Bu əhvalat insanı düşünməyə vadar edir

 
 Əsgərlikdən oğul anasına zəng vurur:
— Alo, salam ana, necəsən?
— Salam oğlum, yaxşıyam, sən necəsən?
— Mən də normalam, ana 5 gündən sonra evə gəlirəm.
— Çox sevindim oğlum.
— Ana, mənimlə yanaşı bir yoldaş da gələcək, olar o, bir neçə gün bizdə qalsın?
— Hə, əlbəttə, qoy hətta bir ay qalsın, bizə maneəçiliyi yoxdur.
— Ana, amma bir şey var, mina partlayışı zamanı o, ayaqlarını itirib.
— YOX, oğlum, o bizə yük olacaq.
***
Bir gün sonra anaya zəng vururlar:
— Xoş gördük, sizin oğlunuz intihar nəticəsində vəfat edib. O, bir məktub da yazıb:«Ana, mən sənə həyatının axırına kimi yük olmaq istəmirəm, bağışla məni.» 

Çevirdi: Fərid Abdullah.
  
 

1 şərh

gapgara
Bu hekayəni heyatda olduğu kimi düşünəndə adamın tükləri paltarından çıxır…