Laçının işğalından 18 il ötür

Laçın rayonu Azərbaycan respublikasının cənub qərbində dağlıq ərazidə yerləşir.Şimaldan Azərbaycanın Kəlbəcər rayonu,şərqdən Xocalı,Şuşa,Xocavənd rayonları,cənubdan Qubadlı,qərbdən isə Ermənistan respublikası ilə həmsərhəddir.Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir.Rayonun mərkəzi Laçın şəhəridir.Əhalisi 14500 nəfərdir.65000 əhalisi olan bu səfalı məkan 126 kənddən,1 şəhərdən və 1 qəsəbədən ibarətdir.Laçın 1923-cü ilə qədər Abdallar,sonra isə Laçın adlanıb.Ərazisi əsasən Dağlıq relyefdən ibarətdir.

Burada əsasən,maldarlıq,arıçılıq,əkinçilik,taxta şalban istehsalı inkişaf edib.Hal-hazırda Laçın rayonunun əhalisi Azərbaycanın müxtəlif zonalarında məskən qurublar.


İşğal nəticəsində:18 may 1992 ci ildən ermənistan respublikası tərəfindən işğala məruz qalıb.İşğal nəticəsində 264 nəfər şəhid olmuş,65 nəfər girov götürülmüş,103 nəfər əlil olmuşdur.Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid,225 nəfəri əlil olmuş,1071 nəfəri,o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə,20 tibb müəssisəsi,217 mədəniyyət ocağı olmuşdur.Laçın ərazisi başa baş bir tarix muzeyidir.Laçın rayonunun ən yüksək nöqtəsi dəniz səviyyəsindən  3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır.Ərazidə narzan tipli bulaqlar,çoxlu miqdarda müxtəlif yikinti materialları, yataqları vardır.Rayonda 126 yaşayış məntəqəsi yerləşir.1992 ci ildə rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
İqtisadiyyatında heyvandarlıq əsas yer tutur.Kənd təsərrüfatının əsasını  taxılçılıq,meyvəçilik tutur.
Erməni silahlı qüvvələrinin işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidə dağıdılıb. Bundan başqa, düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahalərini yararsız hala salıb.


Bu da növbəti 18-ci il.Nə edək,gözləyək və səbr edək.Döyüş alnımıza yazıldığı kimi,gözləmək də alnımıza yazılıb.
 
 

2 şərh

2ral
Lütfiyar İmanov və  Laçın mahnısı




Araz axar su ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...

Bağçaların barı gül,
Yarı göncə, yarı gül,
Gec acldın, tez soldun,
Açmayaydın barı gül,

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...

Yeri-yeri küsən yar,
Yeni eşqə düşən yar,
Elçiləri qırılmış...
Özü elçi düşən yar!

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın…
bloqçu
Bu gün bütün duyğular təlatümlüdür, bu gün hisslər də coşub-daşır. Amma, nə deyə bilərik ki? Hansı torpağı sevindirib, hansı ruhu şad edə bilərik ki?