Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.

Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.

Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.

Döş ağrısı olduğu vaxtlarda sadə ağrıkəsicilərdən istifadə edilə bilər. Daha ciddi dərmanların istifadəsi üçün xəstənin ən az 6 aydır davam edən və gündəlik həyat komfortunu pozan ağrısı olmalıdır. Istifadə olunan dərmanların tərkibində hormon olduğuna görə və ya bədəndəki hormonlar üzərində nizamlayıcı təsiri olduğuna görə ciddi yan təsirlərə malikdir: ürək bulanması, depresiya, aybaşı pozğunluğu, baş ağrısı, səsin qalınlaşması və tüklənmə kimi.

Ağrılı dövrdə mammoqrafiya çəkdirib sonra isə mammoqrafiyanın ağrılı olduğundan şikayət etmək, bu yersiz qorxunun cəmiyyətdə yayılmasına vasitəçi olmaq, hətta bu qorxu səbəbi ilə həyatında heç vaxt mamoqrafiya çəkdirməmiş və inkişaf etmiş dərəcədə gecikmiş süd vəzisi xərçəngi ilə bizə müraciət edən xəstələrin məsuliyyətinə ortaq olmaq deməkdir. Bu mövzunun sosial bir məsuliyyət olduğunu unutmayaq: ağrılı dövrlərdə mammoqrafiya cəkdirməyək.

Ağrılı dövrlərdə mammoqrafiya çəkdirilməməsinə diqqət göstərmək lazımdır. Mammoqrafiya təcili bir müayinə metodu olmadığına görə aybaşı bittikdən sonra çəkildiyi zaman həm nəticələr daha doğru olacaqdır; həm də çox rahat və komfortlu bir müayinə həyata keçiriləcəkdir.

Daha ətraflı məlumat üçün:   www.sudvezi.com

0 şərh