Bilqo (bir parça)

Avqustun son günləri idi. Hava isti olsada axşam düşəndə bir az yağış yağdığı üçün xəfif sərinlik duyulurdu. Səmaya ala-bula buludlar səpələnmişdi. Yol yorğunu olan Bilqo ayaqlarını sürüyə sürüyə evə tərəf gedirdi. Sakit idi, dah doğrusu sakit görünürdü. Əynindəki mavi don ona çox yaraşırdı. Bilqo gözəl qız idi, ancaq qəribə soyuq baxışları onun gözəl üzünə ifadəsizlik verirdi. Təbiətcə sakit və mülayim olsada xətrinə dəyən bir adamıda cavabsız qoymazdı. Evə çarəsiz gedirdi, “işdən çıxıb evə getmək adətini kim çıxarıb görəsən” fikri indi hər addımında beynindən idırım vuran kimi gəlib keçirdi. Birdən ağlına gəldiki bu sualı kiməsə versin. Yan-yörəsinə baxıb gördükü düz ona tərəf  əlli ya əlli beş yaşlarında bir kişi gəlir. Müəllimə də oxşayırdı həkimə də.

-Bağışlayın müəllim, sizdən bir söz soruşmaq istəyirəm, olar?

Kişi qəribə baxışlarla Bilqonu süzdü. Heçnə başa düşməyən insanlar kimi gözlərini böyüdüb ona yaxınlaşdı.

— Hara gedirsiz, əgər sirr deyilsə? Sualı verdiyi an başa düşdüki yenə gicliyi tutub. Ancaq artıq gec idi.
 Yad kişi əvvəl bunu zarafat bilib əhəmiyyət vermək istəmədisədə bu suala cavab verdi. Yəqin o da Bilqo kimi hal əhli idi. –Evə gedirəm, həmişəki kimi. Niyə soruşduz ki xanım qız? Bilqo tutulub qalmışdı, nə desin, necə özünü bu vəziyyətdən çıxarsın bilmirdi. Gözləri yerlərdən cavab axtarırdı. Utana-utana –bağışlayın əmi sizi uzaq tanışımız bimişəm, üzür istəyirəm. Yad kişi gülümsünüb başını buladı- eybi yox, mən sizi tanımadığım üçün belə də bildimki məni kimləsə səhv salmısız. Yoluna davam edən yad kişinin arxasınca günahkar kimi baxan Bilqo özünü heç  yaxşı hiss etmirdi. İndi tək arzusu evə qaçmaq idi. Otağında özünü yaxşı hiss edəcəyi ümüdi ilə yolu iti adımmlarla getməyə başladı.” Niyə belə pərtəm, axı mənə nə olub? Məni ruh düşkünlülyünə yuvarladan təsadüfi görüş ola bilməzdi. O çoxdan idi heç xəyyalarıma gəlmirdi, yadıma nə vaxt düşdüyünüdə unutmuşam. İndi on beş dəqiqəlik bir dialoq niyə məni göylərdən yerə  vurdu? Bəlkə mən onu xəyal aləmimdə lap dərinliklərdə gizlətmişdim, elə gizlətmişdimki özümdə bu gizlənpaç oyunu ilə barışmışdım. Dönük olan o oldu, mən əksinə bundan sonra öz həyatımı daha rahat yaşamalıyam, heç nəyi, heç kimi gözləmədən… İndi  yanında bir qız övladı olan mən deyiləm, heç kimi həyatıma buraxmadım, deməli qalib mənəm. Əgər onun üçün bu əhəmiyyət kəsb edirsə qoy məğlub olduğunu özü başa düşsün. Bəlkə o məni elə Bakını tərk etdiyi gün unutmuşdu? Bəlkə heç vaxt sevməyibdə.

Bilmirəm, ancaq bildiyim tək həqiqət o idiki mən ona çox bağlı idim. Yol yoldaşım, sirlərimi bölüşdüyüm, yuxularımı danışdığım, arxa bildiyim.....Həyat insana çox şeyi öyrədir. Həsrətlə gözlədiyin anlar, dəqiqələr bir göz qırpımında  mənasını itirir, boşa keçirdiyin illərin haq-hesabını kimdən çəkəcəyini belə bilmirsən. Düşünürsənki bu həyatda yaşanan hər günün hər saatı, hər dəqiqəsi sənin üçün son ola bilər, sonu çatmış bir son.

Elə bu səbəbdən hər şey inanın gözündə adiləşir, bəsitləşir. Yaşamaq arzudur, istəkdir. Bunu hiss etmək gözəldir, amma ömür yollarında addımlamaq,yıxılmaq, əzilmək, bütün bunlara baxmayaraq ağrını, əzabı unudub yenidən yola davam etməyin sonu ölümdüsə, elə yolun başlanğıcında  dayanaraq ölümü gözləmək daha doğru olan deyil? Ayrılıqlar üçün tökülən göz yaşları, Tanrıya tez-tez əl açıb səbir, dözüm dilməy, yoxdan var düzəldib insanlardan geridə qalmamaq və bunun üçün çəkilən zəhmət, əzab, ağrı, yuxusuz gecə, qorxu, utanc… Bütün bunların sonunda mükafatı nədir insanın? Uzaqlara dikilən gözlərdə qəribə bir məna görünür. Sonsuzluq işarəsi, üfüq və səmanın mavi boşluqları… Bu üç məna növbə ilə bir-birini əvəz edir insan gözlərində. Mənim illərimin ümüd dolu, həsrət dolu ayları, günləri,saatları, dəqiqələri indi kimdən hesab çəksin? Onlar demə mənasız imiş, heç kimə gərəyi olmayan bir heçlik.”

 Esse (mehriban)

1 şərh

Esse
Düzgün bloq yerləşdirmək üçün kömək edin, zəhmət olmasa Burda bəzi çətinliklər var mənə görə