Çimərlik mövsümü

Çimərlik mövsümü yenə də gəldi.Çoxları səbirsizliklə bu mövzümü gözləyir.Bəziləri çimmək üçün,bəziləri gün almaq üçün,bəziləri isə sadəcə çimənlərə tamaşa etmək üçün gəlir.Çimərliklərin isə vəziyyəti çox maraqlıdıı.Suya baxsan nə istəsən görərsən.Pinqvin klok,butulka,uşaq pampersi,solfetkalar,siqaret qutusu bir sözlə zibilə aid olan hər şey.Çox vaxt təmiz qum əvəzinə qarpız qabıqları basdırılmış,uşaqların nəcisi ilə qarışmış qumlada qarşılaşmaq olar.Çoxsu dənizə təmiz bir su kimi,bəzisi isə ayaq yolu kimi baxır.Burda insan da çimir,heyvanda.





Çimənlərə də baxsan hər cür fasonda olanı var.Burda çimərlik paltarında çimənlərə,"naçnoy"da,xalatda çimənlərə,və yaxud alt paltarında çimənlərə də rast gəlmək olar.Bəzisi bədənini "semiçka" yağı ilə yağlayaraq,bəzisi isə üstünə 2 litrlik kola tökməklə "zaqar" alır.Necə də xoş mənzərədir.Bəziləri isə dənizi dənizkənarı bulvardakı skamyalarla səhv salır.Hərçəndki,niyə səhv salıre,nə olar ki,təbiətin qanunudurda,nə olsun ki,orda uşaqlar var.Onsuzda onlar indi böyüklərdən daha çox bilirlər.Ya da ki gec-tez həyatı başa düşəcəklərdə.Hələ dənizə tökülən kanalizasiya sularını demirəm.
Gördüyünüz kimi çimərliklərimizin çox gözəl mənzərəsi var.
p.s Amma istisnalarda var yəqinki.

2 şərh

bloqçu

:))) Nə yaxşı ki, istisnalar var eləmi?


Hmm..dəniz məsələsi, vallah isti yay günlərində adam elə istəyir ki, getsin, girsin dəniz, üzsün. Amma, elə istərdim ki, adam olmayan, təmiz bir yerə gedim. Heç kim olmasın orda, tək özüm olum və tər təmiz su.


Ekologiya- yaralı yerimizdir. Keçən dəfə xəbərlərdə təmiz və natəmiz olan çimərlikləri qeyd elədilər. Maraqlısı bilirsinizmi nədir? — təmizdir deyə sadalanan çimərliklərin çoxu pullulardır. İndi bilmirsən nəyə və kimə inanasan. Artıq bunları düşünməkdən psixikamız da pozulub. Çünki, hər şeyd şübhə ilə yanaşırıq. Allah axırını xeyir eləsin.

Dior
Söylü demişkən:«Eqologoya budu?»