"Toyuq mənşəli" qartalın hekayəti

  

Bir dəfə insan qartal yumurtası tapdı və onu toyuğun altına qoydu.

Qartal balası cücələrlə bir yerə böyüdü və onlara oxşadı: Onlar kimi qaqqıldayır, soxulcan axtarmaq üçün torpaqda eşələnir, qanadlarını çalır və uçmağa cəhd edirdi.

İllər keçdi. Artıq böyümüş qartal bir dəfə göydə qürurlu bir quş gördü.

Qeyri-adi incəliklə o, küləyin ani şiddətini məğlub edir, yalnız nadir halda böyük qanadlarını çırpıb-çalırdı.

Məftun olmuş qartal soruşdu:
— Kimdi bu?
— Bu qartaldır, bütün quşların padşahı, — deyə, qonşu cavab verdi. — O səmaya (göylərə) məxsusdur. Biz toyuqlar isə, yerə məxsusuq (aidik).

Beləcə, qartal toyuq kimi yaşadı, toyuq kimi də öldü, çünki toyuq mənşəyinə (toyuqdan əmələ gəlməsinə) inanırdı.

Ətraf mühitiniz sizə təsir edir, istəsəz də, istəməsəz də bunu yadınızda saxlayın. Həm də, bu mühitin məhdudlaşdırıcı inandırması heç də sizin qabiliyyət və istedadınızın meyarı deyil. 


Çevirdi: Fərid Abdullah

1 şərh

_BUMERANQ_
Qısacası, özünüzü kəşf edin!