Süd Vəzisi Xərçəngi Nədir?

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 sm3 böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir.
Bu səbəbdən illik düzənli müayinələr erkən diaqnoz və müalicə deməkdir; yəni həyatınızı qurtara bilər.

www.sudvezi.com

3 şərh

bahar

Mən süd vəızisi xərçəngi olan bir qadının,aparılan əməliyyat və müalicə nəticəsində 10 il yaşadığını görmüşəm.Lakin sonradan şiş onun


digər döşündə əmələ gəldi və o vəfat etdi

Dr_Hamdi_Koçer
Değerli Bahar

Sud vezisi xercengi olmak için en büyük risk faktörü qadin olmak ve sud vezisi sahibi olmaktır. Bir qadının bir sudvezisinde xerceng olduğunda diğerinde de olma riski yuksektir. İkinci taraftaki xerceng metastaz veya birinci taraftan sıçrama değildir: her ikisi de primer tümördür. Xerceng bir memeden diğerine geçmez.
Eğer bir kadın sudvezisi xercengi nedeni ile müallice gördüyse, diğer sud vezisini her yıl düzenli takip ve kontrol etmek gerekir. Yıllar sonra diğerinde de olma riski yuksektir. Üstelik bu risk her yıl artar. Yani yıllar gecti benim tedavim bitti, her şey çok iyi denir ve kontrollere gidilmez ise, öbür taraftaki xerceng kötü seyredebilir.   

Eğer ikinci südvezisi xercengi de erken diagnoz olsaydı hasta kurtulabilirdi.
Başınız sağ olsun. Üzüldüm şimdi. sud vezisi xercengi hastalarının yıllık takipleri çok önemlidir.
Umarım cevabım yardımcı olmuştur.
Dr Hamdi Koçer
bahar

Çox sağolun .Lakin demək istəyirəm ki,onlar müalicə və müayinəni dayandırmamışdılar.Sadəcə olaraq KADERİ belə imiş