Dahilərin gələcəklə bağlı səhv fikirləri

Öz sahəsində mütəxəssis hesab edilən insanların gələcəklə bağlı yanılmaları bir daha sübut edir ki, məqsədə doğru gedən yolda heç kimə qulaq asmaq lazım deyil.

Gələcəkdə kompüterlərin çəkisi 1.5 tondan az olmayacaq(«Popular Mechanics», 1949-cu il).

Düşünürəm ki, dünya bazarında heç olmasa 5 kompüter üçün tələbat olacaq (Thomas Watson, IBM şirkətinin direktoru, 1943-cü il).

«Lənət şeytana, bu əşyanın nə xeyiri ola bilər axı? (»Advanced Computing Systems Division of IBM"-də mikroçipin yaradılmasının müzakirə edilməsi zamanı verilən sual, 1968-ci il).


Heç kimin öz evində şəxsi kompüterə sahib olması üçün gərək yoxdur. Bunun üçün heç bir səbəb də yoxdur. (Ken Olsen — «Digital Equipment Corp.» şirkətinin yaradıcısı və prezidenti, 1977).

Telefon kimi bir cihaz rabitə vasitəsi olmaq üçün bir çox çatışmazlıqlara sahibdir. Buna görə də hesab edirəm ki, bu ixtira heç bir dəyərə sahib deyil. Bu elektron oyuncağın nə faydası var? (Western Union şirkətinin prezidenti Uilyam Orton Aleksandr Qreham Bellin yeni yaradılmış telefon şirkətini 100 000 dollara almaqdan imtina edərkən bu sözləri demişdi. 1876-cı il).

100 milyon dollar – Microsoft şirkəti üçün çox böyük məbləğdir (IBM, 1982-ci il).

Onların səsi bizim xoşumuza gəlmir, gitara isə artıq dəbdə deyil. (Decca Recording Co., səsyazma studiyası «The Beatles» qrupunun albomunu yazdırmaqdan imtina etmişdi, 1962-ci il).

Belə ağır çəkili uçan maşınların varlığı mümkün deyil!(Lord Kelvin — Royal Society-nin prezidenti, 1895-ci il).

640 kb hər kəs üçün kifayət etməlidir (Bill Gates, 1981-ci il).

Neft axtarmaq üçün torpağı qazmaq? Siz ağlınızı itirmisiniz. (1859-cu ildə Edvin Dreykin layihəsinə cavab)
loading...

0 şərh