Həyat sonsuzdur, necəki zaman sonsuzdur (ikinci hissə)

Sübh yenicə açılmışdı, gecənin sükutunu küçədən asda-asda keçən maçınların səsi və  insanlarin ayaq səsləri pozurdu. Helə çox ərkən olduğundan elədə çox adam gözə dəymirdi. Vaxt keçir, səssizlik öz yerini hay-küy ilə dərsə tələsən tələbələrə verirdi. Burda həyat çox fərqlidir, istər insanların düşüncəsi istərsə də onların etmək istədiyi şeylər. Həftənin beş gününü çalışan insanlar istirahət günlərini çox fərqli və özləri üçün çox səmərəli keçirirlər.

Bugün mənim üçün də bir az fərqlidir, dostum gəlir, uzun müddətdir ki görmürəm həm də insan tək qalanda hər şeyin qədrini daha yaxşı anlıyır. Bir həftə bundan evvəl olardi, bəlkədə daha çox dəqiq xatırlamıram, bir acnəbiyə rast gəldim. Bir az fərqli görünürdü, istər geyimi istərsədə davranışları. Bir az sükutundan sonra məndən haralı olduğunu soruşdu. Bir az səssiz qaldım, hardasa 65 yaşı olardı, danışanda bir az çətinlik çəkirdi, havanın soyuq olması səsinin də bir az titrəməsinə səbəb olurdu. Mən bir az da düşündüm görəsən mənimlə danışır. Yavaşca dönüb ətrafa baxdim, məndən başqa heç kim görünmürdü, artıq əmin oldu. Səs yenidən gəldi, məndən hardan olduğumu bir az ciddi səslə soruşdu. Azərbaycanlı olduğumu dedim, və onu təsvir etməyə başladım, elə təzəcə başlamışdım ki, sözümü kəsdi. Ehtiyac yoxdur, mən Bakını yaxşı tanıyiram, iyirmi il bundan qabaq olmuşam, səsimi çixartmadım, Bakının əvvəlki vəziyyətini dəqiqliklə təsvir etdi, orda olma səbəbini və tecrübəsini mənlə bölüşdü. Bakıdan çox razi qalıb,elə görünürdü, məndən indi hər şeyin necə olduğunu soruşdu. Mənsə uzun sürən sükutumdan sonra danışmağa başladlm və çox şey dəyişib, dedim. Daha da gözəlləşməsini və insanların da daha yaxşı yaşamasını ona danışırdım. Elə be vaxt avtobus uzaqdan göründü, buradan ele bir avtobus keçirdi ona görə onun da minəcəyinə əmin idim, elə mən də minib bir az arxaya doğru yeriməyə başladım.  Çox maraqlı bir söhbət edirdi, mənim də bilmədiyim şeyləri mənə danəşırdı, Bakıda keçirdiyi günlər, tanıdığı insanlar, bildiyi hər şeyi. Azərbaycanın ne problemi olduğunu da bilirdi, mənə heç vaxt vaz keçməməyi və daim mübarizə aparmağı söylədi. Bir neçə dayanacaqdan sonra evinin bu yaxınlarda olduqunu söylədi, menimlə sağollaşıb avtobusdan düşdü. Avtobus yenicə tərpənirdi, əli ilə yumruğunu sıxdı və mənə nəisə anlatmağa çalışırdı, nə dediyini anlamadım, bir daha diqqətlə hərəkətlərini izlədim. Avtobusdan düşmək istədim ancaq artıq çox gec idi, dayanacaqdan aralanmışdı, Bir az düşündüm, görəsən.....

İkinci hissənin sonu

 

6 şərh

bahar

Yazı səhvlərinizi nəzərə almasaq,mövzunuz yenə maraqlıdır. Ardını gözləyəcəm.


Mənə elə gəlir ki, sizin həmsöhbətinizin milliyyətini müəyyənləşdirdim.

Cavid
Mümkün qədər sahvləri düzıltmıyı çalışdım, yazı mənə aid deyil, bir tanıdığım var o yazır, məndən xahiş edir ki mən post edim… Yeri gəlmişkən əcnəbinin milliyəti haqqında siz nə düşünürsüz)
bahar
Nədənsə  düşündüm ki,keçmişdə Bakıda olan və sonda həmsöhbətinə yumruq göstərən şəxs üzdəniraq qonşularımızdan ola bilər.
Cavid
Yox siz o hissəni bir az yanlış anlamısız, o taman başqa mənadadır, özüdə yaxşı mənada.
bahar
Onda yaxşı olar ki, bir az səbirli olum və növbəti hissəni gözləyim.
Cavid
Əla fikirdir, yəqin ki yaxın zamanda yenisi qoyulacaq, ancaq bu dəfə nədən bəhs ediləcəyi hələki dəqiq bilinmir.