Uşaq nədi,söyüş nədi?

Keçən dəfə pəncərənin qarşısında oturub küçədə oynayan uşaqları müşahidə edirdim.Birdən iki nəfər  bir-biriləri ilə dalaşmağa başladılar.Əvvəl elə bildim dalaşan böyük kişilərdi.Çünki bir-birilərinə elə dəhşətli söyüşlər yağdırırdılar ki,ancaq belə söyüşləri böyük kişilərin davalarında eşitmək olardı.Ancaq hər halda dalaşan uşaqlar idi.
Səhərsi gün uşaqlardan birinin anasənə görüb soruşdum ki,bəs uşağa söyüşləri kim öyrədib.Dedi ki,atası öyrədib.Xoşuna gəlir uşaq söyüş söysün.Guya uşaq söyüş söyəndə şirin olurmuş.

Gör ha..söyüşün də şirini olarmış,və ya mən bilən uşaq elə uşaqlığı ilə şirin olar,daha söyüş söyməyi ilə yox.Həm də uşağın adını müqəddəs adlardan qoyublar.Bəs görəsən bu ad ilə söyüş necə əlaqələnir.Uşaq hansı yola çəkilir? Müqəddəs ad qoymaqla doğru yola,yoxsa söyüş öyrədilməklə qeyri doğru yola?Həm də maraqlıdır,erkən yaşda uşaqların bu cür tərbiyəsinin pozulmasına valideynlər necə göz yuma bilirlər?

Hələn bundan əlavə də dəfələrlə belə bir hadisələrin şahidi olmuşam.Qonşuluqda yaşayan uşaq,kiçik yaşlarında çox dəcəl,daha dəqiq desəm pis tərbiyə olunmuşdu.Kim gəldi tərbiyəsiz söyüşlərlə söyür,əlində nə varsa başına tullayırdı.Ata-anasının üstünə isə bıçaq çəkirdi.Valideyinlər isə üstünə qışqırıb,dərhal da könlünü alırdılar.Həm də deyirdilər ki,uşaqdı.

Bəli indi həmin oğlanın 21 yaşı var.Düzünü desəm kənarda çox mədəni,salamlı kəlamlı bir oğlandı.Ancaq ailə içində isə dəhşət.Valideynlərinin sözünə baxmır,bəzən də söyür.Bu da tərbiyə.Valideynləri indi belə davranışa görə də çox incinirlər.Amma əslində bilmirlər ki,əsl günahkar özləridi.

3 şərh

Əliyev
Yazmısız ki elə söyüşləri kişilərin davalarında eşitmək olar.Amma əsl kişi camaat arasında elə söyüş söyməz.Əgər siz qaldığınız yerdə,pəncərədən baxdığınız yerdə elə söyüşlər söyürlərsə onlara kişi demək düzgün deyil.Kişi söysə də gərək qadın olmayan yerdə adamın üzünə söysün.
yaddas
Umumiyyetle soyusun bir menasi yoxdur. Yeni, soymekle ne elde etmek olar ki? Sadece insan oz agzini ve qelbini, etrafdakilarin da ehval ruhiyyesini pozur.
şərh silinmişdir