Həqiqətənmi cənnət anaların ayaqları altındadır?

Bəli,həyatda bizə hamıdan çox dayaq olan,hamıdan çox yaxın olan və hamıdan çox güvənə biləcəyimiz yeganə insan anamızdı.Bizi 9 ay bətnində əziyyətli bir halda gəzdirib,əziyyətli bir halda dünyaya gətirən anamız bizim üçün çox dəyərli bir məxluqdu.Belə bir halda cənnət analar üçün bəlkə də açıq ola bilər.Amma gəlin  fikirləşək.Hansı analar üçün?Axı bütün analar da eyni olmur.Bu müqəddəs ada ləkə gətirənlər də çoxdu.Məsələn elə götürək övladlarını atan anaları.Cənnət onların ayaqları altında ola bilərmi?

Axı məsum,saf,heç bir günahı olmayan bir körpəni necə zibil yeşiyinə atmaq olar? Baxmağa imkan yoxdu?Əgər imkanınızın olmayacağını bilirdinsə onu niyə dünyaya gətirirdin.Niyə ötəri bir hisslər üçün onu bu dünyaya gətirib,bədbəxt edirdin. Əgər imkanın yoxdusa onu zibil yeşiyinə niyə atırsan.Axı o tullantı deyil.İnsandı.Mənə çox maraqlıdır, bunu necə etmək olur.Elə analar var ki,uşaqlarını adi "uşaq bağçası"na qoyanda belə nigaran qalırlar,adi məktəbə gedəndə bütün fikirləri onların yanında olur.Belə olduqda ana adına layıq olmayan o "ana" necə övladından imtina edə bilir.



Keçən dəfə isə belə hadisə haqqında məlumat aldım.Körpələr evinin qarşısında bir maşın saxladı.Ani olaraq maşının qapısı açılıb bir bükülmüş bələyin arasında körpə yerə qoyuldu və maşın da çıxıb getdi.Beləliklə də daha bir uşağın taleyi təhlükə altına alındı.Bəzən fikirləşirlər ki,uşağa biz baxa bilmərik,uşaq evində isə heç olmasa yeməyini,içməyini verirlər.Ancaq özləri üçün yaxşı yemək tapıb yeyirlər.Həyatlarına da davam edirlər.Günahsız körpə isə qalır ata-ana nəvazişindən uzaq.Həmişə həyatı boyu o bu nəvazişin,isti yuvanın xəyallarında yaşayır.



Bəziləri də az yaşlarından artıq həyatın çətinlikləri,haqsızlıqları ilə üzləşməyə başlayır.Həyatlarının ən qayğılı anlarında çoxlarının sərt rəftarına,sərt sözlərinə məruz qalırlar.Küçələrdə yatır,küçələrdə yeyir,bəzən dilənir,bəzən təhlükəli olan maşın yollarında maşınları yuyular.Bəzəndə heç bunlara görə qara qəpik də almayıb,təhqir olunub yola salınırlar.

Bəzən isə ailədə qız uşağından daha çox oğlan uşağının üstün tutulması da hansısa bir qız uşağının taleyini sual altına alır.Bir dəfə biz praktikada olanda normal ailəsi olan bir qadın dünyaya qız uşağı gətirmişdi.Dəhşətlisi isə bu idi ki,qadın evə gedəndə körpəni aparmaq istəmirdi.Deyirdi ki,yoldaşım demişdi qız olsa onu evə gətirməyəcəksən.Ana necə bütün bunlara razı olur?

Elə bütün bu hadisələrdən sonra məni bu düşündürür?
Cənnət həqiqətənmi anaların ayaqları altındadır?

5 şərh

2ral
Bir dəfə bunu bildirmişdim,yenə də deyirəm ki,haqqında dediyiniz qadınlar ana sayılmır. Peyğəmbər düz deyib,cənnət anaların ayqları altındadır.Övladını adi səbəblər üzündən atan qadınlar ana olmadığı üçün bu ifadə onlara şamil edilmir.
Nailə_Rzayeva
Analıq körpəni yalnızca dünyaya gətirmək deyil, onu qorumaq, böyütmək, gecələr yuxusuz qalıb qayğısını çəkməkdir, qarşılıqsız sevgi verməkdir. Cənnət məhz belə anaların ayaqları altındadır…
bloqçu

«Ana» — bu söz o qədər müqəddəsdir ki, o qədər pakdır ki, düşünürsən, əlbəttə ki, Cənnət də bu adı daşıyanların ayaqları altındadır. Amma, bu adı ləkələyənlərin yox!
Cəfər Cabbarlıdan çox sevdiyim, hətta, onun şah əsəridir deyə adlandırdığım bir şer:

ANA
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə, kimdir o? Nədir o?

Ana! Ana!.. o adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında.
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!.. Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

aykam30
bəzən də elə olur ki,körpə uşaqları pula görə küçələrə salıb diləndirirlər
mr13
Dilənçilərin 90%-i qaraçılardı və dilənmə onların peşəsidir.