Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Psixoloji cəhətdən:
Təəssüflər olsun ki, hər hansı bir qəzalar KİV-lər vasitəsilə qabardılaraq, milli aviofaciə şəkilinə gətirilib çıxarılır. Onların bu halda həlak olmaları mümkündür, amma yaddan çıxarmaq lazım deyil ki, hər gün dünyada həlak olan insanların yanında bu az bir hissəni təşkil edir. 
Sözsüz ki, bir nəfərin həlak olması öz-özlüyündə bir fəlakətdir. Və bu, kimdəsə hava nəqliyyatından istifadə etməkdə ikrah hissi yarada bilər. Bununla əlaqədar, sizin danışdıqlarınıza əsasən bu cür hal keçirməyiniz normal hesab edilir. Burada qorxaqlığın necə olması əsas deyil. Əsas odur ki, qorxu sizə və sizin aldığınız qərarlara necə təsir göstərir. Əgər bu qorxu hissinin xüsusiyyəti dağıdıcı xarakter daşıyırsa, sizə mane olursa, o zaman mütəxəssisə müraciət etmək lazımdır. Bu halda nağd fobiyadan danışmaq olar.
Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiyalar daşıyır, İnsanı məsuliyyətsizlik və ağılsızlıqdan saxlayır. Buna görə o insana sözsüz gərəklidir. Hər bir insanın nəyə qarşısa, bir qorxusu var və bu sizdə təyayrə ilə uçmağa aid edilib. 
Bunu dəhşətli bir şey kimi ürəyinizə salmayın, Ən azından özünüz dediyiniz kimi- özümüzün daha yaxşı qayğımızı çəkək deyə bu bizə İlahi bir nemətdir.
Material «islam.ru» saytının materialı əsasında ixtisarlaşdırılıb — tərcümə edilmişdir. 


Çevirdi: Fərid Abdullah

0 şərh