Moruq-Rubus Idaeus Z.

Moruq qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub Azərbaycanda həm yabanı,həm də mədəni şəkildə yayılmışdır.Ən əla keyfiyyətli moruq meşə moruğu hesab olunur.Moruğun meyvələrini günəşli quru havada,tam yetişən dövrdə yığmaq lazımdır.Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.


moruq (malina)

Moruğun meyvələrindən bir sıra müalicə əhəmiyyətli maddələr vardır.Bunlardan: alma və limon turşularını,C vitaminini,karotini,az miqdarda B1 vitamini həmçinin çoxlu miqdarda qlükoza,fruktoza,saxaroza şəkərlərini göstərmək olar.Bunlardan başqa meyvələrində 0,3% aşı maddəsi,diqlükoza sianidin adlanan flavanoid də müəyyən edilmişdir.

Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib,soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman maddəsi kimi istifadə olunur.O,həmçinin ödqovucu və sidikqovucu təsirə malikdlr.Təzə dərilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır.




 

0 şərh