Bakı gecələri

Ələkbər Ziyatay (1913-1981)

Bakı gecələri


Aylı gecə..doğma şəhər...
ətrafına sal bir nəzər.
Yollarını nurla bəzər,
Bizim Bakı gecələri.

Əsər külək sərin-sərin,
Qucağından göy Xəzərin,
Gözəlidir gözəllərin,
Bizim Bakı gecələri.

Bə’zən sakit axarlıdır,
Bə’zən toylu-büsatlıdır.
Göy-göyərçin qanadlıdır,
Bizim Bakı gecələri.

Xoş ətirli yaza bənzər,
Yüz nəğməli saza bənzər,
Qaragözlü qıza bənzər,
Bizim Bakı gecələri.

Bə’zən sakit axarlıdır,
Bə’zən toylu-büsatlıdır,
Göy-göyərçin qanadlıdır,
Bizim Bakı gecələri...


p.s:Youtube-da bu video ilə rastlaşdım.Çox bəyəndim bu ifanı.Sizinlə də paylaşmaq istədim.Həqiqətən Azərbaycan musiqisi təkrarolunmazlığı və ecaskarlığı ilə bütün dünya musiqisindən çox fərqlənir.Əl-əxsus da belə istedadlı gənclərin ifasında.

https://www.youtube.com/watch?v=BFlzyS_RIB0

10 şərh

fidan
Qiyas Qiyasov çox gözəl ifa edib qarmoinda bu mahnını.
Doğurdan da Bakı gecələri bir aləmdir.Çox gözəl olur. Xüsusilə də mərkəz hissəsi.
bir erməni var imiş,bizimkilərdən biri ilə görüşəndə deyibmiş ki,bütün malımı-dövlətimi verərəm təki bircə dəfə gecə Bakı bulvarında gəzəydim.Sonra da gözlərindən iri-iri yaşlar töküb,deyib gecələr yuxuma girir Bakının gecələri.
IDEAL
Bunlarda görməmişdiyə bax e… Bu millət belədidə özündə olanları bəyənmir və başqasının malına göz dikir. Sonrada başlayır əldə etmək üçün hər yola baş vurmağa. İravan bizim ola-ola gör heç onun üçün darıxan, göz yaşı tökən tapılar.
Aynur
Erməni olsa da yazığım gəldi)) Bakı gecələrini sevən adam üçün bundan böyük zülm ola ola bilməz.Bakı gecələr ən çox Vahid bağının yanında gözəl olar(Filarmoniyanın yanı). Gecə ora gedəndən sonra insan çox şirin yatır.
bankir
Ermənini başa düşmək olar.Belə şəhəri sevməmək olar?
Wizard
Gördüyün Dənizkənarı parkda bu günlərdə heç gəzmisən? Evdən baxıb, mən hər gün bu mənzərəni görürəm. Yaxınlaşanda isə...........Hanı Bakımızın o köhnə vaxtları?! Binanıın üzünü söküb yerinə üzlük daş qoyurlar və sonra da turistlərə deyirlər ki bu nə bilim neçənci əsrdən qalıb. Restavrasıya və yenidənqurma anlayışımız düzgün deyil.
Dior
Ermənilər elə mədəniyyətimizi də çox sevirlər.Belə olmasaydı musiqilərimizi oğurlayıb öz adlarına çıxartmazdılar.
IDEAL
Ermənilər Azərbaycanda nə desən sevir təkcə Azərbaycanlılardan başqa. Bir də ki, Bakı gözəldi söz yox görəsən 
Təbriz və İrəvanın harası eybəcərdi ki, biz erməninin tökdüyü göz yaşından tökə bilmirik?
Ferbara
O erməni vaxtilə bakıda yaşamış erməniymiş. Bəlkə Təbrizdə, İrəvanda yaşamış azərilər də həmin hissləri keçirir? Elə mənim kimi…
IDEAL
Sizin keçirdiyiniz hisləri bizlərdən çoxu keçirə bilsəydi xalqımız belə itkilər verməzdi. O erməni doğma şəhəri 
olmayan Bakının bir gecəsinə var dövlətini verir. Biz isə var dövlətdən ötrü neçə anadan olduğumuz 
və yaşadığımız doğma şəhərlərimizi vermişik. Geri almağa isə var dövlətimizi və ya həyatımızı
itirərik qorxusu olduğu üçün cəsarətimiz çatmır.
Ferbara
O gün fikirləşirəm ki, varlı mən filan şəhərlərdə olmuşam, oraları gəzmişəm deyə sinəsinə döyür. Amma bütün var dövlətini yığsa belə İrəvan, Şuşa və s. kimi şəhərlərə canının istədiyi vaxt gedə bilməz.