Karandaş

karandaşKarandaşı qutuya qoymazdan öncə usta onu bir kənarda saxladı və dedi.
— Bilmən gərəkən 5 nəsnə var. Mən səni dünyaya göndərməzdən öncə bunları bil və yadda saxla, yalnız o zaman yaxşı karandaş ola biləcəksən.

Birinci: Sən çox gözəl işlər görə bilərsən. Amma kiminsə əlində tutulmağa razı olsan.

İkinci: Bəzən sənin canını acıdacaqlar, çox iti şəkildə xəttləyəcəklər. Amma bu daha yaxşı karandaş olmana kömək edəcək.

Üç: Sən səhvləri düzəldə biləcəksən, hansıları ki özün etmişdin.

Dörd: Sənin ən mühüm hissən daima içində/daxilində olacaq.

Beş: Hansı səthdə istifadə olunursan ol, həmişə öz imzanı/izini qoymalısan.
Nə olursa olsun yazmağa davam etməlisən…

 Ardın davam edə bilərsiniz, 6,7,8 və s. Baxaq kreativliyinizə


© Kənan Kərimzadə

P.S: Məncə, bizim kayzençilərin də maraqlı əlavələri olacaq. :)

29 şərh

_BUMERANQ_
6. Dəyərin cızdığın xətlərdən bəlli olacaq.

7. Səhvlərin təcrübən olacaq, amma çox səhv edib həyatını «qaralama dəftəri»nə çevirmə.
pascal
Əla topikdi. Nəhayət ki, _BUMERANQ_dan gözlədiyimiz topiklər gəldi. Əllərinə sağlıq, öyrətenim. :)
Birin də mən yazım, ilk ağlıma gələni. Sonra uydura bilsəm, yenə yazaram. ;)
 
8. Bəzən «sındıracaqlar» səni, ama sən yenə də «yaşamağa» davam edəcəksən… Ya səni sındıranın, ya da başqasının əlində. :(
pascal
öyertmenim* Tələsdiyimdən hərf səhvləri oldu. Üzrlü sayın. :)

Həm zövq verən, həm düşündürən topiklər az yazılır burda. Bumeranq bu tip topik yazanların başında gəlib həmişə. Sevinirəm onun adını «Postlar» bölməsində görəndə. _BUMERANQ_  adı varsa orda, bilirəm ki, yenə də bizi düşündürməyə sövq edəcək topiklər yazıb. Çox bəyəndim bu topiki də, «Knulp»u da. Axarıncı olsun, oyretmenim. :)
_BUMERANQ_
Böyük dəyərinçün çox sağ ol :*

Qəşəng uydurmusan. ;)



 
Someone
Həyatda illərlə cəkdiyin zəhmətlərini, əziyyətlərini dərk et, dəyərini bil, Allaha şükür et! Sənə cəkilən zəhmətləri itirmə, ən azında ürəkdən Allah razı olsun de.
name
Pis nə yazdım ki şərhim silindi? Sadəcə yazılar bir az oxşar olduğu üçün link qoymuşdum.
pascal
İstəyirsən 1 milyon topik yerləşdir, bircəciyi oxunmursa, ətrafında maraqlı müzakirə getmirsə, maraqlı fikir, rəy, şərhlər yazılmırsa...nəyə lazım post yerləşdirmək? Heyif ki, belə gözəl topikə də reaksiya verən olmadı. Halbuki, maraq yaradacaq yazı idı.
...Nə yerləşdirmək lazımdır ki, milləti şərh yazmaq vərdişinə alışdırasan? :) 
Don_Elnur
Bizimkilər ƏSASƏN kimisə səhv çıxarmaq istədikdə canla-başla nəsə yazmağa, irad bildirməyə tələsir, yalnız özünün daha doğru olduğunu göstərmək üçün, qalan vaxtlardaysa heç veclərinə olmur:)
_BUMERANQ_
Həə Pascal, belə…
pascal
Dediklərinizlə qismən razıyam. Amma bununla yanaşı userlər çox passivləşiblər. Onlayn gördüyüm istifadəçilərin heç biri fəallıq göstərmirlər burda. Bibixanım demişkən: «Gəlirlər, yoxlayırlar, gedirlər.» Bir kəlmə şərh yazmağa tənəzzül etmirlər. Nə isə eeh...Danışmaqla bitməz.
_BUMERANQ_
Bu boyda «sükut»da yazılan hər şərh 10 şərhə bərabərdi. Vaxt atırıb şərh yazan hamıya təşəkkür.
asel
Əla bir topik._BUMERANQ_
Birini də mən deyim.  Bəzən səni yonacaqlar, yonacaqlar… Amma son nəfəsinə kimi istifadə edəcəklər… Bezmə, səbr et…
_BUMERANQ_
Bəzən dözmə, güclü ol və karandaşyonanı sındır!
name
Bir müddət sonra o karandaşyonana ehtiyacın olacaq! Başqası onu əvəz edəcək…
_BUMERANQ_
təzəsi daha maraqlı oldu bəlkə ;)
name
Hər şeyin təzəsi karandaşyonanın köhnəsi:))
_BUMERANQ_
mədənisi, ağıllısı :)
name
*qələmyonan
Ferbara
«Karandaşın həyatından» adlı cizgi filmi bu mövzuya aiddi.
pascal
Çox anlamlı çizgi filmdir…
Qısa ömür sür, amma həyatda yoldaşını, dostunu elə seç, ömrünü elə adama sərf et, elə insanla paylaş, elə ömür tükət ki, o sənin qədrini biləcək, səni anlayacaq, mənalı, rəngarəng, rifah dolu, ürəyin istədiyin həyat yaşadacaq sənə — nəinki, sevmədiyin insanla monoton, mənasız, uzun çizgili həyat yaşa.
Ferbara
Hə, Pascal. Dediklərin əsasən ikinci hekayədə idi. :) Cizgi filminin birinci hekayəsində karandaşın ictimai fəaliyyəti, ikinci hekayədə isə şəxsi fəaliyyəti təsvir olunub. 
pascal
Mənə 2-ncisi çox təsir etdi. 
_BUMERANQ_
Ferbara, cizgi filmi lap yerinə düşdü. Sağ ol, paylaşdığın üçün :)
Ferbara
Həvəslə paylaşdım. :)
BaRLeLiTa
Sözün əsl mənasında bu yazıda karandaş insan həyatını təsvir edir. Həyatda səhvlər edirik onları düzəldməyə çalışırıq -düzəldirik. Qəlbimiz daxilimizdədi, çətinliklər nəticəsində təcrübə əldə edirik və ən mühümü həyatda öz izimizi qoymağa çalışırıq. Əla yazıdı.
 Əllərinizə sağlıq :)
_BUMERANQ_
Bir də çox sağ olun şərhlərə görə. Əla günləriniz olsun. :)