Şərab kimi qadınlar

Bu yaxınlarda facebookda dostlardan birinin paylaşdığı şəkillər və bu şəkillər ətrafındakı müzakirəmiz məni çox düşündürdü. Şəkilləri bəlkə də çoxu bəyənməyəcək, nə bilim bizim mentalitetə uyğun «nənələr» deyil deyəcəksiz, ya da üzlərində boya çoxdu və s.

Çox təəssüf ki, məndə də bu mühakimə var. Ta uşaqlığımdan bəri fikirlərimə hopturulmuş nənə, bacı, bibi, xala, ana obrazı var. Hər birinin də mütləq şəkildə, hər kəsə bəlli cavab verməli olduğu tələblər var. 

Maraqlı olan odu ki, gündəlik həyatda, ən çox da ictimai nəqliyyatda rastlaşdığım xalalar, nənələrin əksəriyyəti həddən artıq kök, lap belə çirkin şəkildə deyim tərli, bığlı olması heç kimdə təəccüb doğurmur, çox normal hal kimi qəbul edilir, amma hansısa yaşlı nənənin bəzəkli-düzəkli, baxımlı olması qəbul edilmir. O saat ətrafdakıların üzündə əyilmə halları müşhidə edilir.

Düzdü, mən də çox boyanın, ifrat makiyajın tərəfdarı deyiləm, amma o boz kütlənin içində baxımlı qadın(yaşının neçə olmasından asılı olmayaraq) görəndə həyat eşqim artır. 
Və görürəm ki, bizdə «nənə», «xala», «bibi», «ana» anlamı «Qadın» anlayışından çox güclüdü. 

Deyir, qadın şərab kimidi, yaş artdıqca dəyəri də artır. Şərab kimi qadınları çox görmək diləyilə...

P.S: Ön mühakiməni öldürmədən şəkillərə baxmaq qadağandır!















© Axundova Təhminə
 

15 şərh

MURAD_SEYFULLAYEV
Məncə bizim yaşlı qadınları biğlı, tərli edən, onları elə cavanlığında qocaldan, qocalığında da bir qırağa atan elə bizim mentalitetdir. Əzab-əziyyət içində yaşlanan qadınların, qocalığından ləzzət almaması heç də qeyri adi deyil.
MURAD_SEYFULLAYEV
Şəkillərdən çox xoşum gəldi. Yaşlı qadınları üzü gülər görmək adama stimul verir. :) Həmdə gözümüz öyrəşməyib. 
pascal
Nənələrimizin yerlərin dəyişmək lazımdı. Şəkildəkiləri bizim əkin-biçin rayonlarına, bizimkiləri də aristokratlar, mədəniyyətlər şəhərlərinə miqrasiya etmək lazımdı. ;) ))
Ferbara
Qəşəng yazmısan, Bumerang. Başqa bir şey deməyəcəm. :)
pascal
Onsuzda müasir nənələrimiz şəkildəkilər kimi olacaq, narahat olmayın. Bir az səbr edin ancaq. :)
MURAD_SEYFULLAYEV
Bəlkədə həddən artıq müasir olacaqlar. :)
BaRLeLiTa
Məndə elə bunu yazmaq istəyirdim :) Tamamiylə razıyam sənlə pascal ;)
Ferbara
Mikrobloqdakı nənə kimi möhkəm, sağlam da olsunlar. :)
pascal
M.bloqdakı nənə professionaldı. Bu da var. O dəqiqə hiss olunur bu. Uşaqlıqdan rəqsi özünə peşə seçənlərdə. Bizim nənələr toyda durub, bir dəfə qol süzəndə, babaların baxışları uje o yandan ona işarə edir: «Bəsdi day! Az oyna! Otur aşağı!» ))
pascal
seçənlərdəndi*
Ferbara
:)) Eləsi də var ki, özündən utancaqdı. 
asel
2-ci xanıma çox yaraşıb:)
Gülnar
Möhtəşəmdirlər. İndi yaşlı qadınlar müasirlik, özünə baxmaq adı ilə dar maykalar geyinirlər yay aylarında, adama xoş gəlmir. Bunlar isə çox zövqlə geyiniblər. Mən beləsini ictimai nəqliyyatda görsəm qibtə ilə baxaram, nəinki pis düşünmək. Kim deyib ki, yaşlı qadın özünə baxmamamılıdı. Üzlərində də boya artıq deyil, yeridədi. Artıq olanda bizim yaşlıların onun-bunun həyatına burnunu soxmasıdı. Əgər onların da bu şəkildəkilər kimi öz həyatları, öz maraqları olsaydı fitnə-fəsadlıq vaxtları nə də maraqları qalmazdı.  
Gülnar
Baxmamalıdır*
Artıq olan*
P.S İstifadəçiyə şərhi redaktə etmək şansını hələ də verməməyini qınayıram, kayzen:)