Namaz qılan insan sosial şəbəkələrə girə bilərmi?


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.


İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.
 

3 şərh

Ferbara
Başlığın özü belə mənasız sualdan ibarətdi. Özünü yaxşı apara bilən adam hər yedə yaxşıdı. 
JAVIER_ZANETTI
Salam 1il bundan əvvələ kimi məndə yuxarıda yazilanlar kimi düşünürdüm, amma sendemə heç də belə deyilmiş… İnternetden istifadə etmek olar. Elm və qazanc və s. kimi şeyler üçün isdifadə etmək olar. (Qazanc deyərkən topaz ve ya online pokerdən söhbət gedmir) vertual alem kimi bildiyimiz hər hansi bir sayt fərq etməz, dünyada taninan bir sayt (facebook, tvitter, odnoklassnik və s.) və yaxud belicka tumlarından da ucuz qiymətləri olan «chat» kimi bildiyimiz saytlar fərq etmez!!! İslam bizlərə «bele yerlərin şeytan yuvası olduğunu anlatmaqdadır) və necə olur olsun, nəcür olur olsun bir gün bütün bu yerlərin hamısının bağlanacağını söylüyür... 









































 
Ramil
Mətnə görə sağ oıun. Mənə görə mətndə yazılanlar tam düzgündür