Qarabasma

Qarabasma kimi halların çox insanlarına başlarına gəldiyini eşitmişəm.Ancaq dediklərinə görə onları qara basmır.Həqiqətəndə olan hadisələr onların gözlərinə görünür.Mənə yaxın olan insanların içərisində də belə hallarla rastlaşanlar var.Onu deyim ki,onlar kifayət qədər normal insanlardı.İstəyirəm onlardan bəzisini sizə çatdırım.

Bir dəfə  rəfiqəm gecə yatanda otaqlarında qara,buynuzlu,tüklü,yekə qulaqlı varlıqların gəzdiyini görüb.Qorxusundan tez başını basdırıb yatıb.Səhər mətbəxdə iş görəndə həmin varlıqların artıq onun üstünə tullandığını görüb.Tez qışqırıb hamını çağırıb.Hamı isə ona bütün bunların onun gözünə görsəndiyini deyib.O isə təkidlə bunun doğrudan baş verdiyini deyir.Men isə ona inandım.Çunki o adamı mən yaxşı tanıyıram.Ağlı başinda olan adamdı.Niyə yalandan desinki?



İkinci danışdığım hadisə də bizim ailəvi dostumuzun başına gəlib.   O hadisəni belə danışır.  Axsam evə gəldim.Bir az televizora baxıb yatmaq qərarına gəldim.Elə təzə uzanmışdım ki.kiminsə bərkdən nəfəs aldıgını eşitdim.Elə bildim bibim oğludu qapını açıb gəlir.Birdə gördüm ki,bir dənə kişi əlini göyə açaraq,üzünü yuxarı tuta-tuta içəri girdi.Məni dəhşət bürüdü.Tez üzümü çöndərib o biri tərəfə baxdim,dedim bəlkə məni qara basır.Birdə gördüm ki,həmin kişi ayaqlarımın üstündə oturub.Tez ayağa durub otaqdan çıxdım.Evin bütün işıqlarını və televizoru yandırdım.Özümü ələ alıb,birtəhər həmin otaga keçdim.Gördüm ki,otaqda heç kim yoxdu.  Bir müddət keçəndən sonra gördüm ki.qapı döyülür.Getdim baxmaga gördüm ki.heç kim yoxdu.Baxıram heç kim yoxdu.ancaq qapı döyülür.Axirı bezdim 1 ay içində evi dəyişdirdim.O hadisədən sonra işlərim pis getməyə başladı.Qazancım xeyli zəiflədi və işdən də çıxarıldım. 

Ancaq deyirlər ki,belə hadisələr Allaha uzaq olan adamların başına gəlir.Düzdü,kafir deyillər,Allaha inanırlar,lakin hər 2-si dəfələrə namaz qılıb,sonra atıblar.
 

5 şərh

lesyA
elə olanda xüsusi duaları oxumaq lazımdır.
Dior
Əsasən Ayətəl-Kürs duasını oxumaq yaxşıdır.
bloqçu
Həmişə gərək «Bismilllah» deyəsən. Allah özü kömək olar, inşallah…
Zərrə
Gözümüzün görmədiyi amma bütün ətrafımızı əhatə etmiş məxluqlar çoxdur. Kainat iç-içə aləmlərdən ibarətdir. Məsələn: Bizim aləmimiz aləm-i şəhadətdir. Yuxu aləmi- aləm-i misaldır və s. Beləcə minlərlə aləmlər var. Hərəsinin də öz sakinləri. Bütün aləmlər iç-içə olsalar da bir-birlərinə qarışmazlar, ta ki izn verilənə qədər.
Allahın zərrə qədər hikmətsiz bir işi yoxdur. Bəzi məxluqların gözümüzə görünməsində də, çoxusunun görünməməsində də böyük hikmətlər var.
Bu kainat insanın şərəfinə açılmış bir meydandır, bir süfrədir, amma yalnız insanın istifadəsi üçün deyil.
alidumanoglu
mene ele gelir ki, qarabasma insanin rahat yata bilmemesinden meydana gelir. men hemise arxasi uste yatanda nefes almagim cetinlesir. burnumda ceper eyriliyi var. bu gune kimi agzi uste yataraq bu cur hadise ile qarsilasmamisam. dindar insanlar ucun Inshallah kelimesi coxmeqsedlidir… yeqin ki, qarabasmani da bu kelime ile def etmek olar… Dini movzuda burda yazmaq istemirem, murekkeb temadir..