Uşağımıza peyvənd vuraqmı?

Demokratiya cəmiyyətə düzgün olanı deyil, hər şey etməyi öyrətdi.
və ya
Günümüzün cəmiyyəti düzgün olanı deyil, xoşladığını seçir.

Bacardığım qədəri ilə qısa (bədiilik cəhətdən kasıb olsa da) yazaraq suallarınıza cavab tapmağınızı istərdim. Buna görə bu qeyddə peyvəndlər haqda “məqsədlər” deyil, “nəticələr” yazılıb. Məqsədlər və siyasi reallıqlar buradadadır. Bu məqsəd və nəticələrdən nəticə çıxarıb, uşağınıza peyvəndin vurulmasının son qərarı Sizdən asılıdır. Çünki, bilirəm ki, hər nə qədər aşağıdakılar dəqiq düzgün məlumat olsa da inandırmaq mənim səlahiyyətlərim çərçivəsinə sığmır, buna da çalışmıram.

İmmunologiya tam və dəqiq öyrənilmədiyi üçün (alimlər çox bildikcə anlayır ki, az bilirmiş) peyvəndlərin orqanizmdəki törətdikləri reaksiyalar haqda da 100%-li məlumat yoxdur (ümumiyyətlə modern tibbdə 100% anlayışı yoxdur, 2x2=5 də ola bilir). Bütün müasir tibbi biliklər təcrübələrə və nəzəriyyələrə əsaslanır. Təcrübələrin nəticəsi və nəzəriyyələr isə hər zaman dəyişkəndir.

Azərbaycanda tədqiqatlar internetə verilmədiyindən aşağıdakı bəzi rəqəmlər xarici dövlətlərin statistik nəticəsidir. Ehtimalları təsəvvür etmək rahat olsun deyə bildirim ki, Azərbaycanda sağlam doğulmuş uşağın 1 yaşa kimi hər hansı bir səbəbdən ölmə ehtimalı 10000-də 2-dir.[0] Digər ölkələrlə müqayisədə 5 yaşa kimi Azərbaycanda 1000-də 13 olduğu halda, Amerikada 7-dir. [12]


Azərbaycanda 2006-cı ildən[1] aşağıdakı formada peyvənd cədvəli tətbiq olunur:
Doğumdan sonra 12 saat ərzində ­­- Hepatit B
4-7-ci gün — BSJ, Poliomielit
2 aylıqda — AGDT, Poliomielit, Hepatit B
3 aylıqda — AGDT, Poliomielit
4 aylıqda — AGDT, Poliomielit, Hepatit B
12 aylıqda — QPM
18 aylıqda — AGDT, Poliomielit
6 yaşında QPM, ADT


AGDT — Adsorbsiyaedilmiş göy-öskürək-difteriya-tetanus peyvəndi, 3 xəstəliyə
(difteriya, göyöskürək və tetanusa) qarşı kombinəedilmiş peyvənddir.
ADT — Adsorbsiyaedilmiş difteriya-tetanus anatoksini,  difteriya və tetanus  əleyhinə
peyvənd.
BCG — Kalmett-Qerin basilləri (Bacillus Calmette-Guérin) — vərəm  əleyhinə
peyvənd.
QPM — Qızılça,  parotit və məxmərəyə qarşı peyvənd.
OPV — Poliomielitə qarşı diri peyvənd.



Hepatit B
Sual: Yoluxma ehtimalı çoxdurmu?
Virus otaq tempraturunda 6 ay yaşaya bilir[3]. İnsana qan və cinsi yolla yoluxur. Həkimlər, narkomanlar risk qrupundadırlar. Dişlənmiş almadan yoluxma mümkündür (çox az miqdarda qan zədəli diş ətindən yoluxmağa kifayətdir). Digər yollarla yoluxma mümkün olmadığına baxmayaraq[4] 30% hallarda yoluxma səbəbi bilinmir.[6] Əgər uşağınızın həyatı boyunca həkim olmayacağından, sanitar qaydalara əməl edəcəyindən və bizim mentalitetə uyğun olmayan hərəkətlər etməyəcəyindən əminsinizsə, onda onun yoluxma ehtimalı azdır. Halbuki, Azərbaycanda 10000 nəfərlik araşdırmaya əsasən HepatitB-li yoluxma halı həddindən artıq çoxdur(azı 30%) [2]. Bu da iki şeydən qaynaqlana bilər: ya laborator nəticələr yalançı pozitivlik göstərir, ya da cəmiyyətimiz artıq pozulub. Bizə ən yaxın ölkə Türkiyədə xəstə faizi 2% və 33%-dir.[5][7](?)

Sual: Xəstəlik qorxuludurmu?
Xəstəliyə yoluxsaq xronikləşmədən sağala bilmək mümkündür. Türkiyədə xronikləşmə: yenidoğulmuşlarda – 90%, uşaqlarda – 30%, böyüklərdə 5%-dir. Xronikləşmiş xəstə 70% halda inaktiv daşıyıcıya çevrilir. Nə vaxtsa orqanizm zəifləyəndə xəstəlik aktivlənə bilər. Qalan 30% aktiv xəstələr isə ya qaraciyər kanseri ya da hepatitdən tədricən tələf olurlar. Hər 3 yoluxmuş yenidoğulmuşdan 1-i xəstəliyi ağır variantda keçirir. [8]

Sual: Peyvənd nə dərəcə qoruyucudur?
Yalnız 3 dozadan sonra peyvəndin 15 illik qoruyuculuğu 75%-dir. Bu o deməkdir ki, əgər anada Hepatit B yoxdursa, 15 yaşa kimi kimi uşaqlarda xəstələnmə ehtimalları olunmuşda-0.5%, olunmamışda 1%dir. Çox güman ki, peyvəndin hesabına 1991-ci ildən bu günə Amerikada xəstələnmə sayı 4 dəfə azalıb.[9]

Sual: Peyvəndin ziyanı varmı?
İki peyvənd istifadə olunur Recombivax və Engerix B. Engerix B peyvəndində 3 illik müşahidədə sklerozda artmış risk var. [10] Tərkibində yumurta olduğundan allergiyası olanlarda ehtiyatla vurulmalıdır.[11]

Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir?
Çəkisi 2000g-dan çox olan körpələrə vurulur. 2000g-dan az çəkili körpələrdə immun cavab yaranmır(vurmağın xeyri yoxdur).

Budun ön-lateral hissəsinə əzələdaxili vurulur. Qalça nahiyəsinə vuruluduğunda immun cavab yetərincə alınmadığından istifadə olunmamalıdır.



BCG
Sual: Yoluxma ehtimalı çoxdurmu?
Dünya əhalisinin 1/3-ü yoluxduğu iddia edilir[13]. Lakin yoluxan fərdlərin heç də hamısı xəstə hesab olunmur. Azərbaycanda vərəm xəstələrinin sayı 8 mindən çoxdur [14]. Xəstəlik hava-damcı yolu ilə, xəstə ilə eyni otaqda olduqda yoluxma mümkündür. İmmunitet çox azaldıqda yoluxmuş fərdlər xəstələrə çevrilir.

Sual: Xəstəlik qorxuludurmu?
Hər il 10000 nəfərdən 14-ü xəstələnir, 2-si ölür.[13]

Sual: Peyvənd nə dərəcə qoruyucudur?
Peyvənd vərəm çöpləri olan M. Tuberculosis-dən deyil, canlı M. Bovis-dən hazırlanır. Peyvənd yoluxmanı deyil, xəstələyi də deyil, onun ağırlaşmalarının qarşısını alır.[15][16][17][18].

Sual: Peyvəndin ziyanı varmı?
Çox nadir də olsa aşağıdakı ağırlaşmalar gözlənilir(xüsusən immun. zəif uşaqlarda):
  • Limfadenit (ən çox rast gəlinən)
  • Osteomielit
  • Dəri vərəmi
  • Yayılmış BCG infeksiyası (ən qorxulu)

1979-da Hindistanda sübut olundu ki, peyvəndlənmiş adamlarda vərəmlə xəstələnmə sayı, digərlərindən daha çoxdur. Digər araşdırmaların nəticəsi bərabər olduğunu göstərir.

Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir?
Peyvənd immun sistemi zəif uşaqlarda xəstəliyin özünü törətdiyindən, peyvənd vurularkən uşağın tam sağlam olmasına əmin olmaq lazımdır.

Dəri içi vurulur.



Poliomielit
Sual: Yoluxma ehtimalı çoxdurmu?
Yoluxma ehtimalı çox azdır. Çünki peyvəndlənmə nəticəsində 1994-cü ildən Amerika[19], 2001-ci ildən Sakit okean sahili (Çin, Avstraliya)[20], 2004-dən Avropa[21] bu xəstəlikdən təcrid olunub. 2008-ci ildən dünyada sadəcə 4 ölkədə qeydə alınıb: Nigeria, Hindistan, Pakistan, Əfqanıstan[22]. Türkiyədə son illərdə qeydə alınan xəstələr peyvəndlənmə nəticəsində yoluxub.

Sual: Xəstəlik qorxuludurmu?
Yoluxan fərdlərin sadəcə 1%-ində virus MSS-ə keçərək iflic törədir. Hər belə 5 xəstədən də birini 18 ay sonra tam sağaltmaq mümkündür.[23] Qalanları ömürlərinin sonuna kimi ya şikəst yaşayır və ya ölür.

Sual: Peyvənd nə dərəcə qoruyucudur?
80% qoruyucudur.[24][25]

Sual: Peyvəndin ziyanı varmı?
Hər 750000 peyvənd vurulan fərdlərdən 1-ində iflic olma  ehtimalı var[26]. İmmun sistemi zəif fərdlərdə bu risk 7000 dəfə artmışdır.[27][28]

Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir?
OPV peyvənddə canlı viruslar olduğundan uşağın immun sistemi zəif halında vurulması qorxuludur.

İstənilən uşağa OPV vurulubsa, istər evdə, istərsə də bağçada immun sistemi zəif olan uşaqlarla kontaktda olmasının qarşısı alınmalıdır.

IPV-nin qoruyuculuğu az olsa da virus inaktiv olduğundan iflic olma ehtimalı yoxdur. Məhz buna görə günümüzdə əvvəl 2 dəfə IPV vurulur, sonra OPV davam edilir. Belə halda OPV-nin iflic etmə ehtimalı azalır.

OPV və IPV tərkibində neomisin və streptomisin olduğundan buna qarşı allergiyası olanlara vermək məsləhət deyil.[29]



Göyöskürək, difteriya, tetanus
Sual: Yoluxma ehtimalı çoxdurmu?
Azərbaycanda ehtimal çox azdır (3 xəstəlik birlikdə 2009-da milyonda 23 nəfər?)[30].
Dünyada hər il göyöskürəyə milyonda 8000,[31];
Amerikada hər il difteriyaya milyonda 0.01 [32] (1980-da 200 imiş);
Dünyada hər il tetanusa milyonda 2 nəfər yoluxur.(bunların da 1-i uşaq olur.)[33]
Amma unutmamaq lazımdır ki, bu göstəricilər peyvənd olunmuş əhalinin göstəriciləridir. Sovet rejimi dağılanda MDB ölkələrində peyvəndlənmə tam aparılmadığından difteriya epidemiyası baş qaldırmışdı.[32]

Sual: Xəstəlik qorxuludurmu?
Göyöskürəklə xəstələnənlərin 0.6% [31]; Difteriya ilə 1-20%[34]; Tetanusla 30%-i ölür[33]

Sual: Peyvənd nə dərəcə qoruyucudur?
Hər üç peyvəndin qoruyuculuğu 10 il ərzində sürətlə azaldığından məktəbəqədər dövrə kimi təkrarlanır.[37] Göyöskürək peyvəndi vurulmuş fərdlərin xəstələnmə ehtimalı 24 dəfə azdır.[36] Difteria və tetanusuna qarşı qoruyuculuq 95%-dir.[39]

Sual: Peyvəndin ziyanı varmı?
Qıcolma kimi qorxulu ağırlaşmaların rast gəlmə ehtimalı 10000-də 93 deyənlər də var[40], 10000-də 1 deyənlər də [41]. Ən çox rast gəlinən yan təsiri baş ağrısı və qızdırmadır.

Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir?
Göyöskürək peyvəndi iki formada olur: whole-cell və acellular. Qoruyuculuğu demək olar ki, eynidir[38]. Acellular peyvəndin yan təsirləri 3 dəfə az olduğundan daha çox istifadə olunmağa başlayıb.[35]



Qızılca, Parotit, Məxmərək
Sual: Yoluxma ehtimalı çoxdurmu?
Son illərdə Azərbaycanda qızılca və məxmərəyə demək olar rast gəlinmir. Epidemik parotit isə çox azdır[42] (bu göstəricilər peyvənd olunmuş əhalinin göstəriciləridir). Hər üç xəstəlik hava-damcı yolu ilə yoluxur (peyvənd olunmamışların yoluxma ehtimali çoxdur). Epidemik olaraq bəzi ölkələrdə bəzi illərdə müşahidə olunur. [52][53][54]

Sual: Xəstəlik qorxuludurmu?
Qızılca­ – Ölkələrin inkişaf səviyyəsindən asılı olaraq hər 1000 xəstə uşaqdan 1 və 300-ü olür[43][44]. Xəstəliyin pnevmoniya, ensefalit, otit kimi ağırlaşmalarına çox rast gəlinir.[45][46]
Parotit – Nadir də olsa ciddi ağırlaşmaları vardır. Xəstələrin 3%-də sonsuzluq, pankreatit, 10%-də meningit müşahidə olunur [48][49][50].
Məxmərək – Ölüm 10000-də 7-dir[52]. Ağırlaşmaları demək olar ki, yoxdur. Hamilə qadınlarda isə əksinə 20% halda aborta və 40% halda isə qüsurlu körpənin doğulmasına səbəb ola bilər.

Sual: Peyvənd nə dərəcə qoruyucudur?
Xəstələnmə və ağırlaşmalarının qarşısını böyük ölçüdə (azı 95%) alır[47][51][55][59]

Sual: Peyvəndin ziyanı varmı?
Canlı peyvənd olduğu üçün immun sistemi zəifləmiş şəxslərdə xəstəliyin özünü törədə bilər. Hər 3000 peyvəndin birində yüksək qızdırma nəticəsində tutmalar şəklində qıcolmalar müşahidə oluna bilər[56]. Ümumiyyətlə istənilən qızdırma 3% halda qıcolma verə bilər.[57]
Ən çox rast gəlinən qızdırma və səpgilərdir. Ağır ağırlaşmalar 300000-də 1 [54]. Autizmlə əlaqəsi yoxdur[58].

Sual: Peyvəndi vurarkən valideyn nələrə fikir verməlidir?
Jelatin və neomisinə qarşı allergiyası olanlara məsləhət deyil.


Mənbələr:
[0] www.stat.gov.az/source/demoqraphy/
[1] www.health.gov.az/img/other/teqvim.pdf
[2] www.xazar.tv/xeber.aspx?id2=5&id=3748
[3] emedicine.medscape.com/article/177632-overview#a0104
[4] www.emedicinehealth.com/hepatitis_b/page2_em.htm#Hepatitis B Causes
[5] www.ncbi.nlm.nih.gov/pubmed/20428653
[6] www.ncbi.nlm.nih.gov/pubmed/8392167
[7] www.vhpb.org/files/html/Meetings_and_publications/VHPB_Meetings/kyiv2004/pdf/S41enUsta.pdf
[8] guncel.tgv.org.tr/journal/33/pdf/346.pdf
[9] www.cdc.gov/mmwr/PDF/rr/rr5416.pdf
[10] www.neurology.org/content/72/10/873.abstract
[11] www.merck.com/product/usa/pi_circulars/r/recombivax_hb/recombivax_pi.pdf
[12] data.worldbank.org/indicator/SH.DYN.MORT?cid=GPD_15&locations=US
[13] www.who.int/mediacentre/factsheets/fs104/en/index.html
[14] www.health.gov.az/news.php?id=153
[15] en.wikipedia.org/wiki/Bacillus_Calmette-Gu%C3%A9rin#cite_note-8
[16] en.wikipedia.org/wiki/Bacillus_Calmette-Gu%C3%A9rin#cite_note-7
[17] www.bmj.com/content/2/6082/293
[18] www.who.int/immunization/wer7904BCG_Jan04_position_paper.pdf
[19] www.cdc.gov/mmwr/preview/mmwrhtml/00032760.htm
[20] her.oxfordjournals.org/cgi/reprint/16/1/109.pdf
[21] www.who.int/mediacentre/news/releases/releaseeuro02/en/index.html
[22] www.cdc.gov/mmwr/preview/mmwrhtml/mm5540a3.htm
[23] www.post-polio.org/edu/hpros/Aug04HistPersNeumann.pdf
[24] www.who.int/immunization/polio_grad_opv_effectiveness.pdf
[25] www.immunizationinfo.org/vaccines/polio
[26] www.ncbi.nlm.nih.gov/pubmed/9917578
[27] www.brown.edu/Courses/Bio_160/Projects2000/Polio/PoliovirusVAPP.htm
[28] www.tip2000.com/abone/konular/asilar2.asp
[29] www.rense.com/general59/vvac.htm
[30] www.azstat.org/statinfo/healthcare/az/3_13.shtml#s5
[31] www.medscape.com/medline/abstract/20091541
[32] www.cdc.gov/ncidod/dbmd/diseaseinfo/diptheria_t.htm
[33] emedicine.medscape.com/article/229594-overview#a0199
[34] emedicine.medscape.com/article/963334-overview#a0199
[35] www.ncbi.nlm.nih.gov/pubmed/8451663
[36] pediatrics.aappublications.org/content/123/6/1446.full.html
[37] www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2545243/pdf/bmj00274-0028.pdf
[38] www.springerlink.com/content/nluabmdluyfmhfed/
[39] www.immunizationinfo.org/vaccines/diphtheria
[40] jama.ama-assn.org/content/263/12/1641.abstract
[41] www.autismtreatmentclinics.com/uploads/Brain___Development_Article1.pdf
[42] www.azstat.org/statinfo/healthcare/az/3_13.shtml#s5
[43] emedicine.medscape.com/article/802691-overview#a0199
[44] www.istanbul.edu.tr/itf/halksagligi/ppt/seda.guven-kizamik.epidemiyolojisi.ppt
[45] www.homeoint.org/kotok/vaccines/malady/measles.htm
[46] www.cdc.gov/measles/about/complications.html
[47] www.cty.com.tr/files/journals/4/393.pdf
[48] www.mja.com.au/public/issues/189_08_201008/sen10220_fm.html
[49] www.scribd.com/doc/55465600/35/Kabakula%C4%9F%C4%B1n-komplikasyonlar%C4%B1
[50] www.cdc.gov/mumps/clinical/qa-disease.html#f
[51] www.ncbi.nlm.nih.gov/pubmed/21470456
[52] emedicine.medscape.com/article/968523-overview#a0199
[53] emedicine.medscape.com/article/966678-overview#a0156
[54] emedicine.medscape.com/article/966220-overview#a0199
[55] www.sciencedirect.com/science/article/pii/S0264410X04007881
[56] www.cdc.gov/vaccines/pubs/vis/downloads/vis-mmr.pdf
[57] www.nlm.nih.gov/medlineplus/ency/article/000980.htm
[58] en.wikipedia.org/wiki/MMR_vaccine#Claims_about_autism
[59] www.ncbi.nlm.nih.gov/pubmed/15950329
 

0 şərh