Hanı o ağ çəkmələrim?

Ana,
O qayğısız günlərimin paltarını istəyirəm,
Gətir yenə geyinim.
Şalvarımı,pencəyimi at bayıra,
Ya da payla ehtiyacı olanlara.
Gətir mənə, o qayğısız günlərimin paltarını.
İtən ömrün hər anını ilmələyib əlcək kimi toxu mənə,
Yenə nağıl oxu mənə,
-Ulduz göydən düşər gələr,
Apban harda bişər gələr?
-Ana bunu bilirəm,Allah Baba göndərər...
Ana, Sağ əlimə vurduğun yun çubuğu,
İllər ötdü qələm oldu,
Yazdıqları naləm oldu.
Kölgədə yazılıb talehim mənim,
Gün görmədim,göyərmədim.
Ana,gətir geyinim,
Hanı o ağ çəkmələrim?
 

2 şərh

soni_memmedzade
Elçin bəy.aramıza ilk öncə xoş gəldiniz.sizin maraqlı məqalələrinizi,hekayələrinizin oxucusuyam.bu da bir maraqlı şeriniz.Təşəkkür edirəm.Yeni yazdığınız,şerlər,hekayələr oxumağımız diləyilə…
Elchin_Aslangil
təşəkkürlər xanım,minnətdaram sizə və oxuyan hər kəsə.