London və tələbəçilik.

Bakıdakı dostlarımdan biri məndən London haqqında soruşdu. Burdakı tələbəçilik, London camaatı və bəzi özünəxas xüsusiyyətlər haqqında kiçik də olsa bir məqalə yazmamı xahiş etdi. Doğrusu bu məqalədə mənim Londonu başqa bir şəhərlə müqayisə etmək yaxud da tərifləmək deyil, mən sadəcə öz təcrübəmdən irəli gələn bəzi məqamları çatdırmaq istərdim.

Əvvəlcə qeyd etmək istərdim ki, burada deyildiyi kimi çox şey fərqlidir. İstər tələbə olmaq istərsə adi bir vətəndaş yaxud da turist. Hər bir təbəqənin özünəməxsus xüsusiyyətləri var. Səhər vaxtı dərsə tələsən tələbəni müşahidə etmək nə qədər təəssürat yaradirsa axşamlar da "kefi kök" evlərinə getməyə çalışan insanları görmək adamda başqa cür təsir oyadır. Amma burada insanlar çox səmimidir və ən çox işlətdikləri söz isə "sorry" yəni bağışla, fərqi yoxdur günah səndə olub ya yox.

Həftənin günləri də özünüməxsusdur. İş günləri hamı işə yaxud dərsə, istirahət günləri isə ya kinoya, ya kluba, ya da digər məşğuliyyətlər dalınca qaçırlar. İngilis camaatı çox səmimidir, istədiyin sualı soruşa bilərsən, əgər bilməsələr sadəcə bağişla deyib üzr istəyəcəklər.
Hamımıza məlum olduğu kimi təhsil sistemi də çox fərqli və təqdirə layiqdir. Tələbələr çox sərbəstdir. Dərsdən çıxmaq üçün icazə almağa ehtiyac yoxdu, sadəcə durub otağı tərk eləmək kifayətdir. Səmimi olmaq gərəkirsə mən iki aydan artıq müddətdə burada oxusamda hələ dərsi tərk eləməmişəm. Ən sadə səbəb isə sərbəstliyin insana öz məsuliyyətini hiss etməsinə böyük bir stimul verməsidir.

Londonda vaxtı cox maraqlı keçirməyə kifayyət qədər imkan var, amma dərslərin çox olması meni bu maqarladan az da olsa geri çəkir. İsrirahət günləri isə müxtəlif maraqlı yerlərdə olmağa çalışıram, istər muzeylər, istərsədə digər gəzməli və insanların çox sıx olduğu gözəl yerlərdə olmaqdan xüsusi zövq almaq mümkündür.

Burada ən bahalı nəqliyyat və evə verilən puldur, ümümiyyətlə London dünyanın ilk öndə gedən bahalı şəhərlərindən biridir, bu xüsusi ilə tələbələrə daha çox təsir edir.
Tələbələrin üzərinə düşən ən məsuliyyətli iş isə sərbəs oxumaq və öz üzərində işləməkdir, müəllimlər də mühazirələri çox maraqlı və başa düşülən edirlər. Açığı burada yüksək qiymət almaq və ümümiyyətlə təhsil almaq bir az çətindir, və bəzən bu adamı məyus edir.

Və sonda özümün az da olsa təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xarici ölkələrdə tələbə olduqda adam öz ölkəsinin qədrini daha çox bilir və özü özündə bəzi qərarları qəbul etmək məcburiyyətində qalır.




Hörmətlə

Cavid Qədimov
 
loading...

15 şərh

fidan
Maraqlıdır,siz özünüz orada harda oxuyursunuz? Təhsil aldığınız yer,əlaqə saxladığınız azərbaycanlılar,dərnəyiniz(əgər varsa) haqda məlumat versəniz maraqlı olar.Çünki indi çoxları xaricdə təhsilə can atır.
Cavid
Mən özüm London Metropolitan universitetində  təhsil alıram. Magistratura pilləsində Beynəlxaq biznes və maliyyə (MSc in İnternational Business and Finance)  ixtisasi üzrə oxuyuram. Və burada London Metropolitan Azerbaijan Society adlı cımiyyətin sərdiyəm.
2ral
Cavid və yoldaşları sosial aktivdirlər. Çoxları bilir ki,İngiltərədə 26 fevral tarixində Xocalı hadisəsi ilə bağlı aksiya keçirmişlər. Sevindirici haldır ki,bizim İngiltərədə oxuyan tələbələrimiz bir-birləri ilə yaxın əlaqədədir.
bankir
Cavid,mümkünsə universitetlərdə scholarship haqda məlumat ver.Nə vaxt,necə,nə qədər verirlər? Qiymətlər yüksək olanda nə qədər təqaüd verirlər? Mümkünsə ətrafl yazın.
Cavid
Əslində mən dövlət proqramı ilə təhsil alıram, ona görə universitetin scholarship proqramından şəxsən özüm istifadə etmirəm, amma məlumat verə bilərəm. Universitetdə təxminən 15 yaxın scholarship (təqaüd) proqramı var, bunlardan bəziləri sırf öz ölkəsindən olan tələbələrə şamil edilir. Bəziləri isə müəyyən ölkələrə və müəəyən ixtisaslara aid edilir. Səmimi olmaq gərəkirsə 2 yaxud 3 proqramdan birini qazanmaq mümkün olar amma bir az çətindir. Və proqramlar bakalavr və master üzrə fərqlidir, son müraciət etmə(deadline) vaxtları da fərqlidir. Mən şəxsən məsləhət görərdim ki, elə Azərbaycanda bu proqrama düşəsən, hər bir xərcləri qarşılayır( istər təhsil haqqını istərsə də digər məsrəfləri).
London Metropolitan universitetinin təqaüd proqramı haqqında bu linkdə http://www.londonmet.ac.uk/international/howtoapply/scholarships/scholars.cfm daha ətraflı tanış olmaq mümkündür. Azərbaycandakı təqaüd proqramı haqqında daha ətraflı isəhttp://xaricdetehsil.edu.gov.az/XaricdaUmumi.html?tab=1 bu linkdə tanış olmaq olar. Hər hansı suaınızl yaranarsa çəkinmədən müraciət edə bilərsiz.
bankir
Məni əsas onun məbləği maraqlandırır.bilmirsiz siz oxuyan yaxud başqa London universitetlərində nə qədər verirlər?
Cavid
Bu barədə çəx təəssüf ki məlumat verilmir. Amma təkcə ona əminəm ki bizim dövlətin ödədiyi puldan  az verirlər( Ən yaxşı halda 1/2 qədər yaxud bundanda az)
Səbinə
Təxminən hər aya nə qədər xərc çıxır?Bütün xərclərinizi yaza bilərsiz?Ən çox maraqlandıran isə bunlardır:
1.ev pulu2.yemək pulu3. əyləncə(kino,teatr,kafe-restoran.
Mümkünsə qiymətlər haqda ətraflı yazın.
Dövlət bütün xərcləri ödəyir? Sonra bütün ərclər qaytarılırmı?
Cavid
Hər ay dövlət təxminən 1500£( 1700 €) pul ayırır və həmçinin universitetin təhsil haqqını ödəyir( bu məbləğ məndə 10700£, yəni təhsil haqqının hamısı). Pulu hər alti aydan bir ödəyir( yəni bir il müddətində magistratura üzrə oxuyana 2 dəfə pul ödənilir).
Ev puluna gəldikdə fərqli göstəricilər mövzuddur( Londondan başqa digər şəhərlərdə nisbətən ucuzdur, təxminən aya 250-350£, bu göstərici Londonda fərqlidir, təxminən aya 500-600£ arasında dəyişir). Mən şəxsən aya 550£ ödəyirəm. Qeyd edim ki mən yazdəğım qiymətlər orta qiymətlərdir( məsələn ikinci zonada ev 500£ sa, birinci zonada 700-800£ və yuxarı, 3,4,5,6 zonalarda isə qiymətlər daha ucuzdur). Yeməyə çıxan pul isə hər bir insanda fərdidr( təxminən ayda 400-500 £). Burda əsas pul evə və transporta gedir( metro bir gedişi(single) 1.8£-2.3£ dur, avtobus isə 1.2£( məsafədən və yerdən asılı olmayaraq qiymət sabitdir). Amma xüsusi tələbə güzəçtləri də var. Qalan pul isə digər ehtiyaclara gedir. Düşünürəm ki dövlətin verdiyi pul kifayət edir. Dövlət proqramı ilə əlaqədar yuxarıda qeyd etdiyim linkdə daha ətraflı tanış ola bilərsiz. Təşəkkürlər

papatürk
Azərbaycanlıların kültür dərnəyi var? Cəmiyyət,partiya və s. Praktik olaraq nə iş görmüsüz? 26 fevral çıxmaqla Azərbaycan tələbələri nə vaxtsa bir araya gəlibmi?
Cavid
Bəli, burda azərbaycanlı tələbələrin təşəbbüsü ilə universitrtlərin tərkibində cəmiyyətlər yaradılıb( buna misal olaraq, London Metropolitan Azerbaijan Society, York AZərbaycan Society, UCL Azerbaijan society və s.). Burda yaradılan bütün cəmiyyətlər sırf dövlətimizin lehinə və bütün tələbələrə köməklil etmək məqsədi daşıyır. Xocalı ilə əlaqədar təkcə Londonda yox eləcə də Avropanın digər şəhərlərində müəyyən tədbirlər keçirildi. Bundan başqa digər tədbirlər də keçeirlir ( məsələn, ermənistan prezidenti ötən aylarda londona gəlməsi ilə əlaqədar etirz aksiyaları, bayramla əlaqədar keçirilən tədbirlər və s.). Və həmçinin müəyyən vaxtlarda cəmiyyət üzvülərinin bir araya gəlməsi və müəyyən məsələləri həll etməyə də vaxt ayrırıq. Xatırladım ki, bəzi cəmiyyətlərə yaxşı haldır ki, müəyyən maliyyə dəstəkləri verilir.
Cavid
Xatırladım ki məndə  universitetdə 2 həftəlik Easter break (pasxa bayramı) ilə əlaqədər tətil verilib ( 12 Aprelə kimi). Asudə vaxt tapmaq mümkün olur, maraqlandığınız suallarla müraciət edə bilərsiniz. Mümkün qədər cavablandırmağa çalışaram.
Cavid
York memories by kayzen.az


Cavid
Deyirəm vaxt necədə tez axıb keçir. Yer hımin yerdir zaman və insanlar fərqlidir. Kimləri qazanıb kimləri itirdim, bəzən çox təəssüflənirəm ancaq həyat qazanmağı bacarmaqla yanaşı itirməyi də bacaran insanlarındır.
bahar
Əziz Cavid harada olmağından asılı olmayaraq  tələbəlik hər yerdə və həmişə gözəldir.Əminəm ki, bunu çoxları təsdiqləyər.
«Tələbəyəm» demək özü də insana xüsusi zövq və qürur verir.Sadəcə olaraq tələbəliyin qədrini bilmək lazımdır.