Möminlərin dostluğu

Hər insan "yaxın bir dost" axtarışı içindədir. Xoşbəxtliklərini paylaşacaq, çətin anlarında özünə dəstək olacaq, həll olunmamış qaldığı mövzularda həll yolları göstərəcək, özünü qeydsiz şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub gözləyəcək, səhvlərinə şəfqətlə yaxınlaşacaq, sağlığında olduğu qədər xəstəliyində və ya yaşlılığında da özünü tək buraxmayacaq insanlar axtarar.

Din əxlaqına görə yaşamayan insanlar, bütün istəklərinə baxmayaraq, çox vaxt gerçək bir yaxın dost tapa bilməzlər. Bir çox insanın bu mövzudakı "Çox təkəm.", "Tək bir dostum belə yoxdur.", "Hamısı çətin günümdə məni tək buraxdılar, deməli hamısı da yaxşı günün dostuymuş" kimi sözlərinə tez-tez rast gəlinir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə, insanların, zənginlik, gözəllik, etibar, mövqe ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar, ümumiyyətlə uzun davamlı olmaz. Çünki, dostluğun söykəndiyi bu dəyərlərdə bir dəyişiklik olduğu anda, dostluq da bitər.Unutmayaq ki, sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah, insan fitrətini sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə, iman edən bir insana bir çox nemətdən daha çox zövq verər. Bu səbəblə Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət, gerçək sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük bir coşqu ilə yaşanacağı fövqəladə gözəllikdə bir yerdir. Möminlərin bir-birlərinin vəliləri olduqlarını Uca Allah Quranda belə bildirməkdədir:"Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridirlər. Yaxşılığı əmr edər, pislikdən çəkindirərlər, namazı dümdüz edərlər, zəkatı verərlər və Allaha və Rəsuluna itaət edərlər. İşdə Allahın özlərinə rəhmət edəcəyi bunlardır. Şübhəsiz, Allah, üstün və güclüdür, hökm və hikmət sahibidir." (Tövbə Surəsi, 71)


 

1 şərh

BaKiNeC
İnsanın ən yaxın dostu ALLAHdır.