Ondin'in lənəti

Deməli, əsatirə görə, dəniz tanrısı Poseydonun qızı – Ondin bir oğlana aşiq olur. Oğlanla bir olmaq üçün öz ölümsüzlüyündən vaz keçirərək adi bir insana çevrilir. Onlar evlənirlər, lakin bir müddət sonra oğlan Ondinə xəyanət edir. Poseydon bundan xəbər tutur və qızının qırılmış qəlbinin qisasını almaq üçün oğlanı lənətləyir. Lənətə görə oğlan tənəfüsünü iradi olaraq alıb-verməli idi. Təbii ki, yuxuda heç birimiz necə nəfəs aldığımızı bilmirik. O oğlan da axırı dözməyərək yuxuya gedir, nəfəsi dayanıb ölür.

Tibbdə bu lənətə çox bənzəyən anadangəlmə mərkəzi hipoventilyasyon sindromu(CCHS) və ya qısaca hipoventilyasyon sindromu deyilən xəstəlik var. Bildiyimiz ki, beyində tənəffüsün 4 mərkəzi var və bunların biri qeyri-iradi (daimi) tənəffüs almağımız üçün yaradılıb. Əgər bu mərkəz "işləməsə" hipoventilyason sindromu yaranır. Bu xəstələr nəfəslərini bizdən fərqli olaraq fikirləşərək aldıqları üçün yuxuda nəfəsləri dayanır. Onları süni tənəffüs aparatına qoşmasalar ya oksigensizlikdən ya da yuxusuzluqdan ölürlər.

Bu əsatir haqda hətta kino da çəkilib.

 

4 şərh

Dr_Həkim
Undin sindromu kimi eşitmişəm.Yuxuda nəfəsin dayanmasını indi müalicə edə bilirlər.


DrELM
DrELM
«Onları süni tənəffüs aparatına qoşmasalar… ölürlər.»
Bu müalicə deyil, vəziyyətdən çıxış yoludur. Müalicə hələ yoxdur.
DrELM
«искусственного водителя ритма диафрагмы» bir müalicədir.