Bədənimizdəki elektrik sistemi

Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları, hüceyrənin bölünməsi, ürəyin döyünməsi elektrikdir Əslində, bütün kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.
Bir sözlə, insan orqanizmi həyatda qalmaq üçün elektro-kimyəvi enerji sistemindən istifadə edir. Bədənimizin elektriklə işləyən hissəsini sinir sistemi təşkil edir. Bir qəza və ya şikəstlik olmadıqca bədənimiz həm elektrik hasil edir, həm də hasil etdiyi elektrik enerjisi ilə gecə-gündüz fəaliyyət göstərir.
Canlılardakı elektrik sistemi metallardakı elektrik sistemlərindən daha çox üstünlüyə malikdir. Bu üstünlüklərdən biri bioloji sistemlərin öz-özlərini təmir etməsidir. Məsələn, barmağınız kəsildikdə qısa zaman ərzində bu yara sağalır.

Bir anlıq bütün bu proseslərin bizim iradəmiz daxilində yerinə yetirildiyini düşünək. Ən funksional bir cihazı belə fəaliyyətə salmaq üçün bir idarə paneli lazımdır. İnsan orqanizmi bilinən ən mürəkkəb texnoloji cihazdan belə qarışıqdır. İndi belə bir sual meydana çıxır: Bizim iradəmizdən asılı olmayaraq vücudumuzu təşkil edən atomların, zülalların, hüceyrələrin, orqanlarımızın, beynimizin və.s bütün bunların şüurlu şəkildə fəaliyyətini təmin edən nədir?
 
 

1 şərh

nurr
kimdir?-her şeyi mükemmellikle yaradb idare eden Allah