Рейтинг
+78.91

Düşüncələrim, münasibətim, fikirlərim

42 üzv, 24 topik

Linç dalğası: sosial şəbəkə manqurtları

Orta əsrlərdən bəhs edən bir filmə baxırdım. Bir təbib uzaq əyalətdən gəlir, dünyanın yaşadıqları yerdən ibarət olduğunu düşünən İsveçrənin kiçik bir kəndinə düşür. İnsanları tibbi üsulla sağaltması adını cadugərə çıxardır. Kənd camaatı toplanır və onun yandırılmasını tələb edir.
Qadın açıqlama verməyə çalışır, özünü isbat etmək üçün dəridən qabıqdan çıxır. Amma nə məhkəmə heyəti onu eşitmək istəyir, nə kənd camaatı. Qadın isə orada bir cümlə deyir, «heç kimə həqiqət maraqlı deyil, hamı nəticəni — ölümü görmək istəyir». İnsanlar isə hamısı bir ağızdan eyni tələblə qışqırırlar, «yandırılsın!» Adamların ağızları köpüklənə-köpüklənə, sonsuz nifrətlə, dərin ehtiraslı bu gözləntilərinin təsirindən çıxmamış Feysbukda qopan fırtınanın ortasına düşdüm.

Davamı →

Zaman qövslərində hərəkətlilik

«Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir.»   A.Koyre
Mətn yolculuğu təkcə gələcəyə istiqamətlənmir, bəzən keçmişə də təsir edir. Yəni bu günün gələcəyə doğru olan hərəkətliliyi hərəkətsiz sayılan keçmişi də arxasınca çəkib apara bilir. Lakin bu sadəcə vizual görüntüdür (oxu: düşüncədir) və əsas mexanizm — itələyici qüvvə keçmişin özüdür. Bunu velosiped təkərlərinin hərəkətinə də bənzətmək olar. Arxa təkəri keçmiş, ön təkəri gələcək kimi düşünsək, vizual görüntüdə arxa təkər ön təkərin arxasınca gedir. Başqa formada desək, ön təkər arxa təkəri arxasıyca çəkir. Amma həmişə olduğu kimi burda da görüntülər daxili məzmunu əks etdirmir. Keçmiş və gələcək çevrələrinin «toxunma nöqtəsi» olan «bu gün»ü də pedallara bənzədib hərəkətləndirici nöqtə ilə bənzətməni tamamlamaq olar. Və ya, zənnimcə, çevrələr nöqtələr çoxluğundan ibarətdirsə, bu çoxluqdakı hər bir nöqtəni də «bu gün» adlandırmaq məntiqsiz sayılmaz.

Davamı →

Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Davamı →

Sabaha adlaya bilməyən solçuluq

Son günlər Azərbaycanın sosial şəbəkə məkanında “sağ-sol” müzakirələri, daha çox mübahisələri gedir. Azloqos-da gedən “Çe Qevara: Fidelin sevimli cəlladı“ adlı məqalə, ardından da, yazıçı Ələkbər Əliyevin “Yatıb-çıxan oğlanın solçu anası” başlıqlı yazısı Facebookda ciddi əks-səda yaradıb.
Onu deyim ki, “Çe Qevara: Fidelin sevimli cəlladı“ adlı məqalədəki “fakt”ları müəllifin şəxsi mülahizələri, şəxsi hiss və düşüncələri, heç bir mənbəyə əsaslanmayan privat mövqeyi kimi qəbul edirəm. Ən azından başlıqlakı “…bir vaxtlar çiçəklənən Kubanı konslagerə çevirmiş Fidel Kastro rejimi…” cümləsi, müəllifin Kuba inqlabından əvvəlki general Fulgencio Batistanın avtoritar rejimindən xəbərsiz olduğunu açıq aydın göstərir.

Davamı →

Azad medianın yaratdığı totalitarizm

Sistemin tələyə salıb öz oyununa şərik etdiyi fərdin azadlığını, mübarizəsini görməzdən gəlib onu necə zərərsizləşdirdiyini ən canlı şəkildə göstərən nümunə, məncə, Frans Kafkanın “Qəsr” romanıdır. Laqeydliklə zərərsizləşdirilmiş fərd isə romanın qəhrəmanı — həm mütəxəssis, həm şəxsiyyət kimi lazımsızlaşdırılmış K.- dır.
Günümüzün “Qəsr”i əsl sahibinin kim olduğunu bilmədiyimiz sosial şəbəkələrdir və hər birimiz bu gün bu “qəsr”ə öz lazımsızlığı ilə lazım olan K.-larıq. Zukerberq olsa-olsa bu “qəsr”in Barnabasıdır, o, formaya nəzarət edir.

Davamı →

Gənc publisistlər üçün məsləhətlər

Qoca qarğa boş yerə qarıldamaz. (Atalar məsəli)
Ürəyim dolu, vaxtım az, qanım da hal-hazırda bir az qaradır. Ona görə də söhbəti uzatmadan, birbaşa, müqəddiməsiz, girişsiz filansız bir müddətdir yazmaq istədiyim məsləhətlərə keçirəm. Bütün hallarda, səbəb nə olursa olsun təcrübənin paylaşılmasında fayda var. Diqqətlə oxuyun, bəlkə bu məsləhətlərdən hansısa sizə faydalı ola bilər.

Davamı →

Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Davamı →

Doğru və yalnış düşüncə

Hər kəsin davranışı onun düşüncəsindən asılıdır.
Eyni bir hadisə haqqında iki insan fərqli düşünə bilər. Qəlbimiz aynaya bənzəyir: əgər o təmizdirsə, ətrafımızı da özündə təmiz, aydın əks etdirir və biz gözəl düşünürük. Yox, əgər qəlb aynamız ləkəlidirsə, o zaman biz də gördüklərimiz haqqında yaxşı düşünməyi bacarmayacağıq.
Hər kəs qəlbinin təmizliyinin qayğısına qalmalıdır ki, düşüncələri də təmiz və gözəl olsun.

Davamı →

Qarabağ boyda dərdimiz travması

Son yarım əsrdə ərəb dünyasının beynəlxalq arenada enişə keçməsinə təkan verən amillə bağlı müxtəlif fikirlər irəli sürülür. Əksər hallarda radikal cihadçılıq mentaliteti əsas gətirilir və ya ümumillikdə, İslamda din və siyasət münasibəti qeyd olunur. Digər yandan, daha böyük şəkilə baxdıqlarını iddia edənlərin bu halın, Qərbin müstəmləkəçilik ənənəsinin nəticəsi olduğu iddiası da öz yerini qoruyur. Həmçinin İsrail-Fələstin konfliktinin bütün Ərəb coğrafiyasına çox güclü təsir etdiyi faktı da istisna edilmir.

Davamı →

Portretlər

«Düşünülürəm, deməli, varam”
(Baaderli Frans, XIX əsr)
İndi dərs demədiyim universitetlərin birində, semestrin başlanğıcından bu yana neçə aydır ki, mənə qulaq asmayan tələbə qızlardan biri, bir gün mən sinfə girib, dərsə başlar-başlamaz, bəlkə də ilk dəfə üzümə baxıb, həyəcanla soruşdu (onun sual formasını və intonasiyasını olduğu kimi çatdırmaq istəyirəm): „Müəllim, sizi televizorda göstəriblər?!”

Davamı →