Həzrət Əlidən müdrik kəlamlar

İnsanların yaxşısı alimlər,alimlərin yaxşısı isə elminə əməl edənlərdir.Alimlərin pisi odur ki,xalq onun elmindən bəhrələnməyə.
Yaxşı insan bal arısına bənzər:yediyi də pakdır,məhsulu da.
Kişinin ədəbi onun pulundan qiymətlidir.
Kini qəlbindən çıxart,rahat olarsan.
Kişinin danışığı ilə əqlinə qiymət verərlər.
Dost görüşü göz işıqlandırar.
Atana hörmət et,övladlarından hörmət görərsən.
Səbr qələbə üçün açardır.
Halal ruzi qəlbi işıqlandırar.
Elm məclisi behişt bağlarındandır.
Yaramazlarla yoldaşlıq ləpədöyəndə üzmək kimidir.
Çox danışmaqdan çəkin,o sənin daxili eybini açar.
Bir sözlə qane olmayan,çox söz eşidər.
Hədiyyə dünya bəlalarını rədd edər,sədəqə axirət bəlalarını.
Nadan özünə düşməndir,sənə dost ola bilməz.
Güclü adam odurki,qəzəbini söndürə bilə.
Qəzəbin əvvəli dəlilik,axırı peşmançılıqdır.

Nəhcül-Bəlağə

0 şərh