Bu günkü gəncliyimiz və "internet aləmi"

Kompyuter qarşısında olana qədər,daha dəqiq desək internet aləminə qoşulana qədər bir o qədərdə bu məkandan xəbərim yox idi.Yəni çoxları burda avaraçılığın baş alıb getdiyini mənə deyirdi.Ancaq mən bir o qədərdə başa düşmürdüm.Bir dəfə mənə yaxın olan bir insan demişdi ki,internetin yaxşı tərəfləri də var,pis tərəfləri də.İstifadə edəndən sonra özüm həqiqətən bunun şahidi oldum.Düzdü yaxşı tərəfləri çoxdur.Lakin zaman keçdikcə gördüm ki,pisliklər baş alıb gedir.Bir çox gənclərimiz özlərini həqiqətən çox səviyyəsiz aparırlar.Elə bilirlər burda olan qızlar bir az yüngül əxlaqa malikdirlər.Onlara nə desən olar.Çoxsu ağzına gələni yazır.Komputer arxasında oturub özlərini o qədər ağıllı,bilikli, "mərd "aparırlar ki...Başa düşmürəm axı elələrinin anası,bacısı yoxdu?Axı bir insanla kəlmə kəsmədən onu tanımadan,onun üzərində heç bir haqqın olmadan onu necə təhqir etmək olar?

Vallah hərdən o qədər pis təsir edir ki,insana.Bəzən günlərlə oturub fikirləşirsən,axı hansı hərəkətə görə?Heç nədən kimsə sənə belə əxlaqsız atmacalar atmaqla əldə nə etmək istəyir və ya nəyi sübut etmək istəyir.Maraqlıdır real həyatda həmin atmacaları hünəri çatıb sənin üzünə deyə bilər?Axı hamımızın böyüyü var.Onların evlərində aldıqları tərbiyə məgər bundanmı ibarətdir? Onun bunun qızına,bacısına əxlaqsız atmacalar atıb sonrada özünü "namuslu,qeyrətli Azərbaycan kişisi" adlandırır?Məgər onların heç ALLAHdan qorxuları yoxdu.Axı heç kim bu dünyada əbədi deyil.Allah qarşısında cavab verərkən nə deyəcəklər.Bir xanımı yersiz təhqir etdiklərinə görə cavabları nə olacaq?

Artıq şahidi oluram ki,çoxları internetdən düzgün istifadə etmir.Bilgi əldə etməkdənsə yersiz, səviyyəsiz,əxlaqsız yazılar,şərhlər yazmaqla məşğuldurlar.Onu da bilsinlər ki,hamının öz şəxsiyyəti,qeyrəti var.Komputer arxasında özünüzü "qoçaq" kimi aparmayın.Hər bir qadın,qız sizə ana,bacı deyilmi?

p.s.Yazdıqlarımdan heç kim inciməsin.Ağıllı,tərbiyəli oğlanlarımız burda yetəri qədərdir.

8 şərh

2ral
Kim ağzına gələni yazıb? Linkini göstər.
Bir az baxmayan kimi o dəqiqə saytda açarlarını itirirlər.
2ral
Fetullah iki aylıq ban.
girl_moon

Belə mövzulara çox vaxt şərh yazmamışam, düzdü ilk vaxtlar internetə girəndə mənim də məlumatım çox az idi ,ancaq etiraf edim ki,  uşaq vaxtından mənə maraqlı gələn hər şeylə dərindən maraqlanmaq istəmişəm, ətrafımdakılara çox suallar vermişəm, elə suallar da olub ki ,heç kimdən soruşa bilməmişəm, burnumu internetdə hara gəldi soxmuşam)))heç kimdə səhv tutmaq istəmirəm, hər kəs özünə cavabdehdir. Lakin bir həqiqət var, səbəbsiz yerə təhqir eşidən hər bir insanın qarşısındakına  öz cavabı olur, sadəcə bir az fərqli, mənim də belə cavablarım olub ,amma deyə bilməyəcəm necə)))indi bu cavablar yadıma düşəndə fikirləşirəm ki, görəsən bunu edən mən olmuşam?Nə isə… hərdən adamın dəliliyi tutur)) Əsas odur vaxt keçdikcə sənə daha çox nəyin lazım olduğunu başa düşürsən, heç kim səhvsiz deyil, amma elə etmək lazımdır ki, bu gec olmasın .Allah hər kəsə az da olsa bir iradə, bir güc verib. Harda oluruqsa olaq, sadəcə zəif olmayaq. Zəif olmayaq ki, ağlımız çaşmasın, kimsə bizi əzə bilməsin, yoxsa heç vaxt məqsədimizə nail ola bilmərik .Hələki bir müddət nəsə lazım olduqca internetdəyəm, çalışıram vaxtımı boş şeylərə sərf etməyim. Çox saytlarda da qeydiyyat etmirəm ,nəsə yükləmək üçün vacib olduqda edirəm,ya da maraqlı mövzular olanda, təşəkkürümü də edirəm, yəni çox vaxt oxumaqla kifayətlənirəm ,əyləncəyə az üstünlük verirəm. Harda yersiz hərəkətlə qarşılaşsam artıq  ordan çıxmağı lazım bilirəm, axtardığım mövzunu başqa yerdə də tapa bilərəm, əsas odur ki, həvəsin olsun və sənə nəyin sərfəli olduğunu biləsən.


Təşəkkürlər.

Nailə_Rzayeva
Məncə, Dior, siz çalışın əhəmiyyət verməyin. İnsan özü özünü və həmçkçinin də yaxınları onun necə insan olduğunu bilirlər, başqalarının fikri məncə heç də əhəmiyyətli deyil, əsas da virtual aləmin. Hələ bilmək olmaz qarşı tərəfdə — kompüterin qarşısında oturan hansı səviyyədə, hansı insanlıq dərəcəsindədir…
bloqçu
Nailə Rzayevayla tamamilə razıyam, belə şeylərə əhəmiyyət vermək lazım deyil, çünki, bir çox hallarda qarşı tərəf bundan (sizin narahatlığınızdan) həm də həzz alır. Bir də ki, niyə belə şeylərə fikir verib, öz əsəblərinizi narahat edib, kefinizi pozasınız ki? Heç fikir belə verməyin.
Dior
Özüdə elə yazılar yazırlar ki,islamdan,dindən.Ancaq adicə etikadan xəbərləri yoxdu.
ramzes
Hörmətli Dior gərək atmaca atdığın adamaların adını yazaydın, çalış sözü üzə de, əgər məni nəzərdə tutmusansa, mənim postlarımı oxumaya da bilərsən, məcburi deyil. Hamının böyüyü var kimi ifadələr məncə yersizdir, hər kəs özünə güvənməlidir. Təhqir yol verilməzdir, amma yerli tənqid super şeydir.
Dior
Başa düşmədim sizi niyə nəzərdə tutmalı idimki??Məgər siz məni təhqir etmisiz.Kimi nəzərdə tutmuşamsa,o artıq ban olunub.
Birdəki heç vaxt həmin adamın adını burda yazmaram.Çünki hirsindən lap çaşar.Mən idə artıq söz eşitmək istəmirəm.