Bir cənub şəhərində

Bu film ən çox sevdiyim filmlərdən biridir.Film  komediya janrında olsada,əsas süjet xəttini traqikomediya tutur.Çünki burda o vaxtın qatı qanuları,insanların mənəvi azadlıqlarının tapdalanması,istədiyi və düşündüyü kimi hərəkət edə bilməməsi filmin ısasını təşkil edir.Bu film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu xrebtovı" povesti üzrə ekranlaşdırılıb.Rejissoru isə Eldar Quliyevdir.Film 1969 cu ildə şəkilmışdır.Əsas rolları paylaşan Həsən Məmmədov (Murad) və Eldəniz Zeynalovdur.(Tofiq)

Murad neft mədənlərində işləyən,həyatı ilə bağlı yaxşı düşüncələrdə olan gəncdir.Lap erkən yaşlarından atasını itirib,anası,bacısı və qardaşına daim kömək olmuşdur.Onların oxumaqları üçün əlindən gələni etmişdir.Bacısı isə onun yaxın dostu həm də məhəllə qonşusu olan Tofiq ilə nişanlıdır.Tofiq isə bir o qədədrdə lazımi həyat sürməyən,çox vaxt bacısının qardaşından istifadə edən bir obrazdır.
Bir gün Tofiqi atası müharibə qəhrəmanı olduğu üçün,yəni heykəlinin açılşı üçün onu Moskvaya dəvət edirlər.Tofiq orda iştirak edir,və qayıdandan sonra özü ilə bir qadın da gətirir.Nişanlısı ola-ola.Təbii ki,məhəllədə artıq bu hərəkətə hamı pis baxmağa başlayır.Əsas qınaq obyekti isə Murad olur.Tin dostları onunla artıq söhbət etmir,onun yanında belə oturmaq istəmirlər.Çünki o Tofiqi cəzalandırmır.Dəqiq desək namusunu yumur.Nəhayət bütün bunlardan bezən Murad Tofiqlə bir danışığa gəlir.Yüngülcə onu hədələyərək qonşularının gözündən tor asmaq qərarına gəlir.
Bir gün Murad Tofiqi məhəllənin ortasında hədələyərək,azacıq bıçağı onun qarnına salır.Beləliklə də Murad həbsxanaya düşür.Həmin məhəllə və tin dostlarının sayəsində.

Bir cənub şəhərində

Əslinə qalsa,elə indi də belə düşüncə ilə yaşayan insanlar çoxdur.Guya hər xırda məsələ qanla yuyulmalıdı.Bu əsl kişilikdi.Bəs heç nədən puç olan bir gəncin ömrü nə ilə əvəzlənəcək?Ömür boyu ona acı xatirələri xatırladan həbsxana divarları ilə.Ətrafda hər şey öz axarı ilə gedəcək,hamı öz işində olacaq.Amma bir gəncin taleyi kimlərinsə sözlərinə,atmacalarına görə puç olacaq.


7 şərh

girl_moon

Azərbaycan filmlərininin demək olar ki, çoxunu izləmişəm, bizim ailədə hamı sevir bu filmləri ,atam başda olmaqla. Həsən Məmmədov çox gözəl obrazlar yaradıb filmlərdə. Eldəniz Zeynalovun yaratdığı obraz da maraqlıdı. Uşaq vaxtı bu filmi izləyəndə mənə ən qəribə gələn Muradla Tofiqin davasına müdaxilə etməyən sahə müvəkkili olmuşdu))Bəlkə də  çoxları bu epizoda bir o qədər əhəmiyyət verməyib. Amma həqiqətən filmlərimizi diqqətlə izləsək hamısında çox dərin bir məna var.Təəssüf ki hal-hazırda da hələ buna oxşar hadisələrə rast gəlmək mümkündür.


Təşəkkürlər.

Dior
Filmdə ən marqlı olan sitatlardan:
«Alə buna bax alə,ubit xoçet mine» və ya «tı menya boişsya,tı mne boişsya,ya malçike,malçik,Tofiqin canıyçun ya malçik» :)
papatürk
Ən gözəl məqamlardan biri də mənim ayağıma vur bıçağı deməsidir.Çox gözəl kinodur.
bankir

Kinoda 42-ci dəqiqədə Tofiqin rus dilində danışığı super.


Xoşuma gələn bir yer də odur ki,polis deyingən arvadı üçün deyir ki, «işdə xəlilov,burda da bu»:-)

Dior
Koqda ya bıl malış,moy otes umer,proklatı voyna :)
Dior
Sonra polisin deyingən arvadı filmin axırında ərinin üstünə qışqırır:
Mustafa,ay Mustafa sən bu xarabada bir gün oturacaqsan? çərrətmisən məni,nöüt töküb evi yandıracam!Mustafa,ay Mustafa
bloqçu
Onun-bunun sözünə görə öz həyatını ortaya qoymaq da budur… Təəssüf ki, belə hallar indi var və insan var olduqca olacaq…