

Kennedidən 20 il sonra 1980-cı ildə Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti olaraq yanvarın 20-si 1981-ci ildə hakimiyyətə keçir. Həmin il martın 30-da Reyqan ALF-CİO sindikatı nümayəndələri ilə “Hilton” otelindən çıxarkən psixi cəhətdən xəstə Con Xinkli prezidentə 22 kolibrli revolverdən 6 güllə boşaldır. Reyqan sağ qalır.

Həkimlər onun ürəyinin bir düyümlüyündən güllə çıxarırlar. Reyqan çox tezliklə sağalır və bu onu daha da populyarlaşdırır. Reyqan 1980-cı ilin prezident seçkilərində qələbə çalır və ölümdən qurtulmuş olur. Bununla Tekumsenin lənəti hələlik başa çatır. Reyqandan düz 20 il sonra prezident seçilən Corc Buşa da bu lənət təsir etmir. Axı o da, 2000-ci ildə, yəni sıfıncı illərdə prezident seçilmişdi. Lakin bu heç də hindu lənətinin bitdiyi demək deyil. Tarixçilərin fikrincə, bu lənətin nə vaxtadək davam edəcəyi məlum deyil. Şauni hindu nəsilləri hazırda Birləşmiş Ştatların cənubunda yerləşən Oklaxoma ştatındakı rezervasiyada yaşayırlar.      

 

Müəllif: Nigar İxtiyarqızı

 

2 şərh

ayxansevda
qurunun oduna yaş da yanıb
Kenan_Elxanoglu
Çox maraqlı və səviyyəli yazıdır.Təşəkkürlər!