Döş Ağrısı və Rastlanma Tezliyi

Döş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.

Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.Döş ağrısı həkimə müraciət etmə səbəblərinin ən başında gəlir. Birinci səbəb döş ağrısı, digər səbəb isə döşdə bir kütlənin əl ilə hiss edilməsidir. Hər ikisi də xəstələri bizə gətirdiyi üçün və xəstələrin həkim tərəfindən və radioloji müayinələrini həyata keçirməyimizə imkan verdiyi üçün çox qiymətlidir. Döşdə əl ilə hiss edilən kütlələrin ancaq 10%-i süd vəzisi xərçəngi çıxır. Döş ağrısı ilə müraciət edən xəstələr arasında süd vəzisi xərçəngi rastlanma tezliyi daha azdır.

Döş ağrısını 3 qrupa ayıra bilərik: arada baş qaldıran döş ağrıları, hər zaman narahat edən döş ağrıları və döş xaricində olan döş qəfəsi ağrıları. İlk iki qrup ağrılar süd vəzisi toxuması mənşəlidir, üçüncü qrup isə daha çox döş qəfəsi divarı əzələ və oynaq sistemi mənşəlidir. Bu ağrıları bir-birindən ancaq diqqətli bir müayinə ilə ayırmaq mümkündür.

Ağrının xüsusiyyəti çox vacibdir: aybaşı dövrləri ilə əlaqəsinin olub olmadığı, nə tezliklə yaşandığı, nə qədər çəkdiyi, necə keçdiyi kimi sualların cavabları ağrının diaqnostikası baxımından həkim üçün vacib məlumatlardır.

Daha ətraflı məlumat üçün: www.sudvezi.com

0 şərh