Al-verlə məşğul olaq,pul qazanaq!

Günü-gündən şəhərimizdə ticarətlə məşğul olan insanların  sayı artmağa başlayır.Hansı binanın yanından keçirsən görürsən ki,bir qadın və ya kişi qarşısına xalatdan,corabdan,mer-meyvədən zaddan qoyub al-ver edir.Və ya hər hansı bir küçəni sona qədər gedincə yol boyu apteklərə,gözəllik salonlarına,super-marketlərə,pal-paltar dükanlarına ,çayxanalara nə bilim dönərxanalara rast gəlirsən.Böyüklü,kiçikli hamı üz tutub alverə.Kimisi də "obyekt"açmayıb,Türkiyədən,Dubaydan mal vurub evində satır.Bu daha sərfəlidi.Vergi vermirsən,dükan pulu vermirsən.Çoxsu da deyir ki,indi pul alverçilərdədi.Filankəsin dükanı var,nə bilim salonu var.Yaxşı pul qazanır.Əvvəllər alverçiyə qız vermirdilərsə,indi əksəriyyət alverçiyə,obyekti olana qız verir.İndi əvvəlki kimi birinci növbədə oğlanın diplomu soruşulmur.
alverçi millət olub getmişik


İndi kimi soruşursan,hamı ticarətlə,alverlə məşğul olmaq istəyir.Ancaq fikir versək görərik ki,şəhərdə ən çox açılan apteklər və gözəllik salonlarıdı.On il bundan öncəyə nəzər salsaq görərik ki,indikinə nisbətən o vaxtlar bu qədərdə apteklər və ya gözəllik salonları yox idi.Salonlarda da maşallah hər cür xidmətlər var.Pul olsa əməlli başlı orda əla təmir olunub çıxa bilərsən.

Apteklərə gəlincə pulun olsa,ən adicə əzcaçılıq məktəbinin diplomu olsa aptek aça bilərsən.Dərman preparatlarını da firmalardan nisyə alıb aptekə doldurmaq olar.Qaldı ki,alverin gedib getməməyinə,həkimlərin canın sağ olsun.Yüngülcə xəstələnsən belə firma dərmanlarını yazıb xəstəliyinizdən çox cibinizi yüngülləşdirəcəklər.

aptek
Amma gərək şadlıq evlərini də unutmayaq.Onların da sayı azlıq təşkil etmir.İçidə ki, od tutub yanır.Yerli-yersiz menyu ilə zəngin olub,israfçılıq mənbəyi olan şadlıq evlərinin sayı günü gündən artır.Nə olsun ki,təki hamı pul qazansın.Çünki adami adam edən paradır,parasız adamın üzü qaradır!
 

8 şərh

bloqçu

Hmm..Vallah dərindən bir ah çəkdim..


Al-ver- camaat indi pul qazanmağı daha çox hallarda bu yolda görür. Hərə özünə bir yer götürür vəssəlam, keyfiyyətli, keyfiyyətsiz malı tökür ora ki pul qazansın..


O ki qaldı toylara, israfçılıq dinimizdə də günhadır. Amma, bizlər o qədər israfa yol veririk ki — alırıq, yığırıq, doldururuq, tökürük, yeyirik, içirik — partlayanacan… Amma, belə olmamalıdır.


 

Dior
Bəs özümüzü kimə göstərməliyik.Axı səhərsi gün hamı toyun yeməklərindən danışacaq:«Az süfrədə bilirsən nələr var idi.Bir quş südü əskik idi.»
tutmos
əvvəllər: hansı məktəbi qurtarmısan?
indi: Hansı ticarət mərkəzində dükanın var?
təpəgöz
əvvəl: hansı dərsləri yaxşı oxuyursan?
indi: hansı malları tez satırsan?

əvvəl: müəllimin kimdir?
indi: krışalıq edən adamın kimdir?
raqa

İndiki zəmanəmizdə taksi sürmək peşəsi də, daha çooox yayılmış fəaliyyətlərdən biridir. Son zamanlar gördüyüm və çox təəssüfləndiyim hallardan biri də, orta məktəbi yenicə bitirimiş gənclərimizin böyük hissəsinin hərbi xidmətdən qayıdan kimi başqa bir işin qulpundan yapışa bilmədiyindən taksi işinə əl atmalarıdır. Çox asan və rahat şərtlərlə kreditə maşın götürüb günlərini bu formada yola verirlər.

bloqçu
bir çoxları da ofisantlıq edirlər.
bloqçu
«firma dərmanlarını yazıb xəstəliyinizdən çox cibinizi yüngülləşdirəcəklər.» — afərin, çox yaxşı dedin…
ramzes
Bazarlarda, restoranlarda, hətta barlarda, fahişəxanalarda (qayda qanunu pozmamaq üçün şərti olaraq fahişə yazdım, əsl adını bilənlər bilir) da"çaypı" deyilən 2 manatı tutub bir günlük xoşbəxt olurlar.