Həyat sonsuzdur, necəki zaman sonsuzdur

Adını və onun haqqında hər şeyin gizli saxlanılmasını istəyən çox yaxın bir dostumdan...

Hava çox soyuqdur ancaq şaxta adama çox təsir edə bilmir, pəncərədən baxanda yalnız azacıq işıldayan qar və qonşu pəncərəsində zəifcə yanan işıq görünür, səssizlik bütün şəhəri bürüyüb. Bilmirəm insanlar hardadır, çoxları bayrama hazırlaşır, axı burda hər şey fərqlidir. Saat təzəcə altını göstərir ancaq elə bil gecəyarıdır. Budur göüdüyüm son işıq da söndü, yəqinki harasa gedirlər. Düz bir il bundan qabaq hər şey daha fərqli idi, hər şey daha maraqlə və mənalə idi, indi bir az çətindir evvəlki kimi yaşanan hər gündən həzz almaq. Artıq dostlarımdan burda demək olar ki, heç kim qalmayıb, bir yandan hər çeydən uzarda yaşamaq və təkliklə mübarizə aparmaq, bir tərəfdən də üzərimə düşən böyük məsuliyyəti yerinə yetirmək təşvişi adamı lap sonsuzluğa aparır.

Xəyala gedirəm bəzən, düşünürəm görəsən indi nə çatışmır, azacıq sonra  hər şeyin qaydasında olduğunu düşünürəm, bəs görəsən adama bu qədər təsir edən nədir, niyə hər şeyin qədrini itirdikdən sonar bilirik yaxud niyə əlimizdə olanla heç vaxt kifayətlənmirik və daima daha çoxunu istəyirik, insanlar fərqlidir necəki məkan və zaman fərqlidir. Elə sən da yanlış düşünürsən, yox bəlkədə mən səhv edirəm.
Görəsən...

Birinci hissənin sonu...

loading...

5 şərh

Yucin
Ehhh… Nə olaca bu işlərin axırı, bircə Allah bilir…
bahar
Səbirsizliklə bu yazının ardını gözləyirəm
Kor Zabit
İnsanlar fərqli, həyat isə bəzən çox vəfasız və qəddardır, bəzən çəx darıxırsan ancaq heç nə edə bilmirsən, bilirəm çoxları hələdə belə məsələləri gülərək keçir ancaq onlarında belə mövzuları günlərcə axtarıb oxyacağına və anlayacağına əminəm, davamənə gözləyirəm.
bahar
Həyat nə vəfasızdı, nə də ki qəddar.Həyatı eybəcərləşdirən biz insanlarıq
Zahid_GDMLI
çox maraqli ve təsirrlendiricidir…