Che Guevara`dan yaddaqalan sözlər

Dik dur və gülümsə. Qoy niyə güldüyün onları maraqlandırsın.

Nə qədər fərqli olursa olsun sənə aid olmayanı istəmə və nə qədər sadə olursa olsun sənə aid olandan üz çevirmə.

Arxamdan danışmağa davam et. Çünki qarşıma çıxacaq qədər böyük deyilsən.

Ayaqqabılarımın altı deşik idi, amma üstü hər zaman boyalıydı.

Bura məni öldürməyə gəldiyini bilirəm. Vur qorxaq, onsuz da yalnızca bir adam ödürəcəksən. (Ölümündən öncə qatilinə)

Futbol çevrilişin silahıdır.Bəlkə də heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi.

Elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin.

Bir şeyi etməkçün onu çox sevməlisiniz. Bir şeyi çox sevməkçün ona dəlicəsinə inanmalısınız.

Məğlub olduğun tək döyüş, döyüşməkdən imtina etdiyindir.

Ölüm səni aldatmasın. Yaşayanları düşün və alnını qorxusuzca qaldır və düşün ki, kimin yanındasan, haradasan və ən çətin anındakı silahın nədir.

Mən sadəcə Ernesto idim. Sizdə sadəcə biri kimi var olursunuz. Çe olmağı özüm istədim, inansaz siz də olarsınız.

Gerçəkçi olaq, imkansızları istəyək.

BİR YALAN HANSI SƏBƏBDƏN DEYİLMİŞ OLSA DA, ƏN PİS GERÇƏKDƏN DAHA ÇİRKİNDİR.

Uduzmaqdan qorxma, nəyisə qazanmaq üçün nəyisə itirməlisən. Və unutma uduzanda deyil, geri çəkiləndə məğlub olursan.

Döyüşən məğlub ola bilər, döyüşməyənsə çoxdan məğlubdur.

Ən önəmlisi dünyanın harasında olursa olsun istənilən haqsızlığı özünüzə qarşı edilmiş haqsızlıq kimi qəbul etmətinizi qorumağı bacarmaqdır. Bu bir inqilabçının ən önəmli özəlliyidir.

Dizlərim üstə yaşamaqdansa, ayaqlarım üstə ölməyi seçərəm.

Bir inqilabçı başqasına vurulan şilləni öz üzündə hiss edəndir.

Düşmənin yoxdusa, həyatda heç müvəffəqiyyətin yoxdur deməkdir.

Yaxşılıq etməyə davam et, qarşındakı layiq olmasa da sən buna layiqsən.

Əgər hər haqsızlıq qarşısında əsirsizsə mənim yoldaşımsınız.

HƏYATDA DAİMA DOĞRULARI MÜDAFİƏ ET! TƏQDİR EDƏN OLMASA DA VİCDANINA CAVAB VERMƏYDƏN QURTULACAQSAN. 
 

11 şərh

cicek92
geshey sozleri variymish ha)))
pascal
Hər sözün ayrılıqda öz dəyəri var. Bu frazanı lap çox sevdim:
«Bir şeyi çox sevməkçün ona dəlicəsinə inanmalısız». Düz deyib. 
Topikə görə təşəkkür. Bi baalaca səliqəyə salsaydınız, «tam suer olacakdı» ;) Məsələn, hər fikri alt-alta, bir də eyni şriftlərlə yazmaqla.
Əllərinizə sağlıq. :)
Ferbara
Hə, o fraza da diqqətimi çəkdi. :)
Yeni sətir yaratmaq üçün Shift+Enter birləşməsndən istifadə etməliydi. 
Ferbara
Düşmənin yoxdusa, həyatda heç müvəffəqiyyətin yoxdur. :) Pislərin də düşməni var.
Don_Elnur
Nə yalan deyim microsoft word`da  yazıb kopi etmişdim deyə belə olub, bundan sonra nəzərə alaram =) Ən xoşladıqlarımı xüsusi vurğulamaq üşün bəzilərini böyük şriftlərlə yazmışdım =) hamıya təşəkkür =)
istorik_c
"Əgər haqsızlıq qarşısında əsirsinizsə mənim yoldaşımsınız". Burada məna dəyişib.Bu fraza əslində belədir-Haqsızlığa qarşı qəzəbdən titrəyirsinizsə mənim yoldaşımsınız
Don_Elnur
Iradınıza görə təşəkkür' düz deyirsiniz :)
istorik_c
Xeyr irad bildirmirəm. Sadəcə siz həmin cümləyə verməmisiz.
azadmamedov90
 • Yaxşılıq etməyə davam et, qarşındakı layiq olmasa da sən buna layiqsən. — deyisek, inkisaf edek…
Sadaf
birincini oxuyan kimi guldum