Süd vəzisi xərçənginin simptomları

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlanan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya geldi isə,  ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil ve təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rastlanır.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi -  süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayilir.

Dəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət  yox olmayan qizarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

Daha ətraflı məlumat üçün: www.sudvezi.com

0 şərh